Icma.az
close
up
RU
Zəngəzur dəhlizi və postmünaqişə arxitekturası

Zəngəzur dəhlizi və postmünaqişə arxitekturası

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu layihə qlobal inteqrasiyaya yeni qapı açacaq

Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi marşrutlar, xüsusilə də enerji, logistika və ticarət dəhlizləri təhlükəsizlik siyasətinin ayrılmaz elementinə çevrilib. Zəngəzur dəhlizi də bu baxımdan istisna deyil. Marşrutun ənubi Qafqazdan keçməsi regionun strateji çəkisini artırmaqla yanaşı, onu qlobal iqtisadi sistemin sabitliyi üçün vacib zolağa çevirir. Marşrutun aktiv işləməsi regionda hərbi qarşıdurmaların başvermə ehtimalını ciddi şəkildə azaldır. Çünki böyük güclər üçün iqtisadi maraqlar müharibə risklərini ikinci plana keçirir. 

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi adlandırılmış Zəngəzur dəhlizi vasitəsilə ticarət və nəqliyyat şəbəkəsinin formalaşması Cənubi Qafqazı yalnız regional deyil, qlobal maraqların kəsişdiyi təhlükəsizlik zonası halına gətirir. Avropa İttifaqı ölkələri, Çin, Türkiyə, Böyük Britaniya və digər beynəlxalq tərəfdaşlar marşrutun fasiləsiz işləməsində və müdafiəsində birbaşa maraqlıdırlar. Bu isə regional təhlükəsizliyin kollektiv məsuliyyətə çevrilməsi deməkdir. Yaranmış vəziyyət birtərəfli hərbi və siyasi təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır. ABŞ, Çin və Böyük Britaniyanın bu marşrutda paralel iştirak etməsi regional balansın qorunmasında çoxqütblü yanaşmanı gücləndirəcək.

Zəngəzur dəhlizi Azərbaycanın milli prioritetləri sırasında xüsusi yer tutur. Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Ermənistanın regionda bütün kommunikasiya xətlərinin açılmasına razılaşdığı qeyd olunub. Amma ötən dövr ərzində bu istiqamətdə irəliləyiş olmadı, Ermənistan müxtəlif spekulyativ yanaşmalarla prosesi ləngitməyə çalışdı. Bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, eləcə də Ermənistan Baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüş və imzalanan Birgə Bəyannamədə Zəngəzur dəhlizi ilə bağlı məsələdə dönüş nöqtəsinə oldu. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunacağına dair müddəa yer aldı. Bu, beynəlxalq hüquq müstəvisində ölkəmizin mövqeyinə dəstəyin, məsələnin regiondankənar güclər tərəfindən legitim tanınmağın göstəricisidir.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli  bildirdi: 

– Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşması, xüsusilə Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə bağlı anlaşma Cənubi Qafqazın geosiyasi mənzərəsini strateji baxımdan dəyişməklə yanaşı, bölgənin inkişafını yeni mərhələyə çıxarıb. Vaşinqton razılaşması Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığını daha da möhkəmləndirməklə yanaşı, Zəngəzur dəhlizini geniş regional logistik şəbəkənin mərkəzinə çevirir.

Beləliklə, TRIPP yalnız Azərbaycan və Naxçıvanı birləşdirən yol deyil, həm də Türkiyənin Mərkəzi Asiya ilə əlaqəsini gücləndirən, Avropa ilə Asiya arasında körpü rolunu oynayan marşrut və ola bilsin ki, yaxın gələcəkdə multimodal dəhliz kimi nəzərdə tutulur. Ermənistan hökuməti isə razılaşmanı ictimaiyyətə təqdim edərkən onun tarixi əhəmiyyətini qabardır, ölkənin iqtisadi izolyasiyadan çıxması üçün imkan kimi dəyərləndirir. Baş nazir Nikol Paşinyan beynəlxalq zəmanətlərin önəmini vurğulayaraq ABŞ-ın prosesə qatılmasını müsbət hal kimi göstərir. Maraqlıdır ki, ABŞ-ın dəhlizə qoşulması və TRIPP marşrutunun siyasi-hüquqi çərçivəsinin müəyyənləşdirilməsi bəzi qonşu ölkələr tərəfindən strateji itki kimi qiymətləndirilsə də, son vaxtlar, məhz Azərbaycanın diplomatik səyləri nəticəsində neqativ ritorikanın arxa plana keçdiyinin şahidi oluruq.

E.Mirzəbəyli onu da bildirdi ki, Çin amili və Şanxay Əməkdaşlıq Təşkilatı(ŞƏT) çərçivəsində əməkdaşlıq da Zəngəzur dəhlizinin gələcəyi baxımından diqqətəlayiqdir:

– Hazırda Tiencində keçirilən ŞƏT-in zirvə toplantısında Azərbaycan Prezidenti ilə yanaşı, Türkiyənin lideri və Ermənistanın Baş naziri də iştirak edir. Bu faktın özü TRIPP marşrutunun yalnız ikitərəfli anlaşma olmadığını, həm də regional və beynəlxalq müzakirələrin mərkəzinə çevrildiyini göstərir.

TRIPP marşrutu həm də siyasi status məsələsidir. O, Azərbaycanın regiondakı çəkisini artırır, ölkəni Cənubi Qafqazın əsas logistik mərkəzinə çevirir və beynəlxalq əməkdaşlıq üçün yeni platformalar açır. Dəhlizin reallaşması həm də ölkəmizin müstəqil xarici siyasət kursunun, çevik diplomatik manevrlərinin və strateji düşüncəsinin nəticəsi olacaq. Ən əsası isə layihə regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni model yarada bilər. Beləliklə, Zəngəzur dəhlizi yalnız yolları birləşdirmir, həm də siyasi maraqları uzlaşdırır. 

Türkiyə üçün dəhlizin iqtisadi faydaları, şübhəsiz ki, bir o qədər əhəmiyyətlidir. Dəhlizin fəaliyyətə başlaması nəticəsində Ankara Avropa ilə Orta Asiyanı birləşdirən əsas tranzit ölkəsinə çevrilməklə öz ixrac imkanlarını genişləndirəcək. Bu prosesdə Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı yeni keyfiyyət mərhələsinə yüksələcək, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi daha da artacaq.

Deputatın dediklərinə onu da əlavə edək ki, Ermənistan üçün dəhliz iqtisadi dalandan çıxış imkanı deməkdir. Əgər İrəvan razılaşmalara əməl edərsə, onun da tranzit gəlirlərindən pay alması, yeni infrastruktur layihələrdən yararlanması mümkündür. Bu, ölkənin iqtisadiyyatını canlandıra, yeni investisiya mühitinin formalaşmasına təkan verə bilər. Zəngəzur dəhlizinin açılması həm də bölgədə sülhün və təhlükəsizliyin davamlılığını təmin etmək üçün vacib şərt olan regional inteqrasiyanı gücləndirəcək. Azərbaycan, Türkiyə və Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əlaqələr daha sıx xarakter alacaq, regiondaxili ticarət həcmi artacaq.

Bununla yanaşı, Avropa İttifaqı, Çin və digər beynəlxalq tərəfdaşlar da bu marşrutdan yararlanaraq regionun iqtisadi sisteminə yeni kapital və texnologiyalar gətirə bilər. Beləliklə, Zəngəzur dəhlizi iqtisadi inkişafın, tranzit gəlirlərinin və regional inteqrasiyanın mühüm hərəkətverici qüvvəsinə çevriləcək. Azərbaycanın dəhlizin mərkəzində yer alması isə ölkənin gələcək onilliklərdə strateji iqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıracaq.

Nəzrin ELDARQIZI

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri