Hərtərəfli gücümüz və imkanımız var ki, Zəngəzur dəhlizi açılsın Komitə sədri
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
"Məlum olduğu kimi, 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin açılması istiqamətində müddəa var. Bu, Azərbaycanın əraziləri ilə Naxçıvanı birləşdirən quru sərhədin olmasıdır. Buna mane olan İran tərəfidir. Bir müddət isə Rusiya mane oldu. Hətta digər havadar dövlətlər də buna mane olur".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib. Onun sözlərinə görə, mütləq şəkildə Zəngəzur dəhlizi açılmalıdır və açılacaq:
"Danışıqlar yolu ilə açılsa, mühüm məsələ kimi qeyd oluna bilər. Əks halda bizim hərtərəfli gücümüz və imkanımız var ki, dəhliz açılsın. Beynəlxalq səviyyədə İrana, Ermənistana təzyiq göstərilməlidir. Eyni zamanda, onun bütün havadarlarına təzyiq olunmalıdır. Bu, beynəlxalq daşımaların yoludur. Burada həm regional dövlətlər, həm də Çin və digər dövlətlər maraqlıdır ki, öz yüklərini tez bir zamanda Avropaya çatdıra bilsin. Mütləq şəkildə onlara təzyiq olmalıdır. Ermənistan tərəfi buna mane olmağa çalışır. Özü mane ola bilməyəndə isə müxtəlif dövlətlərdən istifadə etməyə çalışır. Amma bilməlidirlər ki, bu yol açılacaq".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Yanvar 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















