Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: Şərq ilə Qərbi birləşdirəcək iqtisadi kəmər...

Zəngəzur dəhlizi: Şərq ilə Qərbi birləşdirəcək iqtisadi kəmər...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Layihə sülhə, əməkdaşlığa və təhlükəsizliyə töhfələr verəcək

Azərbaycanın son 5 ildə apardığı fəaliyyət Cənubi Qafqaz, Mərkəzi Asiyada və Kiçik Asiya yarımadası geocoğrafi məkanında yeni - təhlükəsiz və iqtisadi perspektivi böyük olan bir mühitin yaranmasına gətirib çıxarıb. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, suverenliyimizin bərpası nəticəsində separatçı terrorçu qruplaşmanın ləğvi bölgənin təhlükəsizlik seqmentinin ən yüksək səviyyəyə çatmasına şərait yaratdı. Beləliklə adıçəkilən region üçün yeni, geostrateji anlamda mühüm dividendlər vəd edən zaman yetişib.

Yeni nizamın inkişaf düsturu...

Yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkülünü təmin edən mühüm faktlardan birinə çevrilmə imkanını yaradır. Bəlli məsələdir ki, Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib - Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan bəşəri dəyərlərin yaşadığımız region üçün spesifikləşdirilməsinə nail olub. Bu gün mühüm bir coğrafiyada sülh və sabitliyin təmin olunması ilkin mərhələdə bölgə dövlətlərinin iqtisadi-siyasi maraqlarına xidmət edir. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi ünsürü kimi müəyyənləşə bilər. Bu mənada, Zəngəzur dəhlizi öz ətrafında əsaslı bir əhəmiyyət formalaşdıra bilir.

Türkiyəni Türk dünyası ilə birləşdirən yeni inteqrasiya marşrutu...

Zəngəzur dəhlizinin yaradılması ideyası Azərbaycan dövləti tərəfindən irəli sürülüb. Məhz Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə blokadada qalan Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpa edilməsi ilə bağlı müvafiq bəndin üçtərəfli bəyanatda əks olunmasını istəyib və buna nail olub. Sonradan dövlətimizin başçısı bəhs olunan marşrutun keçəcəyi ərazinin tarixini nəzərə almaqla onu Zəngəzur dəhlizi adlandırdı və bu termin beynəlxalq səviyyədə qəbul olundu.

Bu dəhlizin yaradılması Azərbaycanın milli və strateji maraqları çərçivəsindədir. Eyni zamanda, dəhlizin fəaliyyətə başlaması ilə regionun tranzit imkanları daha da genişlənəcək. Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Xüsusilə, Orta Dəhlizin yeni seqmenti kimi Zəngəzur dəhlizi həm rentabelliyinə, həm də effektivliyinə görə mühüm əhəmiyyət daşıyır. Bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürə bilərlər. Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların açılması ilə bağlıdır. Mərkəzi Asiyadakı türkdilli ölkələr Orta Dəhliz vasitəsilə Azərbaycanla bağlanıb. Orta Dəhlizin Zəngəzur qolu Mərkəzi Asiya dövlətlərini Türk dünyasının aparıcı ölkəsi olan Türkiyə ilə daha qısa məsafədə birləşdirmək fürsəti yaradır.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirmişdi ki, Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında quru yolu deyil, həm də Türkiyəni Türk dünyası ilə birləşdirən yeni inteqrasiya marşrutudur. Bu marşrutun tezliklə açılması Cənubi Qafqazın həm nəqliyyat, həm də enerji infrastrukturunu gücləndirəcək. Türkiyə dövlətinin başçısı bildirib ki, Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ilə üçtərəfli Zirvə görüşü zamanı Orta Dəhliz, investisiyalar, ticarət və ərzaq təhlükəsizliyi də daxil olmaqla məsələlərin geniş spektrini müzakirə etmək imkanı əldə edib. “Biz Cənubi Qafqazda yenidən ağrıların yaşanmasının əleyhinəyik. Azərbaycan və Ermənistanın atdığı addımları alqışlayırıq. Bakı ilə İrəvan arasında sülh sazişi layihəsinin təsdiqini sabitliyə gedən yolda mühüm hadisə hesab edirik. Ümidvarıq ki, bu proses tezliklə başa çatacaq”, - deyən Rəcəb Tayyib Ərdoğan, həm də qalib ölkə olan Azərbaycanın regionda sülhün memarı kimi çıxış etdiyini vurğulayıb.

Region üçün perspektivlər...

Vurğulandığı kimi, Zəngəzur dəhlizinin reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, Zəngəzur dəhlizi ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Paralel olaraq Ermənistan bu dəhlizhin açılması ilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Ən mühüm nüans isə Zəngəzur dəhlizinin Türk dövlətlərini birləşdirən kəmər olmasıdır. Başqa sözlə, Azərbaycanın türk birliyinin möhkəmlənməsinə növbəti böyük töhfəsi Zəngəzur dəhlizi olacaq. 44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yaranan yeni reallıqlar, həmçinin tarixi türk coğrafiyasının bərpası üçün geniş perspektivlər açıb. Çox doğru olaraq Zəngəzur dəhlizinin yaradılması tarixi türk coğrafiyasının bərpası istiqamətində mühüm bir addım kimi dəyərləndirlir. Zəngəzur dəhlizi türkdilli ölkələri iqtisadi və coğrafi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini də artıracaq. Şübhə yoxdur ki, dəhliz türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımalarınnın həcminin artırılmasına gətirib çıxaracaq.

Yeni iqtisadi mərhələ...

Artıq dəhlizin fəaliyyəti ilə bağlı müsbət anonslar da verilir - belə ki, ötən ay Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsini 3-4 il ərzində həyata keçirməyi planlaşdırırıq. O qeyd etmişdi ki, Zəngəzur dəhlizi layihəsi Türkiyə ilə Türk dünyasını birləşdirəcək: Həm Azərbaycan, həm də Türkiyə işləri davam etdirir”.

Beləliklə, yeni perspektivdə həm bölgəni, həm də bütövlükdə, Avrasiyanı yeni iqtisadi mərhələ gözləyir. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: “Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və  respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük həcmlərdə gəlirlər əldə edəcək”.

P.İSMAYILOV 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri