Icma.az
close
up
RU
Zəngəzurda SENSASİYA doğuran Tramp körpüsü Bakı 3 regionun taleyini dəyişəcək

Zəngəzurda SENSASİYA doğuran Tramp körpüsü Bakı 3 regionun taleyini dəyişəcək

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 23-də İspaniyanın “Periodista Digita” nəşrinin Zəngəzur dəhlizi ilə bağlı yayımladığı məqalə sensasiya doğurdu. Nəşrin iddiasına görə, Ermənistan hökuməti ABŞ-ın Zəngəzur dəhlizində təhlükəsizliyə 100 il müddətində nəzarət təklifinə razılaşıb. Hətta bu istiqamətdə gizli memorandum imzalanıb.

Sənədə əsasən, Amerikanın özəl şirkətlərindən birinə məxsus hərbçilər Ermənistan ərazisində yerləşdiriləcək. Eyni zamanda Zəngəzurdan keçməklə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun “Tramp körpüsü” adlandırılacağı, Vaşinqtonun təklif etdiyi variantın tamamilə Bakının tələbləri ilə üst-üstə düşdüyü vurğulanıb. O cümlədən, bu məsələnin İranda narazılığa səbəb olacağı da yazıda qeyd edilir. Nəşrin məqaləsi Cənubi Qafqaz və regionda maraqlı beynəlxalq oyunçular arasında böyük səs-küyə səbəb olub. Ermənistan tərəfi daha sonra iddiaların saxta olduğunu desə də, hazırda bu istiqamətdə müzakirələr davam edir.

“Tramp körpüsü” iddiası nə dərəcədə həqiqətə uyğundur? İspaniya nəşrinin yayımladığı məlumat reallaşa bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Cənubi Qafqaz regionu son illərdə qlobal güclərin maraq dairəsində əsas mövqeyə yüksəlib:

“2020-ci ildə Azərbaycan tərəfindən əldə edilən hərbi-siyasi qələbə yalnız ölkənin ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, eyni zamanda regionda yeni geosiyasi düzənin əsasını qoydu. Bu dəyişikliklər fonunda Azərbaycan artıq regional sabitliyin və iqtisadi əməkdaşlığın aparıcı təşəbbüskarına çevrilib.

Son dövrlərdə bəzi informasiya resurslarında ABŞ hərbi kontingentinin Ermənistan ərazisində yerləşdiriləcəyi ilə bağlı fikirlər irəli sürülsə də, bu məlumatlar nə rəsmi Vaşinqton, nə də İrəvan tərəfindən təsdiqlənib. Əgər belə bir strateji qərar həqiqətən gündəmdə olsaydı, bu, NATO sənədlərində və alyansın kollektiv qərarlarında da əksini tapardı. Hazırda ABŞ-ın Ermənistanla həyata keçirdiyi hərbi-texniki əməkdaşlıq daha çox regional balans axtarışının tərkib hissəsidir və bilavasitə hərbi mövcudluq anlamına gəlmir.

Digər tərəfdən, Rusiyanın regiondakı mövqeləri də ciddi dəyişiklik mərhələsindədir. Ukrayna müharibəsi və daxili sosial-iqtisadi təzyiqlər Moskvanın Cənubi Qafqazdakı dominant rolunu zəiflətsə də, tamamilə sıradan çıxması real görünmür. Rusiya iqtisadi, enerji və logistika əlaqələri vasitəsilə, o cümlədən Şimal–Cənub dəhlizi çərçivəsində bölgədə mövcudluğunu qorumağa çalışır. Bu isə onu göstərir ki, hazırda çoxqütblü və daha balanslı təsir modelinə doğru keçid baş verir.

Ermənistanın Rusiya ilə olan iqtisadi və enerji asılılığı onu tam qərbyönümlü kurs götürməkdən çəkindirir. Bu şəraitdə regionun gələcəyi baxımından konstruktiv əməkdaşlıq formatlarına ehtiyac daha da artır. Məhz belə məqamda Zəngəzur dəhlizi ideyası yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün strateji önəm daşıyır”.

Həmçinin oxuyun:

Dünya mediası İlham Əliyevin Forumdakı çıxışından yazdı – Fotolar


Elçin Mirzəbəyli

Deputatın sözlərinə görə, İranın Zəngəzur dəhlizinə münasibəti zaman-zaman dəyişsə də, Tehran rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib:

“İranın regionda davamlı sabitlik və təhlükəsizlikdə maraqlı olması, Bakı ilə Tehran arasında yeni qarşılıqlı anlaşma formatlarının inkişafına yol açır. Son aylarda iki ölkə arasında aparılan diplomatik dialoq və təhlükəsizlik təminatları məsələ ilə bağlı gərginliyin yumşaldılmasına xidmət edir. Bu, regional əməkdaşlığın daha geniş bir platformaya çıxarılması baxımından əhəmiyyətlidir.

Zəngəzur dəhlizi ideyası bu kontekstdə xüsusilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın qərb rayonlarını Naxçıvan və oradan da Türkiyə ilə birləşdirəcək nəqliyyat arteriyası yalnız coğrafi deyil, həm də iqtisadi, siyasi və mədəni baxımdan Cənubi Qafqazın inteqrasiyasını təmin edəcək. “Tramp körpüsü” simvolik ifadəsi bu dəhlizin bölgədə yeni əməkdaşlıq modelinin təməlini qoyacağına dair ictimai rəyin formalaşdığını göstərir”.

E.Mirzəbəyli bildirib ki, rəsmi Bakı Zəngəzur dəhlizini strateji prioritet kimi müəyyən edib və bu istiqamətdə diplomatik, iqtisadi və texnoloji səviyyədə ardıcıl addımlar atmaqdadır:

“Ermənistanın müqavimətinə və müəyyən xarici güclərin ehtiyatlı mövqeyinə baxmayaraq, regional və qlobal çağırışlar Zəngəzur dəhlizi ideyasını daha da aktuallaşdırır. Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərqi birləşdirəcək bu dəhliz yalnız Azərbaycanın deyil, Avrasiya məkanının strateji kommunikasiya infrastrukturunun ayrılmaz tərkib hissəsi olacaq.

Zəngəzur dəhlizi ətrafında baş verən proseslər yeni geosiyasi arxitekturanın formalaşmasında mühüm mərhələ kimi çıxış edir. Azərbaycan bu arxitekturanın əsas memarı olaraq yalnız regional güc deyil, eyni zamanda sülh, əməkdaşlıq və qarşılıqlı asılılıq platformasının qurucusuna çevrilməkdədir. Qlobal aktorların maraqlarını tarazlayan və region ölkələrinin gələcəyini qarşılıqlı fayda əsasında qurmağa çalışan bu model dəhliz ideyasının reallaşmasını daha mümkün və inandırıcı edir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri