Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: Tehran və İrəvanın yumşalan mövqeyi Nahid Canbaxışlı yazır

Zəngəzur dəhlizi: Tehran və İrəvanın yumşalan mövqeyi Nahid Canbaxışlı yazır

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
Bunu hələ 2021-ci ilin aprel ayında Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli telekanallara müsahibəsində bildirmişdi.
Zəngəzur dəhlizinin açılması məsələsi 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları Üçtərəfli Bəyanatda öz əksini tapıb. Sonradan Ermənistan Bəyanatın “kommunikasiyaların açılması” bəndini özünəməxsus tərzdə interpretasiya etməyə cəhd göstərdi. İrəvan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək qısa yolu uzatmaq üçün müxtəlif ağlasığmaz təkliflər irəli sürdü. Heç bir coğrafi, iqtisadi əsaslandırması olmayan bu təklifləri rəsmi Bakı rədd etdi.
Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın son rəsmi mövqeyini cənab Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda ifadə edib.
Prezident Xankəndidə Zəngəzur dəhlizinin Avrasiyanın nəqliyyat şəbəkəsində nə qədər əhəmiyyətli olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı beynəlxalq yükdaşımalarda bu qədər əhəmiyyətli olan layihənin məhz İrəvanın cığallığına görə reallaşmadığına diqqət çəkdi.
Azərbaycan Prezidenti Vaşinqtonun Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək planına da aydınlıq gətirdi: “Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Bizim üçün ən başlıca məsələ odur ki, Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bizim yüklər və Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaq”.
Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi məsələsinidə ritorikanı get-gedə sərtləşdirməsi başadüşüləndir.  Çünki təcrübə göstərir ki, İrəvan tarix boyu yalnız güclə, “Dəmir yumruq”la hesablaşıb.
İrəvanın geri çəkilməsi
Zaman keçdikcə Ermənistan Zəngəzur dəhlizinin iqtisadi və siyasi əhəmiyyətini dərk etməyə başladı. Anladılar ki, bu dəhliz blokada vəziyyətində olan, regionun iştirak etdiyi heç bir beynəlxalq layihədə yer almayan, iqtisadi böhran içərisində çabalayan bir ölkə üçün bir nəfəslikdir. Uzun müddətdir ki, İranın ayətullah rejiminin fitnə-feilinə uyaraq  Zəngəzur dəhlizi ilə bağlı eyni havanı çalan İrəvan dəhlizin ölkənin suverenliyinə xələl gətirmədiyini, “qırmızı xətt” olmadığını dərk etdi. Ermənistan Baş naziri Nikol Paşinyandan sonra prezident Vaaqn Xaçaturyan da dəhlizin vacibliyini vurğulayıb. Bildirib ki, dəhliz bölgədə mühüm dəyişikliklərə səbəb olacaq. Xaçaturyan dəhlizinin açılmasının Ermənistana böyük iqtisadi üstünlük gətirəcəyini də vurğulayıb. Elə Ermənistanın baş naziri Nikol Paşinyan da Zəngəzur dəhlizinin Ermənistan üçün həyati əhəmiyyət daşıdığını dilə gətirmişdi.
Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin yumuşalması müsbət haldır. Amma İrəvanın dəhliz məsələsində mövqeyini sabit saxlayacağına heç bir zəmanət yoxdur.
Erməni siyasi ekspertlər hesab edirlər ki, kənar siyasi qüvvələr və revanşistlər Zəngəzur dəhlizini Ermənistan cəmiyyətinə yanlış təqdim edirlər. 
Ermənistan ictimaiyyətində belə düşüncə var ki, guya dəhliz açılması Zəngəzur bölgəsinin Azərbaycanın nəzarətinə keçməsi deməkdir.  Təbii ki, bu cür yanaşmanı erməni cəmiyyətinə təbliğ edənlər bəzi siyasi qüvvələrin iradəsini ilə bu təbliğatı həyata keçirirlər. Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının mövqeyi bəllidir. Ermənistanda onu da anlayırlar ki, Zəngəzur dəhlizinin açılması Qərbi Azərbaycana qayıdış prosesinin ilkin mərhələsidir.
İranın yumşalması
İranda da Zəngəzur dəhlizi ilə bağlı ikili yanaşma var. İranın dini lideri Əli Xamenei bu dəhlizin açılmasına mane olan əsas fiqurdur. Onun müşaviri Əli Əkbər Vilayəti dəfələrlə bəyan edib ki, İran Zəngəzur dəhlizinin açılışına mane olub. Onun sözlərinə görə, guya İran dəhlizə mane olmaqla Ermənistanı parçalanmaqdan və İranın Avropa ilə əlaqəsini kəsilməkdən xilas edib. Yayılan digər məlumata görə, İran hökuməti Təbriz-İrəvan istiqamətində alternativ Zəngəzur dəhlizi açmaq niyyətindədir. Bununla  Tehran regionda geosiyasi balansı öz xeyrinə dəyişməyə çalışır. Məqsəd həm də NATO və İsrailin Ermənistanın Zəngəzur bölgəsində möhkəmlənməsinin qarşısını almaqdır. İyunun 13-də İsrailin İrana hücum edərək generallarını, nüvə alimlərini öldürməsi, strateji obyektlərini sıradan çıxarması göstərdi ki, İranı vurmaq üçün Ermənistana heç bir ehtiyac yoxdur. Deyəsən, artıq bunu İranda da dərk edənlərin sayı artmaqdadır. İran Prezidenti Məsud Pezeşkian Xarici İşlər Nazirliyinin nümayəndələri ilə keçirdiyi görüşdə Zəngəzur dəhlizindən danışaraq deyib.
“Qonşularımıza, region ölkələri ilə münasibətlərimizə və əməkdaşlığa geniş perspektivdən yanaşdığımız zaman ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi detallı mövzular barədə narahat olmağa ehtiyac yoxdur. Qonşularımızla münasibətlərimizi sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatımızın hərtərəfli şəkildə bir-birinə bağlanması kontekstində dəyərləndirməliyik. Həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələri genişləndirməyə çalışmalıyıq”.
Məsud Pezeşkian Zəncan əyalətinə səfəri zamanı Azərbaycanla münasibətlər barədə daha açıq danışıb.
“Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır? Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik. Əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir”.
Pezeşkian dəhlizin açılamasını Tehran üçün sanksiyalardan çıxış yolu kimi görür
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Pezeşkiana, Pezeşkianın isə ölkəmizə münasibəti aydındır. İran Prezidentinin iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirakı, Azərbaycan və Türkiyə prezidentlərinin ona olan isti münasibəti Tehranda müəyyən dairələri qıcıqlandırdı. Pezeşkianın Türk dünyasına yaxınlaşması İranın fars-molla zümrəsinin heç də ürəyincə deyil. Zatən Zəngəzur dəhlizinə maneə də məhz həmin zümrənin Azərbaycana olan qısqanc yanaşmasından qaynaqlanır. Ən önəmlisi odur ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində strateji təşəbbüsü ələ alıb, beynəlxalq dəstək qazana bilib. Avropa İttifaqı, ABŞ və onun prezidenti Tramp Bakının bu təşəbbüsünü dəstəkləyir.  Türk dünyası Zəngəzur dəhlizinin açılmasını səbrsizliklə gözləyir. Bu dəhliz tarixi coğrafi əlaqələri yenidən bərpa edəcəkdir.
Atılacaq addımlar
Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razılıq verməsini əldə etmək üçün Türkiyə, o cümlədən digər türk dövlətləri ilə birlikdə İrəvana təzyiqləri gücləndirməlidir. Zəngəzur dəhlizi Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsas şərtlərindən biri olmalıdır.
–  Ermənistanın Rusiya və İranın əlində alətə çevrildiyi, sonuncu iki ölkənin Zəngəzur dəhlizinin açılmasına imkan vermədikləri  beynəlxalq müstəvidə qaldırılmalıdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Avqust 2025 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see270

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see173

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see168

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see148

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see147

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see144

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see139

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see138

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see137

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see135

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see130

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see130

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see125

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see122

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see122

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see121

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see119

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see119

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri