Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər ŞƏRH

Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bakı-Dəməşq xəttində yeni səhifə


Azərbaycanla Suriya arasında münasibətlərin son dövrlərdə aktuallaşması regional və beynəlxalq kontekst baxımından mühüm əhəmiyyət kəsb edir. 

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaranın 12 iyul 2025-ci il tarixində Azərbaycana etdiyi işgüzar səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezidentin yüksək səviyyədə qarşılanması və nümayəndə heyətində hökumətin mühüm fiqurlarının iştirakı səfərin strateji əhəmiyyətini önə çıxarır.

Azərbaycan və Suriya uzun illərdir diplomatik münasibətlərə malik olsalar da, regional və qlobal çağırışlar fonunda bu əlaqələr arxa planda qalmışdı. Lakin son dövrlər hər iki ölkənin beynəlxalq siyasətdə aktivləşməsi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq imkanlarının artması Bakı ilə Dəməşq arasında əlaqələrin daha konstruktiv və çoxşaxəli istiqamətdə inkişaf etdirilməsinə şərait yaradır. Bu səfər həm də Cənubi Qafqaz ilə Yaxın Şərq arasında körpü rolunu oynaya biləcək siyasi dialoqun və iqtisadi əməkdaşlığın əsasını qoymaq baxımından əhəmiyyətlidir.

Səfər çərçivəsində Prezident İlham Əliyev və Əhməd əş-Şara iki ölkə arasında iqtisadi, enerji və humanitar əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Danışıqlarda Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı, müharibədən sonrakı bərpa işləri və Yaxın Şərqdə sülh təşəbbüsləri əsas mövzulardan olub.

Prezident İlham Əliyev görüş zamanı Əhməd əş-Şaranın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirib.  

Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərlə müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğulayıb.


Milli Cəbhə Partiyasının sədr müavini, politoloq  Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında deyib ki, Suriya Prezidenti Əhməd əş-Şaranın Azərbaycana səfəri bu ölkənin yeni xarici siyasət kursunda xüsusi əhəmiyyət daşıyır. Politoloqun sözlərinə görə, Azərbaycan hər zaman Suriyanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və müharibədən sonrakı dövrdə bu ölkənin bərpasına və iqtisadi inkişafına fəal töhfə verməyə hazırdır:

 “Suriya Azərbaycanla siyasi və iqtisadi əlaqələrin inkişafına önəm verir. İlk növbədə Azərbaycanla İsrail arasında strateji tərəfdaşlıq rəsmi Dəməşqin nəzərdən qaçmır. Məhz Suriya və İsrail arasında Azərbaycan müəyyən vasitəçilik edə bilər. Azərbaycan Suriyanın neft-qaz yataqlarının işlənməsində öz töhfəsini verə bilər.  Azərbaycanın Suriyaya qaz ixracı nəzərdə tutulur. Bu istiqamətdə tərəflər arasında razılaşma əldə edilə bilər. Azərbaycan üçün əsas diqqət bu ölkənin neft yataqlarında SOCAR paya sahib olmasıdır. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan Suriya üzərindən İsraillə quru əlaqəsi yarada bilər”.


Politoloqun fikrincə, Bakı ilə Dəməşq arasında enerji və diplomatik əməkdaşlıq region üçün yeni imkanlar aça bilər. Eyni zamanda Azərbaycan qazının Suriyaya çatdırılması və humanitar layihələrin həyata keçirilməsi Yaxın Şərqdə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək: “Azərbaycanın Qarabağda müharibədən sonra həyata keçirdiyi bərpa və yenidənqurma təcrübəsi Suriyada da tətbiq oluna bilər. Bu isə ikitərəfli əməkdaşlıq üçün perspektivli istiqamətlərdən biridir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri