Icma.az
close
up
RU
Qlobal şəhərsalma xəritəsində Bakı imzası Nahid Canbaxışlı YAZIR

Qlobal şəhərsalma xəritəsində Bakı imzası Nahid Canbaxışlı YAZIR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayın 17-dən 22-dək Bakı növbəti dəfə dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Azərbaycan paytaxtı Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və urbanistika sahəsində dünyanın ən böyük qeyri-siyasi tədbiri hesab ediləXIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etdi.
Cənab Prezidentin forumda qeyd etdiyi kimi, Azərbaycanın bu qlobal tədbirə ev sahibliyi etməsi ölkəmizin dayanıqlı inkişaf modelinə olan beynəlxalq etimadın göstəricisidir. Dövlət başçımızın şəhərlərin inklüzivliyi, iqlim dəyişikliyi ilə mübarizə və ‘yaşıl enerji’ keçidi ilə bağlı irəli sürdüyü vizyon, təkcə milli deyil, həm də qlobal şəhərsalma siyasəti üçün yol xəritəsi mahiyyəti daşıyır. Bu mesajlar bir daha təsdiqləyir ki, Azərbaycanın urbanizasiya təcrübəsi təkcə infrastruktur yenilənməsi deyil, həm də gələcək nəsillərə daha təhlükəsiz və yaşanabilir bir dünya ötürmək missiyasıdır.
Qeyd edim ki,bu ilki forum “Dünyanın mənzil təminatı: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunub.182 ölkədən 45 mindən çox iştirakçını bir araya gətirən tədbir, sürətlə artan qlobal əhali sayı qarşısında şəhərlərin gələcəyini müəyyən edən strateji qərarların qəbul edildiyi məkana çevrildi. Müzakirələr mənzil böhranı, qeyri-formal məskunlaşmaların transformasiyası, şəhərlərin iqlim dəyişikliyinə adaptasiyası və mənzil maliyyələşməsinin yeni modelləri kimi kritik mövzuları əhatə etdi.
Bakı üçün bu forum sadəcə genişmiqyaslı bir tədbir deyil, həm də ölkəmizin dayanıqlı şəhərsalma təcrübəsini dünya ilə bölüşmək imkanıdır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində tətbiq olunan “ağıllı şəhər” və “yaşıl enerji” layihələri, Azərbaycanın müasir urbanizasiya çağırışlarına verdiyi orijinal cavab kimi forum iştirakçıları tərəfindən maraqla qarşılandı. Azərbaycan  tədbirə ev sahibliyi etməklə ölkəmizin qlobal qərarların qəbul edildiyi etibarlı mərkəz statusunu bir daha təsdiqlədi. Qeyd etmək lazəmdır ki, qabaqcıl  memarlar, şəhərsalma mütəxəssisləri və beynəlxalq qurumlarla birbaşa əməkdaşlıq ölkəmizin urbanistika sahəsindəki potensialını və infrastruktur inkişafını növbəti mərhələyə daşıyır. Xüsusi olaraq forum çərçivəsində qəbul edilən “Bakı Çağırışı” (Baku Call to Action) sənədi BMT-nin “Yeni Şəhər Gündəliyi”nin icrası üçün vacib bir istinad nöqtəsi olacaq və gələcək illərdə qlobal şəhər siyasətlərinə yön verəcək. 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin forumdakı çıxışınada vurğuladığı kimi, şəhərlərimizin dayanıqlı inkişafı təkcə daxili inkişaf layihəsi deyil, həm də qlobal şəbəkələşmənin vacib bir həlqəsidir. Forum çərçivəsində Hikmət Hacıyevin şəhərsalma siyasətimizin beynəlxalq müstəvidə təqdimatı və urbanizasiya çağırışlarının siyasi-diplomatik aspektlərinə dair yanaşması olduqca əhəmiyyətlidir. Onun vurğuladığı kimi, Bu dəqiq və praqmatik baxış, Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsinin beynəlxalq ictimaiyyət üçün niyə bir model olduğunu açıq şəkildə ortaya qoyur.
Bütövlükdə, WUF13 Bakının təkcə Şərq və Qərbin qovşağında yerləşən mədəni mərkəz deyil, həm də qlobal inkişaf problemlərinə praktik həllər təklif edən mühüm bir strateji tərəfdaş olduğunu dünyaya nümayiş etdirdi. Bakı bu gün dayanıqlı, yaşıl və daha inklüziv gələcəyə gedən yolda dünyanın şəhərsalma xəritəsinə öz imzasını atdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri