Zəngilan mesajı həm tarixə, həm də regiondakı siyasi proseslərə ünvanlanıb Rizvan Nəbiyev
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Biz prezidentin Zəngilanda səsləndirdiyi və artıq bir neçə gündür mətbuatda geniş təhlil olunan mesajlarla bağlı fikirlərimizi bölüşmək istəyirik. Həqiqətən də qələm sahiblərinin yaxşı tanış olduğu bu çıxışda vurğulanmalı çox mühüm məqamlar və diqqət yetirilməli nüanslar var. Bu baxımdan mən ilk növbədə mesajın verildiyi məkanın tarixinə diqqət çəkmək istəyirəm. Bu mesaj Şərqi Zəngəzurda səsləndirilib və Şərqi Zəngəzur işğaldan azad olunub. Deməli, Zəngəzurun şərqi varsa, qərbi də var. Qərbi Zəngəzurun Ermənistana verilməsinin isə məlum tarixi mövcuddur. Bu, 1920-ci il noyabrın 30-da baş verib. O dövrün Siyasi Bürosunun iclası keçirilib və bununla bağlı protokol da mövcuddur. Yəni mesajın verildiyi məkan özü də Ermənistan məsələsindən Azərbaycana qarşı istifadə olunmasının uzun tarixə malik olduğuna işarədir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.
İkinci mühüm məsələ zaman faktorudur. Ermənistanda parlament seçkilərinə sayılı günlər qalıb və məhz belə bir mərhələdə cənab Prezident bu mesajı həm regional güclərə, həm də Ermənistanın siyasi isteblişmentinə, o cümlədən revanşist müxalifətə ünvanladı. Çünki faşist və mürtəce Qarabağ hərəkatının tərəfdarları müxtəlif xarici qüvvələrin əlində alət olmaq üçün fürsət axtarırlar. Bu baxımdan verilən mesaj tam aydın və birmənalı idi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:231
Bu xəbər 12 May 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















