Icma.az
close
up
RU
Zəngəzurdan Çinə çatan zəng “Ey Vətən!”

Zəngəzurdan Çinə çatan zəng “Ey Vətən!”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Papanın öldüyü, xristian övladların Londonda razılaşmaya gələ bilmədiyi günləri yaşayırıq. Üstəlik Pasxa sonrasıdır. Təbiət yenidən dirilir. İsanın çarmıxdan sonra dirildiyinə inanılan günlərdir. Möcüzələrə inanılası havalardır. Havada İsa mərhəməti var...

Bakı həzin, ilıq, küləksiz günlərini yaşayır...

Möcüzə heç vaxt baş vermir. Çünki möcüzə hər an davam edir. Biz nadir hallarda onu görə bilirik. Tanrı hamıya bu ziyafətdən pay verir. Ancaq biz qalxıb zamanında əl-üzümüzü yumuruq. Kimin səbatı varsa, o, hər gün bu möcüzə sərgisinə qatıla bilir.

20faiz.az “saytı”nın mübtəlaları “Möcüzə TV”nin ekranlarına boylana bilmir, boyları çatmır. Hər şeyi iyirmi faiz az görməyə vərdiş edənlər möcüzələrin də qolunu, qanadını qırıq görür.

SSRİ-nin süqutu hadisəsindən sonra Azərbaycanın taleyində baş verən ən böyük olayların yaşandığı perioddayıq. Sovetdən sonra əldə etdiyimiz müstəqillik nə qədər şirindirsə, son illərdə qazandığımız iqtisadi-siyasi müstəqillik bir o qədər mətindir. Biz hər nailiyyətimizi izzətində hiss etməsək, həmin müvəffəqiyyət müvəqqəti olacaq.

Azərbaycan Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzaladı!

Məhəmməd Peyğəmbərin hədislərindən, Fridrix Engelsin sitatlarına qədər yer alan qədim Çinlə... Mahiyyət çox böyükdür və Prezident İlham Əliyevin dərininə etdiyi bu səfər elə qarşılanma mərasimindən bizim üçün hadisəyə çevrildi.

Vətəndən doya bilməyənlərin şərqisi bu gün uzaq Şərqdə səsləndi... Sözün əsl mənasında sosialist xoşbəxtliyi fışqıran çiçəkli uşaqların nəğməsinin fonunda Azərbaycanın ən möhtəşəm mahnılarından biri çalındı:

“Ey vətən...”

Ey Vətən, sən Hacıqabulda doğulan ləzgi qızı Elza İbrahimovanın Vətənisən, bu gün həmin nəğməyə yeni nəfəs verən talış qızı İlhamə Qasımovanın Vətənisən. Sən bu nəğməni dünyanın bütün ölkələrinə daşıyan Tbilisidə doğulan şuşalı Rəşid Behbudovun Vətənisən! Sən vətəni ürəyində, nəğməsində, əməlində dünyanı gəzdirən azərbaycanlıların, Azərbaycanı çoxaldanların Vətənisən.

Zamanında bizə 86.6 min kvadrat kilometri çox görənlərin bu gün bərələn gözləri kimi böyüyürsən. Bu gün Çində Azərbaycanın sərhədləri dirijor çubuqları ilə cızıla-cızıla bir az da genişləndi, baraban zərbələri ilə möhkəmləndi.

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva 2021-ci ildə Zəngilanda olarkən radiodan məhz həmin mahnını - “Ey vətən”i dinləyərkən paylaşım etmişdilər.

Dünya gözünü açandan ipək yolları salan, Şərqdən Qərbə daim yüklü karvanlar göndərən Çin bu gün yenə Qərbin doğru qapısı olan Azərbaycanla tarixi xatirələrini diriltdi.

Bu gün Pekində çalınan “Ey vətən” həmin qapının zəngidir. Dörd il əvvəl Şərqi Zəngəzurda çalınan zəng bu gün qədim İpək yolunun mənbəyində eşidildi.

Elə həzin zənglər var ki, onlar min qara-qışqırığı batırır. Azərbaycan imdad, kömək çağırışı əsrini bitirdi. İndi iş, əməkdaşlıq əyyamıdır.

Elə Çin ataları demişkən: “Ağız bağlananda hər söz atalar sözüdür”.

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri