Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Azı qərar, çoxu zərər...

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Zəngəzur düyünü: ABŞ nin bir əsrlik marağı yenidən gündəmə gəldi

Zəngəzur düyünü: ABŞ nin bir əsrlik marağı yenidən gündəmə gəldi

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı nəinki Rusiyanın, heç bir digər gücün dəhliz üzərində birbaşa nəzarətini istəmir


ABŞ və Qərb bu görüşdə ciddi şəkildə maraqlıdır, onlar Dubayda sülh sənədinin imzalanmasını istəyirlər


Əbu-Dabinin tərəflər üçün heç bir tarixi kompleks və ya imperial ambisiyası yoxdur


Ermənistan və Azərbaycan arasında sülh razılaşmasına ümid var.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus Dövlət katibi Marko Rubionun Bakı və İrəvan arasında tezliklə sülh sazişinin imzalanacağına dair açıqlamasına münasibət bildirib.

Bryus qeyd edib ki, dövlət katibi üçün bu bəyanatı vermək önəmli idi: “Biz ABŞ-nin vasitəçiliyi ilə əldə olunan bir sıra razılaşmalar, atəşkəslər və dəyişikliklərə görə məmnunuq. Dövlət katibinin bu açıqlamanı verməsi üçün əsaslı səbəbləri var idi. Proseslə bağlı əlavə məlumat olduqda, onları sizinlə paylaşacağıq".

Bundan əvvəl Marko Rubio bildirmişdi ki, ABŞ yaxın zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağını gözləyir.


Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Prezidenti İlham Əliyevlə Ermənistanın Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək:


"Görüşün baş tutması gözlənilirdi. Belə ki, öncə “Middle East Eye” nəşri iddia etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan iyulun sonunda Dubayda görüşə bilər. Son olaraq isə “Hraparak” qəzeti yazıb ki, ABŞ Ermənistana sülh müqaviləsi ilə bağlı təzyiq göstərir. Xüsusi ilə görüş yerinin Əbu-Dabi seçilməsi yaxşıdır.  Məsələ ondadır ki, bu vaxta qədər sülh danışıqları ya Moskvada, ya Brüsseldə, ya da Vaşinqtonda baş tutub. Düzdür, bu danışıqların bəzilərində real nəticələr əldə edilsə də, yekun sülhə nail olunmayıb. Bu baxımdan Dubay kimi, həm Ermənistanın, həm də Azərbaycanın razı ola biləcəyi neytral, təhlükəsiz və mübahisəsiz məkana ehtiyac duyulurdu".


Analitik vurğulayıb ki, Əbu-Dabinin tərəflər üçün heç bir tarixi kompleks və ya imperial ambisiyası yoxdur:

"Bu da onu “bitirici məkan”a çevirir. Məsələyə daha spesifik baxdıqda demək olar ki, Azərbaycan üçün bu görüşün baş tutması problem deyil. Onsuz da Azərbaycan üçün əsas kritik məsələ artıq həll olunub. Hazırda gündəmdə olan məsələlər Zəngəzur dəhlizi, maneəsiz hərəkətin təmin edilməsi və təbii ki, sülh müqaviləsidir. Bununla belə, Bakını narazı sala biləcək məqamlar da yox deyil.  Məsələn, “Hraparak”ın yaydığı məlumata görə, ABŞ və Qərb bu görüşdə ciddi şəkildə maraqlıdır. Onlar Dubayda sülh sənədinin imzalanmasını istəyirlər. Nəşr həmçinin qeyd edir ki, Tramp administrasiyası Zəngəzur dəhlizinə nəzarətlə bağlı İrəvan və Bakıya təkliflər göndərib. Yəni, dəhlizə ABŞ və ya onların seçdiyi təşkilat vasitəsilə nəzarət etmək variantı gündəmə gəlib".



Turan Rzayev əlavə edib ki, əslində ABŞ ilk dəfə deyil ki, Zəngəzur ilə maraqlanır:

"Belə ki, 1918-1920-ci illərdə Naxçıvan Zəngəzurun gələcəyi ilə bağlı bir çox müzakirələr aparılırdı. ABŞ o dövrdə beynəlxalq məsələlərdə fəal idi və Naxçıvanın statusu ilə bağlı müəyyən fikirlər irəli sürülmüşdü. Bəzi təkliflərdə Naxçıvanın beynəlxalq mandat altında, yəni xarici ölkələrin nəzarətində olması nəzərdə tutulurdu. Hətta mandat kimi ABŞ-ə nəzarətinə verilməsidə o müzakirə mövzularından biri idi. İndi az qala bir əsirdən sonra ABŞ eyni coğrafiyada mühüm dəhlizə texniki nəzarət təklif edir. Bu təklifin Bakı tərəfindən qəbul olunub-olunmayacağı hələlik açıq sualdır. Məsələ ondadır ki, dəhliz Bakı üçün sırf texniki məsələ deyil. Bu, hər şeydən öncə ölkənin geoiqtisadi mərkəzə çevrilməsi prosesində sonuncu, kritik həlqədir. Düzdür, bu dəhliz açılmasa belə, Bakı “tam regional güc” statusunu itirmir. Buna baxmayaraq, Azərbaycan konstruktiv mövqe sərgiləyərək prosesin həllinə töhfə verəcək güzəştlər etməyə hazır olduğunu da demək olar. Buradakı digər bir sual həmin güzəştlərin hansı qarşılıqla ediləcəyidir. 10 noyabr Bəyanatında yer alan maddəyə əsasən, Zəngəzur yoluna nəzarət Rusiyaya verilməli idi. Azərbaycan isə bu varianta qarşı idi. Bu səbəbdən də Bakının gec-tez Rusiyanın iştirak etmədiyi alternativ bir kommunikasiya çərçivəsi qurmağa çalışacağı əvvəlcədən məlum idi. Hətta Azərbaycanın Rusiya ilə gərginliyinin pərdəarxası səbəblərindən birinin də məhz bu məsələ olduğu deyilir".


Politoloqun sözlərinə görə, Bakının indiki istəyini ümumi şəkildə “Kalininqrad modeli” və ya ona bənzər mexanizmlə ifadə etmək olar:

"Yəni, Bakı nəinki Rusiyanın, heç bir digər gücün dəhliz üzərində birbaşa nəzarətini istəmir. Bu baxımdan Azərbaycan, dəhlizə ABŞ-ın nəzarət etməsini qəbul etməyə bilər.

Azərbaycan ABŞ və Qərblə əməkdaşlıq etsə də, bir çox hallarda siyasi mövzularda fikir ayrılığı yaşaması sirr deyil. Xüsusilə də Ermənistan–Azərbaycan şərti dövlət sərhədində Aİ müşahidə missiyasının fəaliyyətindən narahat olan Bakının, Zəngəzurda ABŞ şirkəti və ya strukturunun nəzarətini qəbul etməsi inandırıcı görünmür. Digər tərəfdən, Bakı Kremlin narazılığı fonunda bu məsələni əlavə bir gərginlik səbəbinə çevirmək də istəmir. Bu səbəbdən, danışıqlar yalnız sülh müqaviləsi ətrafında aparıla bilər. Yəni, əgər dəhlizlə bağlı təkliflər Bakının mövqeyinə uyğun olmazsa, bu məsələ diplomatik gedişlər ilə sülh müqaviləsindən sonraya təxirə salına bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see730

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see531

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see421

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see260

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see201

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see187

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see156

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see147

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see145

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see142

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see141

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see133

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see131

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see128

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see128

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see127

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see127

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see124

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see124

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri