Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

“Bir kəmər, bir yol”da ZƏNGƏZUR dəhlizi...

“Bir kəmər, bir yol”da ZƏNGƏZUR dəhlizi...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərb öz gələcəyini Azərbaycanda görür

Böyük İpək yolunun varisi sayılan “Şərq-Qərb” ticarət dəhlizi yenidən keçmiş nüfuzunu və aktuallığını özünə qaytarmaqdadır. Belə ki, Cənubi Asiya da daxil olmaqla Şərqin mühüm bir hissəsini Avropa ilə birləşdirən bu dəhliz iki kontingent arasında ən əlverişli, qısa və optimal ticarət logistikasıdır. Xüsusilə, son illərdə baş verən bir sıra kataklizmlər, iqtisadi-siyasi, eyni zamanda, hərbi transformasiyalar Şərq-Qərb kommunikasiya sisteminin daha fəal şəkildə inkişafına təkan verib. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Şərqdən Qərbə uzanan yol müasir iqtisadi sistemdə həyati dərəcədə əhəmiyyət kəsb etməyə başlayıb. Bu amil bütün dünya tərəfindən qəbul edilir və yüksək qiymətləndirilir. Nəticə etibarı ilə bu yolun şaxələndirilməsi, daha da rentabelli edilməsi, regional coğrafiyasının genişləndirilməsi müzakirə predmeti kimi ön sıraya çıxır.

Yeni iqtisadi transformasiya - Qərb üçün Şərq yolu...

Təsadüfi deyil ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya iqtisadi geostrateji məkanı üçün yeni inkişaf mərhələsi yaratdı. Formalaşdırılan təhlükəsizlik arxitekturası gələcək yüzilliyin proyekti kimi qiymətləndirilən, dünyanın yeni dönəmdə əsas ticarət xətti kimi mahiyyət kəsb edən Şərq-Qərb tranzitini daha da ön plana çıxarıb. Hətta Avropa məkanı belə Şərq-Qərb tranziti üzrə daşınmada Azərbaycanın əhəmiyyətini xüsusi vurğulayır. Avropa, hətta bütövlükdə, Qərb Zəngəzur dəhlizi vasitəsilə daşınmaların daha effektiv və tez çatdırılması amilini etiraf edir. Bu daşınmaların ən mühüm halqasını məhz Azərbaycan təşkil edir. Təsadüfi deyildi ki, Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer Bakıda keçirilən mətbuat konfransındakı çıxışında bildirdi ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər: “Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq”.

Bir məqama diqqət yetirmək lazımdır ki, Azərbaycan hər zaman Şərq-Qərb dəhlizinin ən əsas logistik dayanacaqlarından sayılıb. Məsələn, 2014-cü ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə yaradılan və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Türkiyə - Qara dəniz və Avropanı birləşdirən nəqliyyat dəhlizi, başqa sözlə, Orta Koridor və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Çin - Avropa Birliyi arasında yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Orta dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars layihəsi Orta Koridor vasitəsilə yükdaşımaların xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir.

Qeyd edildiyi kimi, bütün nəqliyyat yollarının əsas kəsişmə nöqtəsi olan Azərbaycan Şərq-Qərb tranzitinin ən mühüm stansiyalarındandır. Yeni dönəmdə isə bu aktivlik daha da arta bilər. Bunun üçün isə...

Zəngəzur amili - yeni dönəmin əsas iqtisadi hədəfi...

Məsələnin mahiyyətinə keçməmişdən öncə qeyd edək ki, Azərbaycan apardığı uğurlu siyasi kurs nəticəsində mühüm bir geostrateji məkanda “açar dövlət”ə çevrilməyi bacarıb. Özünün çoxvektorlu siyasətinə sadiq qalaraq bütün dünya ölkələri ilə bərabərtərəfli əməkdaşlıq münasibətləri yaradan rəsmi Bakı bu mənada Çin ilə münasibətlərin də inkişafını hər zaman ön planda tutub. Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Rəsmi Bakı Asiyadan Avropaya uzanan bu nəqliyyat kəmərinin əsas həlqələrindən biri olmağı qətiləşdirib və bu istiqamətdə effekiv addımları ilə seçilib:

- Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb;

- Azərbaycan “Bir kəmər, Bir yol” layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturunu tam yeniləşdirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da “Bir kəmər, bir yol” təşəbbüsünə xidmət edir.

- Nəhayət, ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin iqtisadi blokunda yer alan ikitərəfli münasibətlərin iqtisadi-ticari, nəqliyyat vizyonunun yenilənməsi ilə bağlı müddəalar tamamilə yeni çağırışları özündə əks etdirir. Orta Dəhlizin ən strateji xətlərindən biri kimi Zəngəzur dəhlizinin yaradılması yükdaşımanı daha da effektiv hala gətirəcək.

Avropanın arzuları - gələcək üçün “diqqət Şərqə”...

Əslində, Avropa məkanı da bütövlükdə, prosesin uğurlu inkişafında maraqlıdır - hətta onlar həm enerji sahəsində, həm də Şərq-Qərb transformasiyası üzərindən qarşılıqlı biznes mühitinin inkişafı üçün yeni yollara ehtiyac olduğunu açıq şəkildə dilə gətirirlər. Məsələn Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxış edən Aİ komissarı Dan Yorgensen maraqlı bir ifadə işlədib - o bildirib ki, “biz gələcəyimizə doğru yolu müəyyən edirik. Bu səbəbdən biz Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında “yaşıl enerji” dəhlizinin qurulması üzərində çalışırıq. Müxtəlif texnologiya və fərqli marşrutlardan istifadə etmək barədə müxtəlif konkret ideyalar var”.

Bu açıqlama yeni enerji idxalına hədəflənsə də, Avropa açıq şəkildə Azərbycan üzərindən yeni yollardan istifadədə, biznes qovşaqlarında iştirakda, beləliklə, əsasən Şərq regionunda formalaşan yeni nizam qaydalarında iştirak etmək arzularını dilə gətirirlər.

Zəngəzur dəhlizinin üstünlükləri - Cənubi Qafqazı böyük dividend gözləyir

“Bir kəmər, bir yol” layihəsinin aparıcı seqmentlərindən birinə çevrilmə perspektivinə malik Zəngəzur dəhlizi isə ümumən regionun inkişaf dinamikasını artıracaq. Ümumiyyətlə, Azərbaycan bütövlükdə, Cənubi Qafqazın bu yeni iqtisadi-siyasi, xüsusilə ticari prosesdən uğurla və yüksək dividend qazanaraq çıxması üçün çalışır -  başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır.

Eyni mahiyyət bütün detalları ilə Zəngəzur dəhlizinə də aiddir. Zəngəzur dəhlizi yüksək üstünlüklər vəd etməkdədir. Nədir bu üstünlüklər?

- Zəngəzur dəhlizi Şərq-Qərb marşurutu üzərində ən qısa yoldur. Təbii ki, istər yükdaşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi iqtisadi baxımdan da böyük mənfəət vəd edir. Bu mənada, istər Qərb, istərsə də Şərq kontingentindən olacaq tərəfdaşlar Zəngəzur dəhlizinin reallaşmasında olduqca maraqlıdır;

- Zəngəzur dəhlizi təhlükəsiz marşrut sayılır. Çünki regionda perspektivi yüksək görülən əməkdaşlıq platformalarında demək olar ki, bütün bölgə iştirak edəcək - təbii ki, istəyindən asılı olaraq. Bu mənada, bütün regional faktorların bu dəhlizin təhlükəsizliyinə qarant olacağına da ümid böyükdür. Təəssüf ki, dəhlizin reallaşması ilə bağlı prosesin tam uğurla yekunlaşmasına bir sıra manelər, eləcə də  istisnalar var. Məsələn, Ermənistan və bir sıra başqa ölkələr hələ də Zəngəzur dəhlizi ilə bağlı ümidverici bəyanatları ilə prosesi sürətləndirə bilmirlər və ya sürətləndirmək istəmirlər. Amma kiminsə istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi bütün dünya üçün mühüm dəyər təşkil edir;

- İnfrastruktur baxımından da Zəngəzur dəhilizi olduqca əlverişlidir. Dəhlizin Azərbaycandan keçən hissəsində işlər tam hazırdır. Bundan əlavə dəhlizin əlavə dəstəkçisi sayılacaq digər infrastrukturlar da hazır vəziyyətdədir. Füzuli Beynəlxlaq Hava Limanı bu mənada xüsusi qeyd edilməlidir. Beynəlxalq statusa malik olan bu hava limanı yükdaşımalarda, sərnişindaşımada xüsusi əhəmiyyət kəsb edir;

- Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar.

Bir sözlə, Zəngəzur dəhlizinin aktuallığı artıq Şərq-Qərb logistikasına marağı daha da artırır. Digər tərəfdən, bu dəhliz sivilizasiyalar arasında əlaqələri də möhkəmləndirə bilər. Nəqliyyat dəhlizinin marşrut xəttinə diqqət yetirdikdə görmək olar ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə qısa zamada dünyanın “ticarət aortası” olmaq üçün əsas namizəddir. Nəticə etibarı ilə, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm bir komponenti halına gələcək Zəngəzur dəhlizinin reallaşması dünya üçün yeni iqtisadi reallıqlar vəd edir. Bu reallıqlar isə bütün tərəflər üçün həm iqtisadi, həm də siyasi mənada dividend vəd edir.

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri