Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Zəngəzur dəhlizi XXI əsrin yoluna çevrilir

Zəngəzur dəhlizi XXI əsrin yoluna çevrilir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda beynəlxalq aləmin diqqət mərkəzində olan Zəngəzur dəhlizinin 35 illik fasilədən sonra yenidən açılması mövzusu təkcə Azərbaycan və ətraf dövlətlər üçün deyil, Avrasiyanın qərb və şərq ölkələri, bütövlükdə, dünya birliyi üçün siyasi-diplomatik önəm daşıyır. Bu polad və şose magistralları Çindən başlayıb Mərkəzi Asiya və Xəzər dənizindən keçib, Azərbaycan və Ermənistan əraziləri ilə Türkiyəni Avropa ilə birləşdirəcək ən qısa və səmərəli Şərq–Qərb qlobal nəqliyyat zəncirində illər boyu pas atmış, Cənubi Qafqazda sülh prosesi çərçivəsində qıfılı açılmaqda olan həlqədir.

Bu dəhliz kifayət qədər böyük iqtisadi potensialı və təbii resursları olan regionları bir-biri ilə birləşdirəcək. Dəhliz Azərbaycanın əsas ərazisi ilə onun ayrılmaz tərkib hissəsi Naxçıvanı logistik müstəvidə birləşdirəcək, ölkəmizin Türkiyə ilə əlaqələrinə birbaşa qapı açacaq, regionun dünya üçün geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Mərkəzi Asiyanın Türk dövlətlərini və Azərbaycanı uzun illərdən sonra quru yolla strateji və iqtisadi baxımdan Türkiyə ilə əlaqələndirəcək bu dəhliz birlik daxilində iqtisadi-ticarət əməkdaşlığına geniş meydan açacaq. Başıbəlalı Zəngəzur yolu, nəhayət, Çindən başlayıb Böyük Britaniyaya, Pekindən başlayıb Londona kimi nəhəng ərazidə onlarla dövlət arasında ticarət əlaqələrinin genişləndirilməsinə önəmli töhfə verəcək.

Bu gün dünya ticarətinin, təxminən, 80 faizi su nəqliyyatı ilə daşınır. Çindən Avropaya daşınan yüklər okeanlar vasitəsilə 2 aya, Transsibir marşrutu ilə 1 aya, 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunin şərq və qərb istiqamətlərində yaratdığı Orta Dəhliz (bəzən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi də deyilir) ilə isə 12–14 günə ünvanına çatdırılır.

Ulu öndər Heydər Əliyevin Zəngəzurdan keçən dəmir yolu magistralına paralel, bölgənin içəri hissəsindən keçən avtomobil yolunun bu dəhlizin önəmini artıracağını nəzərə alaraq sovet rəhbərliyində olarkən önəmli layihənin icrasına nail olmuşdu. O zaman inşasına başlanılan, Meğridən keçməsi planlaşdırılan Bakı – Naxçıvan avtomobil yolu Nüvədi kəndinə kimi (434 km) çəkilmişdi. Layihə erməni millətçilərinin ciddi narazılığı ilə qarşılanıb, Qarabağ münaqişəsi başlananda dayandırılmışdı. Zaman bu gün həmin yolun strateji önəmini yenidən gündəmə gətirib.

2 il əvvəl “Zəngəzur dəhlizi strateji layihədir” deyən Prezident İlham Əliyev bu bəyanatı ilə dünyaya gerçəyi anlamaq üçün zəruri və təsirli mesaj vermişdi. Azərbaycan lideri vurğulamışdı ki, Zəngəzur dəhlizinin reallaşması tarixi hökmdür: “Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.

Azərbaycandan keçən Orta Dəhliz layihəsi geostrateji reallıqlar baxımından Avropa ilə Asiya qitələrini birləşdirən ən qısa, təhlükəsiz, ucuz və rahat quru nəqliyyat marşrutdur. Dövlət başçısı İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Bakı-Tbilisi-Qars dəmir yolu haqqında bildirib: “Biz həmin yolun təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yüklər daşına biləcək”.

Beləliklə, həmin yolun yükgötürmə qabiliyyəti artıq 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu, Çin və Orta Asiya dövlətləri məhsullarının Xəzər dənizi – Azərbaycan – Gürcüstan və Qara dəniz üzərindən Poti – Batumi limanları vasitəsilə, ya da Türkiyə ərazisindən Avropaya çatdırılması deməkdir. Zəngəzur dəhlizi açıldıqdan sonra Orta Dəhliz vasitəsi ilə Azərbaycandan daşınan yüklərin sürətlə artaraq, əvvəl ildə 15 milyon tona, gələcəkdə isə 25 milyon tona çatdırılacağı proqnozlaşdırılır.

Yüklər həm Azərbaycanın Ağbənd qəsəbəsindən İran İslam Respublikasına keçəcək dəmir yolu ilə (Araz dəhlizi), həm də Qərbi Zəngəzurun Meğri rayonu ərazisində bərpa ediləcək dəmir yolu (Tramp dəhlizi) ilə daşınacaq. Zəngəzur yolu Orta dəhliz layihəsinə yeni nəfəs verəcək. Məhz bu baxımdan həm ABŞ, həm də Avropa Orta dəhlizin ikinci qolu olan Zəngəzur marşrutunun açılmasında maraqlıdır. Zəngəzur dəhlizinin açılması həm də Qərbin Çin ilə əlaqələrinin inkişafına böyük töhfə verəcək.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası hökumətləri arasında 2022-ci il martın 11-də keçirilən İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında iki ölkə arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu Naxçıvan ilə Bakı arasında Tramp dəhlizindən əlavə, birbaşa quru nəqliyyat yolu əlaqəsi də yaradacaq. Bu məqsədlə Araz çayı üzərində Ermənistanın dövlət sərhədinin 5 kilomerliyində Ağbənd piyada keçidi, 2 avtomobil və 2 dəmir yolu gündə 500 giriş və çıxış olmaqla, ən azı, 1000 yük ağırtonlu maşını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək.

Azərbaycanın inşa etdiyi Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən Ağbənd körpülərində işlər yekunlaşmaq üzrədir. İran isə Ordubad rayonuərazisində Araz çayı üzərində körpülərin tikilməsini həyata keçirəcək.

Azərbaycan Zəngəzur dəhlizi layihəsi üzərində çox fəal çalışır. Bu dəhliz Qərbi Zəngəzur ərazisindən keçən, təxminən 174 kilometrə bərabər məsafədir. Azərbaycan ərazisində Horadizdən başlayaraq Ağbəndə kimi təxminən 110 kilometr qatar, 124 kilometr avtomobil yolu üzərində işlər artıq tamamlanır. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars deyil, həm də daha çox yükdaşıma qabiliyyəti olan Zəngəzur dəhlizi istismara hazır olacaq.

Uzunluğu, təxminən 124 kilometr olan Horadiz-Cəbarayıl-Zəngilan -Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizinin bir hissəsi) ən iri infrastruktur layihələrindən hesab olunur. Həmin yol boyunca 29 avtomobil körpüsü, 8 yolötürücü, 92 yeraltı keçidin inşası, sel sularının ötürülməsini təmin etmək məqsədilə lahiyə üzrə 306 dairəvi boru və 120 düzbucaqlı su keçidlərinin inşası başa çatmaqdadır. Kommunikasiya xətləri üçün nəzərdə tutulan 60 ehtiyat keçidin böyük əksəriyyətinin inşası bitib, 6 keçidin tikintisi isə davam edir.

Qərbi Zəngəzurla sərhəd olan Agbənd qəsəbəsindən Ordubad rayonunun sərhəddinə qədər Meğri rayonunun cənub hissəsindən Arazboyu keçməklə bu yolun uzunluğu 45 kilometrdir. Yəqin ki, Tramp dəhlizi tezliklə çəkilməyə başlayanda yeni tunellər, körpülər, yarılan təpələr bu yolu bir az qısaldacaq. Beləliklə, tarixən cığır və dolaylardan keçib Şərqdən Qərbə keçid yaradan, ötən əsrin ortalarında polad magistrala çevrilən Zəngəzur dəhlizi bərpa edilib müasirləşdirilməklə XXI əsrin dünya yoluna çevrilir.

(ardı var)

İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri