Icma.az
close
up
RU
Zəngəzur uğrunda geosiyasi savaş: Fransa Ermənistanda nə axtarır? ŞƏRH

Zəngəzur uğrunda geosiyasi savaş: Fransa Ermənistanda nə axtarır? ŞƏRH

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Fransa diplomatik adla Zəngəzura yerləşdi. dövlətlər nədən sərhəd şəhərlərində konsulluq qurur? Fəxri konsul vəzifəsinə Gorusdakı Frankofoniya mərkəzinin direktoru Karmen Apunts təyin edilib. Beləliklə, Ermənistan Zəngəzur dəhlizinin keçdiyi ərazini Fransanın nəzarətinə verir. Bu, ilk növbədə Rusiyaya zərbədir. Çünki bu nəzarət 2020-ci il 10 noyabr bəyanatına əsasən, ruslara verilməli idi. Amma Ermənistan fərqli mövqe sərgiləyir. Bu gedişat nədən xəbər verir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, burada təəccüblü heç nə yoxdur. Ermənistan təbii ki, “böyük bacısı” Fransanın arxasında durduğunu zənn edir.

Siyasətçinin sözlərinə görə, Ermənistan daha çox bu regionda Fransanın təsirlərinin güclənməsində maraqlıdır. Zatən Ai-nin Ermənistandakı Müşahidə Missiyası sərhəd bölgəsindən gələn Ermənistanın Fransaya yönəlik sərgilədiyi mövqe hamımızın yadındadır.

Cavanşir Abbaslı qeyd edir ki, bəzi dövlətlərin, sərhəd şəhərlərində konsulluq qurması təbii ki, bu regionda Zəngəzur dəhlizi məsələsində “mən də varam” mesajını verməkdir. Çalışırlar ki, bu regionda yerləşsinlər. Təbii ki, bunların da başında Amerika, Fransa kimi ölkələr gəlir. Onların da bu regionda yerləşmələrinin yeganə açarı Ermənistandır. Çünki nə Gürcüstan, nə də Azərbaycan üzərindən Cənubi Qafqaz regionunda onlar yerləşə bilməzlər. Xüsusilə də Azərbaycan üzərindən… Bu baxımdan düşünürəm ki, burada təəccüblü heç nə görünmür. Konsul vəsifəsinə də Qeyd olunduğu kimi Gorusdakı şəxs gətirilib. Bu da Ermənistanın Fransaya yönəlik atdığı addımlardan xəbər verir. Hesab edirəm ki, burada heç bir nəticə əldə olunmayacaq. Çünki Rusiya hər zaman yerləşdiyi bütün regionlarda qalmağa çalışır. Əlinə keçirdiyi fürsətləri dəyərləndirməyə, əlində saxlamağa çalışır. Bu baxımdan da 10 noyabr bəyanatında yer alan həmin nəzarət səlahiyyətini də əldən verəcəklərini düşünmürəm. Sadəcə olaraq son günlərdə Rusiyanın da başı dərddədir. Ukrayna sanki yenidən 2022-ci ilin müharibəsinin ilk günlərinə qayıdıb. Sanki güclənmiş durumda görünür. Bu baxımdan da Rusiya bütün diqqətini Ukrayna cəbhəsinə yönəldib. “Hörümçək toru” əməliyyatının qisasını almağa, daha güclü zərbələr vurmağa çalışır. Belə bir şəraitdə Ermənistan düşünür ki, Ermənistan məsələsi Rusiyanın yadından çıxıb. Amma burada yanılır. Rusiya birtərəfli oyun oynamır. Daim çoxtərəfli oyun oynayır. Təbii ki, bu oyunun da içərisində Cənubi Qafqazda Ermənistan ilk sırada gəlir. 102-ci Rusiya hərbi bazasının yerləşdiyi Ermənistan unutmamalıdır ki, Rusiya əlini ona mütləq çevirəcək. Yəni, tərs bir şapalaq mütləq vuracaq. Ümumiyyətlə Fransanın bu regionda yerləşməyə çalışma cəhdləri Heç bir nəticə verməyəcək. Bu regionun bir lider ölkəsi var. O da Azərbaycandır. Bu regionun güclü ölkələri var. Bu güclü ölkələr də, Fransa, Amerika və digər Avropa ölkələrinin bu regionda yerləşməsinə heç bir halda yol verməzlər.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 İyun 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri