Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır ŞƏRH

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 avqust, AZƏRTAC

Naxçıvan Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələr sistemində getdikcə daha mühüm mövqe qazanan ərazilərdən birinə çevrilir. Bunun əsas səbəbi muxtar respublikanın coğrafi mövqeyi ilə yanaşı, nəqliyyat, enerji, sənaye və logistika imkanlarının paralel şəkildə inkişaf etdirilməsidir. Xüsusilə Azərbaycanın böyük Qələbəsindən sonra regionda yeni kommunikasiya imkanlarının formalaşması Naxçıvanın əhəmiyyətini daha da artırır. Naxçıvanın Türkiyə ilə birbaşa əlaqəsi, nəqliyyat bağlantılarının genişləndirilməsi perspektivi və daha geniş mənada Şərq-Qərb marşrutları ilə inteqrasiya imkanları beynəlxalq tərəfdaşların diqqətini bu regiona yönəldir. Prezident İlham Əliyev bu bölgəyə səfəri zamanı da bəyan etdi ki, Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək. Bu bəyanat Naxçıvanın daha geniş regional bağlantıların mühüm halqası kimi nəzərdə tutulduğunu göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bir çox beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının Naxçıvana maraq göstərməsini qeyd etməsi Aİ-nin də bu bölgəyə artan marağını bir daha sübut edir. Bunun isə əsas səbəblərindən biri alternativ nəqliyyat və enerji marşrutlarının əhəmiyyətinin yüksəlməsidir.

“Azərbaycan artıq Avropa ilə enerji sahəsində mühüm tərəfdaşlıq qurub. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycanın qaz ixrac etdiyi dövlətlərdən 10-u Avropa ölkəsidir, onların 8-i isə Aİ-nin üzvüdür. Bu mənada Naxçıvanın əhəmiyyəti yalnız nəqliyyatla məhdudlaşmır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialı da xüsusi diqqət çəkir. Dövlətimizin başçısı da bildirib ki, bu ərazilər yaşıl enerji zonaları elan edilib və Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyasının yaradılması ilə bağlı böyük planlar var. Beləliklə, Naxçıvan gələcəkdə həm nəqliyyat-logistika, həm də yaşıl enerji layihələri baxımından beynəlxalq əməkdaşlığın yeni istiqamətlərindən birinə çevriləcək”, - deyə deputat əlavə edib.

Könül Nurullayeva, həmçinin qeyd edib ki, Naxçıvanın beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri ölkənin qərb rayonları ilə yeni nəqliyyat bağlantılarının yaradılması perspektividir. Bu baxımdan Orta Dəhliz də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazisindən keçən Transxəzər Şərq-Qərb dəhlizi Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa arasında bağlantı yaradır. Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi mütləq inşa ediləcək” fikri də Azərbaycanın bu istiqamətdə strateji mövqeyini ortaya qoyur.

“Burada əsas məsələ Naxçıvanın regional logistika zəncirinə daha sıx inteqrasiyasıdır. Bu isə yükdaşımaların artmasına, yeni logistika mərkəzlərinin yaranmasına, sahibkarlıq fəallığının yüksəlməsinə və xarici investisiyaların cəlb olunmasına şərait yaradacaq. Yəni Naxçıvana artan beynəlxalq maraq təsadüfi deyil. Avropa üçün yeni enerji mənbələri və marşrutları, Asiya ölkələri üçün Avropa bazarlarına çıxış imkanları, Türkiyə üçün regional bağlantıların genişlənməsi, Azərbaycan üçün isə Naxçıvanın iqtisadi və nəqliyyat potensialının tam reallaşdırılması qarşılıqlı maraqlar yaradır”, - deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri