Icma.az
close
up
RU
Zəngəzur dəhlizindən “Tramp marşrutu”na: Rubinyan nəyə işarə edir?

Zəngəzur dəhlizindən “Tramp marşrutu”na: Rubinyan nəyə işarə edir?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqtonda danışıqlardan əvvəl Ermənistan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan İrəvanın hansı razılaşmalara hazır olduğunu açıqlayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Rubinyan özünün “Facebook” səhifəsində yazıb.

“Ermənistanın imzaladığı müqaviləyə aşağıdakılar daxildir:

Suverenlik, ərazi bütövlüyü və yurisdiksiya əsasında marşrutların blokdan açılması. Yəni Ermənistan ərazisindən keçən bütün yollar və infrastruktur sırf bizim yurisdiksiyamızda və tam suverenliyimizdə, ərazi bütövlüyümüz çərçivəsində olacaq. Hər şey Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək.

Blokdan çıxarma qarşılıqlı əsasda baş verəcək. Yəni Azərbaycan üçün yollar açılırsa, Ermənistan üçün də qarşılıqlı fayda ilə açılır. Reallıq belədir. Kənardan və daxildən kiminsə göstərişi ilə ağlamağına, səsləndirdiyi şikayətlərə fikir verməyin.

Rəsmi məlumatların verilməsindən sonra səmimi narahatlıqlar, şübhəsiz ki, dağılacaq”, - deyə Rubinyan qeyd edib. 
Erməni vitse-spikerin açıqlamasına diqqət yetirdikdə, söhbətin əsasən Zəngəzurdan keçəcək “Tramp marşrutu”ndan (TRİPP) getdiyini görmək olar.

Ruben Rubinyanın paylaşımı daha çox Ermənistan cəmiyyətini məlumatlandırmağa və Zəngəzur dəhlizi ilə bağlı səslənən narahatlıqları  aradan qaldırmağa hesablanıb.

Rubinyan Zəngəzurda eksterritoriallıq yaranmayacağına dair mesaj verir. Onun sözlərindən nəqliyyat-kommunikasiya vasitələrinin açılması ilə bağlı ABŞ-nin təklifi əsasında Azərbaycan və Ermənistan arasında kompromis əldə edildiyini görmək olar.  Yəni Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz keçidi təmin edir. 

Azərbaycan isə Zəngəzurda dəhliz statusundan imtina edir. Horadiz-Ağbənd-Mehri-Arazdəyən-Ordubad dəmir yolunun Ermənistan ərazisindəki 43 kilometrlik hissəsi və Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini təmin edəcək avtomobil yolu autsorsinq  prinsipi əsasında ABŞ-nin logistika şirkətinin kommersiya idarəçiliyinə veriləcək. 

Yolların təhlükəsiziyini ABŞ və Ermənistan birgə həyata keçirəcək. Eksterritorial dəhliz yaranmadığına görə marşrutun keçdiyi ərazi üzərində Ermənistanın suverenliyi tanınacaq.  Ancaq marşrutun menecmenti ABŞ-də olduğundan Ermənistan həmin yolu bağlaya bilməz.

“Tramp marşrutu”ndan (TRİPP) üçüncü ölkələrin də istifadə edəcəyini nəzərə alsaq, Ermənistan külli miqdarda tranzit gəlirləri əldə edəcək. Eyni zamanda, Rubinyanın açıqlaması göstərir ki, Ermmənistan Azərbaycan ərazisindən də daşımalar üçün istifadə edə biləcək. Qeyd edək ki, Azərbaycan hələ 2020-ci ildə “3+3” platforması çərçivəsində Ermənistana belə bir təklifi irıli sürmüşdü. Lakin Ermənistan indiyə qədər bu məsələyə müsbət cavab verməməklə özünü blokadada saxlayıb.

İndi isə Ermənistan “Tramp marşrutu” (TRİPP) vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiyaya və Mərkəzi Asiya ölkələrinə çıxış əldə etmək imkanı qazanacaq. Eyni zamanda, Naxçıvan MR ərazisi üzərindən Ermənistanla İran, Türkiyə, eləcə də digər ölkələrin malların daşınması və nəqliyyat əlaqəsi həyata keçirilə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Zəngəzur dəhlizi Tramp Rubinyan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri