Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: Maneəsiz keçid modeli və regional nəticələr

Zəngəzur dəhlizi: Maneəsiz keçid modeli və regional nəticələr

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə səsləndirdiyi son açıqlama Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə yeni çalar gətirdi. Onun sözlərinə görə, dəhlizdən istifadə edən Azərbaycan vətəndaşlarının pasportları elektron cihazlarla oxunacaq və sərhədçilər yalnız şübhəli hallarda prosesə müdaxilə edəcəklər.

Bu yanaşma ilk baxışdan Azərbaycanın əsas tələblərindən birinə - yəni, erməni sərhədçiləri ilə birbaşa təmasın olmamasına - cavab verir. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Naxçıvana hərəkət edən yüklər və sərnişinlər hər dəfə erməni sərhədçisinin üzünü görməməlidir. Paşinyanın təklif etdiyi “oxuyucu cihazlar” modeli Bakı üçün müəyyən qədər qəbuledilən kompromis təsiri bağışlayır.

Lakin burada bir mühüm məqam qalır: Azərbaycan “maneəsiz keçid” anlayışını yalnız fiziki təmasın olmaması kimi başa düşür, yoxsa ümumiyyətlə heç bir yoxlamanın aparılmamasını nəzərdə tutur? Bu, hələ də açıq qalan sualdır. Çünki texniki detallarla bağlı tərəflərdən heç biri dəqiq mexanizmi açıqlamır.

Bu qeyri-müəyyənliyin bir səbəbi də Ermənistan daxilində mövcud ictimai-siyasi təzyiqlərlə bağlı ola bilər. Paşinyan hər hansı konkret razılaşmanı detallı şəkildə açıqlasa, daxildə “suverenliyin güzəştə gedilməsi” ittihamları güclənə bilər. Eyni zamanda, prosesin Vaşinqton razılaşmasının icrasını risk altına atmaması üçün tərəflər detalları son ana qədər gizli saxlamağı üstün tuta bilərlər.

Regional aktorların maraqları

Türkiyə: Zəngəzur dəhlizi Ankara üçün strateji hədəfdir. Bu yol həm Türkiyə ilə Azərbaycanı birbaşa birləşdirəcək, həm də Türk Dövlətləri Təşkilatının inteqrasiyasını möhkəmləndirəcək. Türkiyə dəhlizin “maneəsiz və şərtsiz” fəaliyyət göstərməsini dəstəkləyir, çünki bu, həm iqtisadi, həm də geosiyasi baxımdan Ankaranın Qafqazda mövqelərini gücləndirəcək.

Rusiya: Moskva 10 noyabr 2020 bəyanatında nəzərdə tutulan nəqliyyat əlaqələrinin açılmasının əsas nəzarətçisinə çevrilmək istəyirdi. Amma hazırkı reallıqda Qərbin və ABŞ-nin iştirakı Moskvanın manevr imkanlarını məhdudlaşdırır. Buna baxmayaraq, Kreml dəhlizin açılmasını öz maraqlarına uyğun şəkildə yönləndirməyə çalışacaq, xüsusən regionda təsir imkanlarını qorumaq üçün.

Qərb və ABŞ: Vaşinqton razılaşması göstərdi ki, Qərb artıq regiondakı proseslərə birbaşa müdaxilə etməyə başlayıb. ABŞ üçün dəhlizin açılması təkcə Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması deyil, həm də Çinə və Rusiyaya qarşı Cənubi Qafqazda yeni təsir rıçaqlarının yaradılması deməkdir. Qərbin əsas marağı - bu yolun Çin-Avropa dəhlizinə çevrilməsidir.

Zəngəzur dəhlizi yalnız texniki bir nəqliyyat xətti deyil, həm də böyük güclərin maraqlarının toqquşduğu bir strateji məkandır. Paşinyanın “oxuyucu cihazlar” formulu Bakının təmassız keçid tələbinə müəyyən qədər cavab versə də, məsələnin geosiyasi ölçüləri hələ də açıq qalır. Bu dəhlizin necə və kimin nəzarəti altında fəaliyyət göstərəcəyi regionun gələcək güc balansını müəyyənləşdirəcək əsas faktorlardan biri olacaq.

Züriyə Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri