Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Səhər yeməyində buna diqqət edin!

Panik atakla infarktı necə ayırd etmək olar?

Zəngilan logistika xəritəsində qlobal oyunçuya çevrilir TƏHLİL

Zəngilan logistika xəritəsində qlobal oyunçuya çevrilir TƏHLİL

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qlobal ticarət sistemində baş verən dəyişikliklər və yeni nəqliyyat marşrutlarının formalaşması fonunda Azərbaycan sayəsində Cənubi Qafqaz regionu Avrasiyada mühüm logistika və tranzit mərkəzinə çevrilməkdədir. Prosesin lideri qismində çıxış edən Azərbaycanın coğrafi mövqeyi, müasir infrastruktur layihələri, beynəlxalq tərəfdaşlıqları və sabit iqtisadi mühiti ölkəmizə, bu kontekstdə Cənubi Qafqaza beynəlxalq marağı daha sürətlə artır. O da nəzərə alınmalıdır ki, Cənubi Qafqaz Avropa ilə Asiya, Şimal ilə Cənub arasında təbii keçid nöqtəsidir. Burada ölkəmizin Xəzər dənizinə çıxışı, İran, Rusiya, Gürcüstan və Türkiyə ilə sərhədləri ölkəyə geniş tranzit imkanları yaradır. Sözügedən amil Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əsas nəqliyyat dəhlizlərinin ayrılmaz hissəsinə çevrilməsinə şərait yaradıb. Bu baxımdan, Azərbaycan yalnız regional deyil, qlobal logistika sistemində də mühüm rol oynayır. Çin, Mərkəzi Asiya, Rusiya, Türkiyə və Avropa ölkələrini birləşdirən nəqliyyat şəbəkələri Azərbaycanın ərazisindən keçərək daha qısa, təhlükəsiz və səmərəli marşrutlar təqdim edir.

Daha bir vacib nüans odur ki, işğaldan azad edilən ərazilərin nəqliyyat-logistika layihələrinə cəlb edilməsi Azərbaycan üçün əlavə üstünlüklər yaradır. Qeyd edilən fonda Zəngilan rayonu konkret nümunələrdən biri kimi təqdim edilə bilər. Prezident İlham Əliyev də Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə qeyd edib ki, sözügedən bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək: “Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.

Zəngilan rayonundan keçəcək Araz dəhlizi ilə bağlı işlər yüksək intensivliklə davam etdirilir. Xatırladaq ki, 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası olaraq İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur ki, artıq bu istiqamətdə də xeyli iş görülüb. Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikilən körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidini təmin etmək mümkün olacaq. Bu yol vasitəsilə tranzit yüklərin daşınması da həyata keçiriləcək. Azərbaycandan İrana, buradan Naxçıvana keçən marşrut Cənubi Araz dəhlizi kimi tanınır.

Zəngəzur dəhlizinin də inşası ilə bağlı proseslər intensiv şəkildə inkişaf edir. Azərbaycan öz ərazisində bu xüsusda işləri gələn ilin ortasınadək yekunlaşdırmağı hədəfləyir. Oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayevlə Astanada mətbuata birgə bəyanatında bu xüsusda qeyd edib: “Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq”.

Qardaş Türkiyədə də Zəngəzur dəhlizinin inşası istiqamətində işlər praktik mərhələdədir. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolunun potensialından tam istifadə olunması tədbirləri ilə yanaşı, Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni marşrutun açılması istiqamətində də zəruri addımlar atılır. Abdulkadir Uraloğlu vurğulayıb ki, Qarsdan Naxçıvan sərhədinə qədər uzunluğu 224 kilometr olan yeni dəmir yolunun tikintisinə artıq başlanılıb: “Türkiyə Asiyanı, Avropanı və Afrikanı birləşdirən ən mühüm ticarət xətti üzərində yerləşir və faktiki olaraq körpü rolunu oynayır. Bu strateji mövqeyimiz çərçivəsində biz artıq Orta Dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolunu yaratmışıq, indi isə onun tam potensialını üzə çıxarmaq istiqamətində işlər davam edir. Bununla yanaşı, Xəzər üzərindən Azərbaycan və türk dünyası ilə birbaşa əlaqə üçün alternativ Zəngəzur dəhlizi layihələndirilir. Bu dəhliz Orta Dəhlizin buraxılış gücünü əhəmiyyətli dərəcədə artıracaq”.

Nazir xatırladıb ki, dəmir yolu ilə bağlı Naxçıvanda da mühüm işlər görüləcək: “Azərbaycanda infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlanıb. Əsas gözlənti Ermənistan ərazisindən keçəcək 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisinə başlanmasıdır. ABŞ-nin təşəbbüsü ilə bu istiqamətdə razılıq əldə olunub və biz yaxın zamanda işlərin başlanacağını gözləyirik”. Elə bu kontekstdə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ABŞ ilə “Tramp yolu” layihəsinin həyata keçirilməsi üzrə kifayət qədər intensiv iş aparılır: “Əlbəttə, layihə bizim və region üçün yenidir, onun çoxlu nüansları var və əminəm ki, bu məsələləri mümkün qədər tez müzakirə edəcəyik, həll yollarını tapacağıq və bu proqramı həyata keçirəcəyik. Bura Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəninin təmin edilməsi də daxildir”. Paşinyan Ermənistanın bu məsələ ilə bağlı ABŞ ilə yanaşı, üçüncü tərəflərlə də işləyəcəyini açıqlayıb: “Bu məqsədə mümkün qədər tez nail olmaq üçün xoş niyyətlə bütün tədbirləri görmək əzmimiz olduğunu təsdiq edirik”.

Artıq o da məlum olub ki, öz növbəsində ABŞ hökuməti ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır. Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidmətinin məlumatına əsasən, ABŞ hökuməti əldə olunmuş razılaşmalar əsasında Azərbaycan və Ermənistanla əməkdaşlığı dərinləşdirməyə davam edir: “Amerika Birləşmiş Ştatları 8 avqustda Vaşinqtonda imzalanmış tarixi birgə Bəyannamə və Anlaşma Memorandumlarının icrasına sadiqdir və ilin sonunadək hər iki hökumətlə ilkin İşçi qruplarının yaradılmasını təmin edəcək... Biz Azərbaycan və Ermənistan rəsmiləri arasında sərhədlərin müəyyənləşdirilməsi, minatəmizləmə və TRIPP layihəsinin dəstəklənməsi məqsədi ilə infrastrukturun inkişafı üzrə son məzmunlu müzakirələri alqışlayırıq. Həmçinin Azərbaycanın Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsi barədə son qərarını, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilmiş görüşünü də müsbət qarşılayırıq. ABŞ-nin rəhbərlik etdiyi təşəbbüslər bu səylərlə birlikdə özəl investisiyaları cəlb edəcək, Azərbaycan, Ermənistan və onun hüdudlarından kənarda yeni firavanlıq dövrü başlayacaq”. Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Davit Xudatyan isə xatırladıb ki, ölkəsi artıq Zəngəzurda iri infrastruktur layihələri həyata keçirir: “Zəngəzurda biz digər iri infrastruktur layihələri həyata keçiririk, burada həm vilayət, həm də icmalar iştirak edir. Söhbət xüsusilə “Dayanıqlı Zəngəzur” proqramından gedir, onun çərçivəsində yaxın vaxtlarda təhsil, o cümlədən su təsərrüfatı sahəsinə aid infrastrukturun modernləşdirilməsi layihələri, həmçinin səhiyyə infrastrukturunun yenilənməsi proqramları başlayacaq. Bizim əsas və iri layihəmiz Şimal-Cənub nəqliyyat dəhlizidir və hazırda ən böyük hissəsini Zəngəzur vilayətində həyata keçiririk. Az əvvəl deputatlara və ictimaiyyətə bildirdim ki, 2026-cı ildə iki iri layihənin icrasına start veriləcək və buna görə də yaxın gələcəkdə Zəngəzur bizim əsas tikinti istiqamətimiz olaraq qalacaq”.

Beləliklə, Zəngəzur dəhlizinin Ermənistandan da keçən hissəsində artıq proses özünün praktik mərhələsinə qədəm qoymaq üzrədir. Son nəticədə bütün bunlar Zəngilanın Cənubi Qafqazda önəmli nəqliyyat mərkəzlərindən birinə çevrilməsini şərtləndirəcək. Təbii ki, bu da ümumən Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarının bərpası və inkişafına yeni töhfələr verəcək, bütün ölkə iqtisadiyyatı prosesdən yararlanacaq. O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanın gələcək məqsədi yalnız tranzit ölkə olmaq deyil, həm də yük axınlarının idarə olunduğu, texnoloji və maliyyə xidmətlərinin göstərildiyi regional logistika mərkəzinə çevrilməkdir. Bu məqsədlə nəqliyyat dəhlizlərinin inteqrasiyası, rəqəmsal platformaların tətbiqi, dayanıqlı enerji mənbələri ilə işləyən logistika mərkəzlərinin qurulması prioritet istiqamətlərdəndir. Qeyd edilən proses ölkəmizə yalnız iqtisadi gəlir deyil, həm də geosiyasi təsir gücü qazandırır.

MTM Analitik Qrupu 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see344

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see251

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see231

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see228

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see212

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see211

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see208

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see198

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see180

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see179

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see177

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see174

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see173

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see173

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see172

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see169

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see165

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see163

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see161

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri