Zəngilan Şəhidlər xiyabanının ətrafına 400 ə yaxın ağac əkilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zəngilan, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Anım Gününün beşinci ildönümü münasibətilə Zəngilan Şəhidlər xiyabanı ziyarət edilib, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın məzarlarına gül dəstələri qoyulub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, anım mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, əməkdaşları və sakinlər iştirak ediblər.
Tədbirin davamı olaraq, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə Zəngilan Şəhidlər xiyabanı ətrafında ağacəkmə aksiyası baş tutub. Aksiya çərçivəsində müasir damcı suvarma sistemi çəkilən ərazidə 140 ədəd Leyland sərvi, 100 ədəd Xan çinarı, 100 ədəd Eldar şamı, 50 ədəd isə Parlaq birgöz ağacı olmaqla, ümumilikdə 390 ədəd ağac əkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















