Icma.az
close
up
RU
Zəngəzur dəhlizi İran üçün təhdid deyil, əksinə...

Zəngəzur dəhlizi İran üçün təhdid deyil, əksinə...

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Siyasətdə bəzən bir çıxış, bir bəyanat bütöv regionun gələcəyini müəyyənləşdirən hadisəyə çevrilir. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə də belə strateji məqamlar sırasında dəyərləndirilə bilər.

Bu müsahibə Azərbaycanın son onilliklərdə həyata keçirdiyi tarixi missiyanın yekununu, hazırkı geosiyasi mənzərədə mövqeyini və gələcək hədəflərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi tezislər təkcə daxili auditoriyaya deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm siyasi mesajlar idi. Burada həm Qarabağ münaqişəsinin başa çatdırılması ilə bağlı prinsipial mövqe, həm regional əməkdaşlıq perspektivləri, həm də Azərbaycanın qlobal siyasətdə artan çəkisi aydın ifadə olunurdu.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə də belə məqamlardan biri oldu. Bu çıxış həm Azərbaycanın son otuz ilin nəticələrini ümumiləşdirdi, həm bugünkü reallıqları ortaya qoydu, həm də gələcəyə açılan yolun istiqamətlərini göstərdi: 

“Otuz illik münaqişəyə son qoyuldu” – dövlət başçısının bu fikri yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün tarixi mərhələni ifadə edir. Avqustun 8-də Vaşinqtonda imzalanan sənəd Azərbaycan xalqının haqq işinin başa çatdığını təsdiqləməklə yanaşı, bölgədə yeni əməkdaşlıq və sülh səhifəsi açdı. Bu razılaşma artıq təkcə diplomatik protokol deyil, yeni geosiyasi nizamın simvoluna çevrilib. Prezidentin diqqət çəkdiyi əsas şərt isə aydındır: Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı müddəalar ləğv edilməlidir. Bu, yalnız hüquqi məsələ deyil, həm də səmimi münasibətlər üçün mənəvi sınaqdır. Azərbaycan sülhün tərəfdarıdır, amma bu sülh ancaq qarşılıqlı etimad və dürüst qonşuluq prinsiplərinə əsaslana bilər".

Onun sözlərinə görə, müsahibədə xüsusilə İranla münasibətlərə dair söylənən fikirlər diqqətəlayiqdir. Prezidentin “Biz eyni dildə danışırıq” ifadəsi sadəcə dil birliyi yox, həm də dərin mədəni-ruhi yaxınlığın göstəricisidir. Burada verilən mesaj ondan ibarətdir ki, Zəngəzur dəhlizi İran üçün təhdid deyil, əksinə yeni iqtisadi imkanların açarıdır. Bu yanaşma bütövlükdə regionda yeni əməkdaşlıq modelinin formalaşmasına zəmin yaradır:

"Zəngəzur dəhlizi və Şimal–Cənub nəqliyyat marşrutu Azərbaycanın coğrafi mövqeyini qlobal tranzit mərkəzinə çevirən layihələrdir. Artıq ölkəmiz yalnız enerji ixracatçısı deyil, həm də beynəlxalq nəqliyyat və kommunikasiya qovşağıdır. Bakıdan Naxçıvana, oradan Yaxın Şərqə və Avropaya uzanan yolların ortasında Azərbaycan dayanır. Prezidentin sektarizmə qarşı səsləndirdiyi fikirlər isə təkcə region deyil, bütün müsəlman dünyası üçün mühüm çağırışdır. Çünki Azərbaycan müxtəlif dini icmaların sülh və harmoniya şəraitində yaşadığı unikal nümunədir. Müsahibənin fərqləndirici tərəfi ondadır ki, dövlət başçısının tezisləri sadəcə məlumat xarakterli bəyanatlar deyil, xalqın qəlbində qürur, etimad və milli ruh oyadan nitq idi. Hər bir ifadə, hər bir vurğu Azərbaycanın gücünü, liderin siyasi uzaqgörənliyini və diplomatik ustalığını nümayiş etdirdi".

Əziz Ələkbərli: "Dövlətimizin başçısının Azərbaycan xalqı üçün qürur və inam mənbəyi oldu"

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı anlaşma təşəbbüslərinə xüsusi əhəmiyyət verir. Azərbaycanın həyata keçirdiyi dəhlizlər və infrastruktur layihələri yalnız milli maraqlara xidmət etmir, həm də bütün bölgənin inkişafına töhfə verir. Bu, ölkəmizin uzaqgörən, balanslı və praqmatik siyasətinin bariz göstəricisidir. Enerji siyasəti də müsahibədə geniş təhlil olunub. Dövlət başçısının vurğuladığı kimi, enerji layihələri Azərbaycanı iqtisadi cəhətdən gücləndirməklə yanaşı, regional əməkdaşlığı da genişləndirir. Onun strateji idarəçilik bacarığı və diplomatik mövqeyi ölkəmizi beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi daha da möhkəmləndirir:

"Türk Dövlətləri Təşkilatına dair fikirlər isə xüsusi diqqətəlayiqdir. Prezident İlham Əliyev bu qurumun böyük potensiala malik olduğunu vurğulayaraq, Azərbaycanın həmişə onun güclənməsinə sadiq qaldığını qeyd etdi. Əvvəllər sadəcə məsləhətləşmə formatı olan təşkilatın bu gün strateji platformaya çevrilməsi Azərbaycanın təşəbbüskarlığının göstəricisidir. 2021-ci ildə Şuşada imzalanmış Bəyannamə Azərbaycanla Türkiyəni hərbi-siyasi müttəfiqlər kimi birləşdirməklə yanaşı, bütün Türk dünyası üçün strateji məna kəsb edir. Özbəkistanla imzalanan müttəfiqlik müqaviləsi və digər tərəfdaşlıqlar da Azərbaycanın regionda etibarlı güc kimi mövqeyini daha da möhkəmləndirir".

Sonda parlamentari vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərdi ki, Azərbaycan yalnız regional lider deyil, həm də beynəlxalq miqyasda sabitliyi, əməkdaşlığı və qarşılıqlı etimadı təşviq edən güclü dövlət kimi çıxış edir. Bu siyasət milli maraqların qorunması ilə yanaşı, qonşular və qlobal tərəfdaşlarla münasibətlərin möhkəmlənməsinə xidmət edir. Dövlətimizin başçısının çıxışı həm Azərbaycan xalqı üçün qürur və inam mənbəyi oldu, həm də ölkəmizin beynəlxalq aləmdəki strateji mövqeyini bir daha təsdiqlədi.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Avqust 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see358

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see266

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see263

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see257

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see254

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see252

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see251

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see244

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see243

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see241

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see241

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see241

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see235

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see230

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see228

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see226

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see220

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see212

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see201

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri