Icma.az
close
up
RU
Putlerizm, raşizm, velikorus idelogiyası Nahid Canbaxışlı yazır

Putlerizm, raşizm, velikorus idelogiyası Nahid Canbaxışlı yazır

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlıların evinə basqın edərək 5 nəfəri işgəncə ilə qətlə yetirməsi, onlarla insanı ölümcül hala salması, repressiyalara məruz qoyması hər birimizi haqlı olaraq hiddətləndirdi. İşgəncə qurbanları olan soydaşlarımız Rusiya vətəndaşları olsa da, xalq və dövlət olaraq onlara sahib çıxdıq, dəstək olduq. Həm dövlət, həm də xalq olaraq çox gözəl birlik ortalığa qoymaqdayıq…
…Baş verənlərdən sonra Rusiyanın Azərbaycana qarşı tarixi münasibətlərini bir daha xatırladıq, gözlərimizin önündən keçirdik.  Yekaterinburdakı məlum cinayət ilk deyil, yəqin ki, son da olmayacaq. Raşizmi özünün milli ideologiyası səviyyəsinə yüksəldən Rusiyanın xalqımıza qarşı cinayətlərinin dəhşətli xronologiyası var.
Rusların Azərbaycana hücumu IX əsrə təsadüf edir. 1800-cü ilə qədər davam edən hücumlarla bağlı internetdə müfəssəl məlumat olduğundan, detallara varmaq istəmirik. Rusların Azərbaycanın taleyini müəyyənləşdirən hücumları XIX əsrin əvvəllərinə təsadüf edir.  1805-ci ildə Kürəkçay müqaviləsi ilə ruslardan asıllığı qəbul etmiş Qarabağ xanı 1 il keçməmiş – 12 iyun 1806-cı ildə Şuşa yaxınlığında 17 nəfər ailə üzvləri ilə birlikdə qətlə yetirildi. 1920-ci ildə yenidən Azərbaycanı işğal edən Rusiya 15 il sonra kütləvi repressiyalara, edamlara baçladı. Xalqımızın düşünən beyinlərini, qaymaqlarını sürgün etdirdi, edam elətdirdi. 1990-ci ildə Bakıda törədilən 20 Yanvar qırğınını və ardınca Qarabağdakı hadisələr, Xocalı faciəsi yaşlı və orta nəslin yaxşı  xatirindədir.  2022-ci ildə Azərbaycanla müttəfiqlik sazişi imzalayan Rusiya 2 il sonra Azərbaycanın sərnişin təyyarəsini vurdu. Bakı–Qroznı reysini yerinə yetirən təyyarəmiz  vurulandan sonra qəzalı vəziyyətdə Qazaxıstanın Aktau şəhərində yerə çırpıldı. Qəza nəticəsində 62 sərnişindən 38-i həlak oldu. Azərbaycan hələ də təyyarəmizi vuran Rusiyadan üzr gözlədiyi halda, Kreml bizi yeni “sürprizlərlə” təəccübləndirir.  Əslində təəccübləndirmir. Yekaterinburqda 20 il öncə baş vermis hansısa kriminal hadisəni gündəmə gətirərərk araşdırma adı ilə soydaşlarımızı qətl edən Rusiyanın insanlıq əleyhinə cinayətlərinə biz çoxdan bələdik. Biz Rusiyanın cinayətlərini araşdırası olsaq, onlar kəsiləcək cəzanın altından çətin ki, çıxa bilsinlər… Təəssüf ki, dünyamızda ədalətin gücü yoxdur, gücün ədaləti var.
Putlerizmin davam etdirdiyi Rusiyanın raşist siyasəti bu gün ətrafa kin, nifrət, qan saçır.  Hücumlar, qətllər, yeni torpaqlar, xalqları qırmaq, parçalamaq, onlara ağalıq etmək… Budur velikorus şovnizminin mahiyyəti. Məşhur publisist Nevrozovun qeyd etdiyi kimi, patriotizm, şovinizm, imperializm rus xaqlı üçün hər şey əvəz edən alkoqol kimidir.  Siyasi alkoqolizmdən əziyyət çəkən, zəhərlənmiş, sağalmaz yoluxucu xəstəliyə tutulmuş Kreml bir vaxtlar Hitler Almaniyasının tutduğu yolu gedir. O yol ki, dünyaya faciələr yaşatdı və sonda Almaniyanı uçuruma yuvarladı.
Kremlin siyasətinin mahiyyətini gözəl dərk edən, atacağı addımları düzgün proqnozlaşdıran Azərbaycanın siyasi rəhbərliyi nəyi nə vaxt və necə edəcəyini yaxşı bilir. Biz Qarabağ və Şərqi Zəngəzuru azad etməklə Rusiyanın Cənubi Qafqazdakı rıçaqlarını əlindən aldıq. Bu qələbə ilə onların Ermənistandakı nüfuzunu da yerlə bir etdik. Cənubi Qafqaz ölkələrində Rusiyanı sevmirlər. Rusiyanı dünyada belə sevmirlər. Eyni dini, dili, qanı daşıyan Ukrayna ərazisinə hərbi təcavüz edən, şəhərləri xarabalığa çevirən, yüzminlərlə insanı qətlə yetirən, milyonlarla insanı yurd-yuvasından didərgin salan bir ölkəni kimi sevər ki…
İndiki halda Rusiyada azərbaycanlılara qarşı cinayətlərin törədilməsinin bir neçə məqsədi ola bilər.
Birincisi, Ukrayna cəbhəsində uğur qazana bilməyən, hətta ağır itkilər erən Rusiya daxildə milli ədavəti qızışdırmaqla diqqəti yayındırmaq istəyir.
İkincisi, Putin Rusiyada millətçiliyi qızışdırmaqla, rusların dəstəyini almaq və bununla da hakimiyyətinin ömürünü uzatmaq istəyir.
Üçüncüsü, Azərbaycan ilə Ermənistan arasında mümkün sülh müqaviləsinin imzalanmasından sonra bölgədəki son təsir rıçaqlarının ada aradan qalxacağından ehtiyatlanan Kreml Rusiyadakı miqrantları bu və ya digər yollarla deportasiya etməklə ölkəmizə təzyiq göstərir. Mesaj göndərir ki, azərbaycanlıları Rusiyadan kütləvi şəkildə deportasiya etsək, Azərbaycanda sosial gərginlik yaranacaq.
Azərbaycan dövlətinin müstəqil xarici siyasəti Rusiyanı qıcıqlandırır. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya qarşı çox cəsarətli mövqe ortaya qoyub. “Ukraynanın ərazi bötövlüyünü dəstəkləyirik” ifadəsi Kremlə verilmiş ən samballı cavabdır. Azərbaycanın Ukraynaya dəstəyini sivil dünya çox yüksək qiymətləndirir.
Rəsmi Bakı Yekaterinburq şəhərində soydaşlarımıza edilən anti-insanı davranışa hadisə baş verən kimi reaksiya verdi. Xarici İşlər Nazirliyi  Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyir.  Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılaraq ona açıq etiraz bildirilib. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna planlaşdırılan Azərbaycana səfəri ləğv edilib. Səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsidir. Hazırkı vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya digər Rusiya rəsmilərinin səfərini məqsədəuyğun hesab etmir. Dövlətimiz üzərinə düşən vəzifəni edir və edəcək. Xalqımız bu məsələdə də dövlətimizin yanındadır, onun mövqeyini, addımları dəstəkləyir, anlayışla qəbul edir.
Onu da başa düşürük ki,  coğrafiya taledir. Hələ də feodal qanunlarla idarə olunan, barbarlığın, şovinizmin hökm sürdüyü Rusiya, Ermənistan və İran kimi ölkələrlə qonşu olmaq acı qismətimizdir. Təhdidlərə qarşı müqavimət gücümüzü artırmaq üçün Türkiyə və Gürcüstanla münasibətləri gücləndirməli, hətta bunu konfederasiya səviyyəsinə yüksəltməliyik.
Doğrudan da, öndərimiz Məmməd Əmin Rəsulzadənin yüz il öncə işlətdiyi bir kəlam hələ də öz aktuallığını saxlayır. “Rusiya kiçilib öz tarixi torpaqlarına çəkilməyib, dünya xalqlarına dinclik olmayacaq”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri