Icma.az
close
up
RU
Zəngəzur dəhlizi açılmalı, Naxçıvana gediş gəliş maneəsiz olmalıdır Açıqlama

Zəngəzur dəhlizi açılmalı, Naxçıvana gediş gəliş maneəsiz olmalıdır Açıqlama

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İşğaldan azad edilmiş Qarabağ artıq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun keçirilməsi də bunun əyani göstəricisidir”. 

Bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Forum beynəlxalq ictimaiyyəti düşündürən mövzuya həsr olunub: “Tədbirdə  52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri iştirak edib. Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılan müzakirələr isə məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib”. 

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Forumda iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Dövlətimizin başısı ölkəmizin xarici siyasəti, regionda vəziyyət, sülh imkanları və digər aktual məsələlərlə bağlı fikirlərini ifadə edib. “Məlumdur ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bir çox ölkələr Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edir. Bu etimad sayəsində Azərbaycan bəzi ölkələr arasında yaranmış problemlərin həllində uğurlu vasitəçilik edir. Nəzərə alaq ki, müstəqillik dövründə Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Ermənistanın işğalçılıq siyasətinə son qoyulması idi. Dövlətimizin öz gücünə bu problemi həll etdikdən sonra beynəlxalq  miqyasda sülh və əməkdaşlıq naminə vasitəçilik imkanlarını daha da genişləndirib. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bu barədə bildirib. O zaman vaxtımız qalmırdı və digər məsələni həll etmək potensialımız olsa da, onunla məşğul olmurduq. Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi, müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq”. Proseslər isə göstərir ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan güclü dövlət olaraq beynəlxalq müstəvidə sülh və əməkdaşlığa bundan sonra daha böyük töhfələr verəcək”, - o qeyd edib. 

Sevinc Fətəliyeva qeyd edib ki, Cənubi Qafqazda sülhün təmin olunması vacibdir: “Bu baxımdan, Prezident İlham Əliyev Forumda Əbu-Dabi görüşü ilə bağlı fikirləri diqqəti cəlb edir. Dövlət başçısı “Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın”,-deyə bəyan edib. Cənab Prezident sülh müqaviləsinin paraflanması ideyasının da Azərbaycan tərəfindən irəli sürüldüyünü vurğulayıb. “Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər ki, üç ölkə nəhayət, heç olmasa, hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya bilsin”,-deyən dövlətimizin başçısı Zəngəzur dəhlizi haqqında da prinsipial mövqeyini xatırladıb. Bu da ondan ibarətdir ki, Naxçıvanla gediş-gəliş maneəsiz və təhlükəsiz olmalıdır. 

Bütövlükdə, Forumda aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir. Tədbir dövlətimizin regional və qlobal məsələlərlə bağlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da önəmlidir”,- deyə deputat söyləyib. 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri