Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Zəngəzurda rus erməni savaşı başlamaq üzrədir SENSASİYA

Zəngəzurda rus erməni savaşı başlamaq üzrədir SENSASİYA

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın Rusiyaya son müraciəti və rəsmi İrəvanın ABŞ-la da paralel mexanizmlər qurmağa çalışması Cənubi Qafqazın artıq yeni mərhələyə keçdiyini göstərir... Azərbaycanın infrastruktur üstünlüyünü artıq ələ keçirdiyi bir situasiyada isə Paşinyan hakimiyyəti yenə də "ikibaşlı oyunlar" ilə Ermənistana əlavə mənfəət qazandıra biləcəyinə ümid bəsləyir...

Rusiyanın son vaxtlar açıq-aşkar təhdidkar və isterik məzmun daşıyan Cənubi Qafqaz siyasəti ABŞ-ın regional “dəhliz diplomatiyası” qarşısında iflasa uğramağa başlayıb. Hər halda, illərlə davam edən tərəddüd və siyasi manevrlərdən sonra Ermənistan nəhayət ki, Cənubi Qafqazda "regional nəqliyyat oyunu"na ehtiyatla da olsa, geri qayıdır. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya tərəfinə həm Türkiyə, həm də Azərbaycanla dəmir yolu əlaqələrinin təcili bərpası ilə bağlı müraciət ünvanlayıb.

Onu da qeyd etmək lazımdır ki, erməni baş nazirin bu müraciəti rəsmi İrəvanın ənənəvi mövqeyində nəzərəçarpacaq dəyişiklikdən xəbər verir. Üstəlik, bu dəyişiklik siyasi seçimdən daha çox geopolitik məcburiyyətin nəticəsi kimi diqqəti çəkir. Belə ki, Rusiyaya yönəlik bu gecikmiş müraciət strateji baxımdan, Azərbaycan və Türkiyə sərhədlərinə istiqamətli iki həssas dəmir yolu xəttini əhatə edir.

Erməni baş nazir həmçinin Qazax-İcevan dəmir yolu sahəsinin də gündəliyə çıxarılacağını bildirib. Bununla da Ermənistanın regional nəqliyyat-kommunikasiya sisteminə mümkün ola biləcək inteqrasiya coğrafiyasını daha da genişləndirib. Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyanın bu müraciəti məhz Rusiyaya ünvanlanması maraq doğuran məqamdır.

Məsələ ondadır ki, son illərdə rəsmi İrəvan Rusiya ilə münasibətlərdə mümkün olduğu qədər məsafəli davranmağa çalışır. Bu baxımdan, Qərbə yaxınlaşdırma istiqamətində siyasi-diplomatik manevrlər edən Ermənistan baş nazirinin gözlənilmədən Kremlə üz tutması əslində, rəsmi İrəvan tərəfindən inkaredilməz reallığın dolayısı etirafıdır. Yəni, Paşinyan hakimiyyəti qısa və orta perspektivdə Cənubi Qafqazda post-münaqişə dövrü üçün logistik infrastrukturun bərpası prosesindən Rusiyanı tamamilə kənarda saxlamağın mümkün olmadığı qənaətinə gəlib.

Təbii ki, rəsmi İrəvan Ermənistanın dəmiryolu şəbəkəsinin tamamilə Rusiyanın nəzarəti altında olması ilə bağlı təhlükəli reallıqdan yayınmaq şansına malik deyil. Ona görə də, Paşinyan hakimiyyəti Kremlin sərt təzyiqləri qarşısında, artıq öz geopolitik önəmini itirməkdə olan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatındakı nəqliyyat-kommunikasiya müddəalarına istəməsə də, geri dönmək məcburiyyətində qalmış kimi görünür. Halbuki, rəsmi İrəvan indiyə qədər artıq bir neçə dəfə həmin anlaşmanın qüvvədən düşdüyünü də bəyan etmişdi.

Digər tərəfdən, Paşinyan hakimiyyəti uzun müddətdən bəri “dəhliz” terminindən yayınmağa çalışırdı. Halbuki, xüsusilə də, Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu xəttinin bərpası funksionallıq baxımdan, əslində, eyni nəticəyə - dəhliz anlayışına gətirib çıxarır. Və bu, o deməkdir ki, terminologiya bəlkə də dəyişə bilər, ancaq coğrafiyanın dəyişməsi isə heç bir halda, mümkün deyil.

Bütün bunlara paralel olaraq, rəsmi İrəvan Ermənistanı yaxın gələcəkdə üzləşə biləcəyi geopolitik risklərdən də sığortalamağa çalışır. Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-la birlikdə "Tramp marşrutu" (TRIPP layihəsi) üzrə yaradılmış erməni-amerikan işçi qrupunun ilk iclasının artıq keçirildiyini də rəsmən təsdiqləyib. Və bu marşrutu dəstəkləyən ABŞ regional tranzit təşəbbüsü kimi Şərq-Qərb dəhliz bağlantısını gücləndirməyi hədəfləyir.

Ancaq müşahidələr hələlik onu göstərir ki, indiyədək bu istiqamətdə irəliləyiş əsasən deklarativ xarakter daşıyır. Yəni, “yaxın vaxtlarda real fəaliyyətə başlanılacaq” kimi bəyanatlar verilsə də, hələlik konkret vaxt qrafiki, hüquqi mexanizmlər və təhlükəsizlik çərçivəsi açıqlanmayıb. Bu isə ABŞ-ın Cənubi Qafqaza yönəlik "güclü strateji niyyət, ancaq mərhələli və ehtiyatlı irəliləyiş" diplomatiyasına bağlı olan modeli ön plana çıxarır.

Əslində, ABŞ üçün TRIPP layihəsinin əsas geostrateji məntiqi və hədəfləri tamamilə aydındır. Belə ki, Ağ Ev yaxın və orta perspektivdə Cənubi Qafqazda Rusiyanın logistik dominantlığını zəiflətmək, İran üzərindən keçən marşrutların funksionallığını balanslaşdırmaq, Qara dəniz-Cənubi Qafqaz-Orta Asiya xətti üzrə alternativ nəqliyyat-kommunikasiya marşrutları yaratmaq niyyəti güdür. Və bu baxımdan, yaxın vaxtlarda TRIPP layihəsi üzərində ABŞ-Rusiya qarşıdurması qaçılmaz görünür.

Ermənistan üçünsə, TRIPP layihəsi böyük ölçüdə strateji sığorta mexanizmi rolunu oynayır. Yəni, rəsmi İrəvan Rusiyanın Ermənistana sərt təzyiqlərini məhz ABŞ-ın siyasi dəstəyi ilə balanslaşdırmağa cəhd göstərir. Və bu baxımdan, Ermənistan üçün Zəngəzur üzərində ABŞ-Rusiya qarşıdurmasının daha kəskin xarakter alması böyük önəm daşıyır.

Təbii ki, bu prosesdə Azərbaycan faktoru həlledici rol oynaya bilər. Çünki "Tramp marşrutu" layihəsinin işə salınması üzrə asimmetrik üstünlük artıq Azərbaycanın tərəfindədir. Ona görə də, mövcud situasiyanı köklü şəkildə dəyişə biləcək əsas amil məhz Azərbaycanın mövqeyi ilə bağlı olacaq. Belə ki, rəsmi Bakı post-münaqişə dövründə üzərinə düşən bütün infrastruktur öhdəliklərinin böyük hissəsini artıq yerinə yetirib. Yəni, Azərbaycan ərazisində dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri ya tam hazırdır, ya da yekunlaşmaq üzrədir.

Bütün bunlar isə açıq-aşkar asimmetriya yaradır və bu, məhz Azərbaycanın xeyrinə işləyir. Artıq hazırda əsas geostrateji problem regional kommunikasiyaların açılıb-açılmaması deyil, onların necə və kimin nəzarəti altında fəaliyyət göstərəcəyi ilə də bağlıdır. Ona görə də, vaxtilə bu prosesdə rəsmi İrəvan üçün zaman qazandıran ləngimə taktikası indi Ermənistanln əleyhinə çevrilməyə başlayıb.

Nəticədə Ermənistanın strategiyası da dəyişməyə doğru yönəlib. Çünki indi rəsmi İrəvan bloklama və təxirəsalma siyasətindən imtina edərək, yaranan nəqliyyat axınlarından tam kənarda qalmamaq üçün minimum zərərlə mövqeyini yeniləmək xəttinə keçib. Bu baxımdan, ABŞ-ın fəallaşma mesajları ümumi situasiyanın geopolitik mənzərəsini tamamlayır. Belə ki, ələn ilin əvvəlindən ABŞ-ın Ermənistan istiqamətində siyasi-diplomatik fəallığının artacağı ehtimal olunur. Xüsusilə də, ABŞ dövlət katibi Marko Rubionun Ermənistana mümkün səfəri və qeyri-rəsmi olaraq, “Tramp marşrutu” layihəsinin "simvolik açılışı" istisna edilmir.

Əgər, belə bir ssenari reallaşarsa, bu, ABŞ-ın Cənubi Qafqazı qlobal nəqliyyat və əlaqələndirmə gündəliyində daha ön plana çıxarmaq niyyətindən xəbər verə bilər. Xüsusilə də, Rusiya və Çinlə rəqabətin dərinləşdiyi bir dövrdə alternativ logistika marşrutları strateji əhəmiyyət qazanır. Ancaq burada da rol bölgüsü dəyişməyərək, ABŞ geopolitik katalizator rolunda çıxış edə, real icra və texniki mexanizmlər isə hələlik müvəqqəti də olsa, Rusiyanın əlində qala bilər.

Bu proseslər onu göstərir ki, keçid mərhələsində olan Cənubi Qafqazın uzun illər bloklanmış "nəqliyyat xəritəsi" nəhayət ki, hərəkətə gətirilir. Bu, mübahisələrin həll olunması hesabına deyil, məhz çarpaz geopolitik təzyiqlərin artıq gözardı edilə bilməməsi nəticəsində baş verir. Ermənistanın Rusiyaya müraciəti, ABŞ-la paralel mexanizmlər qurması və Azərbaycanın infrastruktur üstünlüyü regionun yeni mərhələyə keçdiyini göstərir. Və bu mərhələdə nəqliyyat əlaqələri artıq seçim deyil, zərurətdir, neytral mövqe saxlamaq isə getdikcə, daha da çətinləşir.

Paşinyan hakimiyyəti isə yenə də "ikibaşlı oyunlar" ilə Ermənistana əlavə mənfəət qazandıra biləcəyinə ümid bəsləyir. Belə ki, bir tərəfdən, ABŞ-la "Tramp marşrutu" layihəsinin icrası üzrə danışıqlar intensivləşdirilir. Digər tərəfdən isə rəsmi İrəvan Zəngəzurda dəmiryolu şəbəkəsinin bərpası üçün Rusiyaya müraciət edir.

Yəni, Paşinyan hakimiyyəti bununla həm seçki ərəfəsində Kremlin təzyiqlərini yumşaltmaq, həm də, TRİPP-in inşa olunma xərclərini Rusiyanın üzərinə yükləməyə çalışır. Eyni zamanda, rəsmi İrəvan bu mərhələdə Zəngəzur üzərində ABŞ-Rusiya qarşıdurmasında da maraqlıdır. Çünki Paşinyan hakimiyyəti belə bir qarşıdurmanın yaradılmasına nail ola bilməyəcəyi təqdirdə, Zəngəzurda məhz "rus-erməni savaşı"nın qaçılmaz olacağını da çox yaxşı anlayır.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Dekabr 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri