Icma.az
close
up
RU
Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir ŞƏRH

Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 fevral, AZƏRTAC

Müasir dövrdə enerji infrastrukturu dövlətlərin yalnız iqtisadi inkişaf göstəricisi kimi yox, siyasi iradəsinin, strateji düşüncə qabiliyyətinin və beynəlxalq sistemdə tutduğu mövqenin əsas ifadə vasitələrindən biri kimi çıxış edir. Bu reallığı düzgün qiymətləndirən və onu dövlət siyasətinin mərkəzinə çevirən ölkələr regional və qlobal proseslərdə təşəbbüskar mövqeyə yüksəlir. Məhz bu baxımdan “Zəngəzur” elektrik ötürmə xəttinin tikintisinə başlanılması Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışının, sistemli enerji siyasətinin və ardıcıl dövlətçilik xəttinin növbəti parlaq təzahürü kimi dəyərləndirilməlidir. Bu layihə Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi siyasi və hərbi uğurların iqtisadi və enerji infrastrukturu müstəvisində möhkəmləndirilməsinə xidmət edir və dövlətin gələcək onilliklər üçün mövqelərini təmin edən fundamental əsaslar yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan enerji strategiyası hər zaman bir neçə əsas prinsip üzərində qurulub: milli maraqların prioritetliyi, uzunmüddətli planlaşdırma, regional inteqrasiya və qlobal enerji bazarlarında etibarlı tərəfdaş imici. Zəngəzur elektrik ötürmə xətti bu strategiyanın məntiqi davamı və yeni mərhələsidir. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın vahid enerji sisteminə birbaşa inteqrasiyası Prezidentin dövlət suverenliyinə yanaşmasının praktiki ifadəsidir. Bu addım təkcə texniki məsələ kimi yox, ərazi bütövlüyünün enerji müstəvisində tamamlanması, dövlət idarəçiliyinin institusional gücləndirilməsi və milli təhlükəsizlik konsepsiyasının dərinləşdirilməsi kimi qiymətləndirilməlidir.

Naxçıvan amili: strateji qərar və siyasi iradə

“Uzun illər mürəkkəb geosiyasi şəraitdə yerləşən Naxçıvan üçün enerji təhlükəsizliyi xüsusi həssaslıq daşıyıb. Prezident İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində bu məsələ köklü şəkildə həll mərhələsinə keçib. Zəngəzur elektrik ötürmə xətti Naxçıvanın enerji balansını sabitləşdirir, tezlik tənzimlənməsini mərkəzləşdirilmiş sistemə bağlayır və muxtar respublikanın enerji təhlükəsizliyini tam təmin edən mexanizmlər yaradır. Bu qərar göstərir ki, Prezident İlham Əliyev üçün regionların inkişafı deklarativ yanaşma yox, konkret layihələr və real nəticələrlə ölçülən dövlət siyasətidir.

Qlobal enerji sistemində baş verən transformasiyalar fonunda Prezident İlham Əliyev Azərbaycanın rolunu yalnız resurs ixracatçısı səviyyəsində saxlamayıb. Onun siyasi iradəsi nəticəsində Azərbaycan enerji dəhlizləri yaradan, marşrutlar müəyyən edən və regional enerji arxitekturasına təsir göstərən aparıcı aktora çevrilib. Cənub Qaz Dəhlizi ilə formalaşan bu xətt artıq elektrik enerjisi istiqamətində də davam etdirilir. Zəngəzur elektrik ötürmə xətti qazdan sonra elektrik enerjisi sahəsində də Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi töhfəni genişləndirir və ölkənin beynəlxalq etibarlılıq statusunu daha da möhkəmləndirir. Elektrik ötürmə xəttinin məhz Zəngəzur dəhlizi üzərindən keçirilməsi də Prezidentin regional planlaşdırma fəlsəfəsini aydın şəkildə əks etdirir.

Bu yanaşma enerji, nəqliyyat və logistika layihələrinin ayrı-ayrılıqda yox, vahid strateji xətt üzrə inkişaf etdirilməsini nəzərdə tutur. Beləliklə, Zəngəzur dəhlizi təkcə tranzit marşrutu kimi çıxış etmir, eyni zamanda, çoxşaxəli geoiqtisadi platformaya çevrilir. Bu platforma Azərbaycanın regional liderliyini real infrastruktur vasitəsilə möhkəmləndirir və ölkənin təşəbbüskar mövqeyini institusional səviyyəyə yüksəldir”, - deyə K. Qənbərov vurğulayıb.

Texniki miqyas və siyasi nəticələr

Ekspert əlavə edib ki, 330 kV-luq, 1000 MVt ötürmə gücünə malik iki dövrəli xəttin inşası, əlavə 44 kilometrlik Zəngəzur seqmenti, Naxçıvanda 400 kV-luq yarımstansiyanın qurulması və Türkiyə istiqamətində enerji ötürülməsi Prezident İlham Əliyevin strateji qərarlarının texniki müstəvidə həyata keçirilməsinin göstəricisidir. Bu infrastruktur Azərbaycanın enerji sistemini Türkiyə və Avropa enerji şəbəkələri ilə uyğunlaşdırır, regional enerji təhlükəsizliyində ölkənin rolunu gücləndirir, uzunmüddətli siyasi sabitlik üçün etibarlı baza yaradır və Azərbaycanın geosiyasi çəkisini enerji vasitəsilə artırır. Azərbaycan bu layihə vasitəsilə regional proseslərdə yönverici mövqeyini daha da möhkəmləndirir və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir. Bu layihə enerji təhlükəsizliyini milli təhlükəsizlik anlayışı ilə uzlaşdırır, iqtisadi maraqları siyasi hədəflərlə birləşdirir və Azərbaycanın regional liderliyini uzunmüddətli əsaslar üzərində möhkəmləndirir. Bu baxımdan “Zəngəzur” elektrik ötürmə xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı strateji uğurların enerji infrastrukturu üzərindən ifadə olunan parlaq nümunəsi kimi çıxış edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri