Icma.az
close
up
RU
Zəngəzur uğrunda savaş: reallıqlar nə vəd edir? TƏFƏRRÜAT

Zəngəzur uğrunda savaş: reallıqlar nə vəd edir? TƏFƏRRÜAT

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlərdə Ermənistan tərəfinin şərti sərhəddə atəşkəsi pozaraq təxribatlara əl atması, Zəngəzur uğrunda mübarizə aparan qüvvələrin pərdəarxası oyununun tərkib hissəsidir. 

2020-ci il 10 noyabrda Ermənistanın kapitulyasiya sənədini imzalaması, 2023-cü ildə birgünlük antiterror əməliyyatından sonra Cənubi Qafqazda marağı olan güclərin əsas diqqəti Zəngəzura fokuslanıb. Rusiya və İrandan yan keçəcək Qərblə Şərqi biləşdirən dəhliz məhz Cənubi Qafqaz coğrafiyasında reallaşacaq. Ermənistanın da həmin layihədə iştirakı nəzərdə tutulduğundan Zəngəzur dəhlizi Orta Dəhlizin şaxələndirilmiş tərkib hissəsidir. Ona görə də Zəngəzur uğrunda savaşa təkcə iki ölkə arasında gedən mübarizə kimi yox, daha geniş coğrafiyada Qara dəniz-Qafqaz-Xəzər-Mərkəzi Asiya geosiyasi məkanında gedən böyük geostrateji oyunun tərkib hissəsi kimi baxmaq lazımdır. Maraqlı güclər Cənubi Qafqazdan keçəcək Orta Dəhlizdə maraqlarını və nəzarətini təmin etmək üçün mübarizə aparır.

Qara dəniz-Qafqaz-Xəzər-Mərkəzi Asiya geosiyasi məkanı uğrunda savaşın geosiyasi oyunçuları isə Rusiya, ABŞ, Böyük Britaniya, Türkiyə, İran, Fransa, Almaniya, Çin, Pakistan, Səudiyyə Ərəbistanı, İsrail, Hindistan və bir sıra digər ölkələrdir. Bölgədəki maraqlı oyunçuların reallaşacaq dəlizlə bağlı tamamilə fərqli yanaşması, maraqlarIn uzlaşmasına deyil, əksinə, regionda geosiyasi vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olur.

Rusiya

Moskva İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasını 10 noyabr 2020-ci ildə imzalanan kapitulyasiya sənədində reallaşmasını təmin etməklə həm bölgədə, həm də Rusiyadan yan keçən Orta Dəhlizə nəzarətini və maraqlarını təmin etmək istəyir. Moskva eyni zamanda bölgədə maraqlarını təmin etməklə Şimal-Cənub dəhlizi layihəsini reallaşdırmağı planlaşdırır.

İran

Tehran ümumiyyətlə Orta Dəhlizin Zəngəzurdan keçməsinin əleyhinədir. Tehranın Zəngəzur dəhlizinə qarşı çıxmasının isə bir sıra səbəbləri var.

- İranın Qərblə Şərqi birləşdirən Orta Dəhlizdən faydalanmaq imkanları minimuma enir;
- İran nəinki Ermənistana və bu ölkə üzərindən Qara dənizə çıxışını, eyni zamanda bölgədə təsir imkanlarını itirmiş olur;
- İqtisadi baxımdan da İrana ciddi zərbə vurur;
- Dəhlizin Türk dünyasını birbaşa birləşdirməsini Tehran özünə ciddi təhdid kimi görür;  
- Dəhliz gələcəkdə Mərkəzi Asiya, xüsusən də Türkmənistan qazının Avropaya nəqlinə geniş imkanlar yaradır ki, bu da Tehranın maraqlarına cavab vermir. Nəticədə Tehranın Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinə, o cümlədən Əfqanıstanla Pakistana da təsir imkanlarını azaldır. 

Tehran bölgədə təsirlərini qoruyub saxlamaq, eyni zamanda dəhlizdən faydalanmaq üçün yolun Ermənistan ərazisindən deyil, öz ərazisindən keçməsinə çalışır.

Çin

- Pekin Tehrandan fərqli olaraq Rusiya, Qərb, Türkiyə, Azərbaycan, İsrail, Səudiyyə Ərəbistanı ilə maraqlarını uzlaşdıraraq Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Qərb Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı çıxmasına baxmayaraq, onu da yaxşı anlayır ki, mövcud şəraitdə bunun qarşısını almaq qeyri-realdır. Bu səbəbdən də Çini qıcıqlandırmaq və əks cəbhədə yer almasını istəmir. Qərb onu da yaxşı anlayır ki, bu gün Çinin Mərkəzi Asiya, Əfqanıstan, Pakistana yetərincə təsir imkanları var və ona qarşı çıxmaq onlar üçün əlavə problem deməkdir.  

ABŞ və Qərb

ABŞ və Qərb Zəngəzur dəhlizinin açıqlamasında maraqlı olsa da, yanaşması fərqlidir. Onlar dəhlizin Ermənistanın yurisdiksiyası çərçivəsində açılmasını istəyir. Lakin ABŞ-nin mövqeyi Fransa və Almaniyadan fərqlidir. Vaşinqtonun mövqeyi daha çox Azərbaycan, Türkiyə, İsrail, Pakistan, ərəb ölkələrinin maraqları ilə üst-üstə düşür. Onlar İranın həm dəhlizə, həm də bölgədə təsir imkanlarını minimallaşdırmaq üçün Bakı və Ankaranın şərtlərinə uyğun dəhlizin açılmasına etiraz etmirlər.

Burada yalnız Fransa, Almaniya və Hindistanın maraqları uyğun gəlir. İrəvan da bu ölkələrinin sərgilədiyi mövqeyi özü üçün fürsətə çevirməyə çalışır. Lakin mövcud geosiyasi proseslər bu güclərin təsir imkanlarını məhdudlaşdıraraq, Zəngəzur dəhlizinin Bakı və Ankaranın şərtləri daxilində açılmasına geniş fürsətlər yaradır.

Proseslər Zəngəzur dəhlizinin güc yolu ilə açılmasını zəruri edərsə, o zaman nə Fransa, nə də İran buna qarşı ciddi əngəl yaratmaq gücündə olacaq. Əsk halda ciddi müqavimətlə rastlaşacaqlar.

Mürtəza Bünyadlı
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri