Zəngilanda plov festivalı keçirilib
Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Festival milli-mədəni irsimizin, zəngin kulinariya ənənələrimizin və qədim el sənətlərimizin nümayiş olunduğu genişmiqyaslı mədəniyyət bayramına çevrilib. Tədbir boyu plov növlərinin təqdimatı keçirilib, peşəkar aşpazlar tərəfindən bişirilən fərqli və ləziz təamlar qonaqlara təqdim olunub.
Tədbir çərçivəsində milli sənətkarlıq nümunələrinin sərgiləri, suvenir stendləri qurulub. Qonaqlar və rayon sakinləri toxuculuq, keramika, ebru sənəti və ənənəvi xalçaçılıq üzrə təşkil edilən ustad dərslərində iştirak edərək, milli tətbiqi sənətimizin incəlikləri ilə yaxından tanış olublar.
Festivala qatılan tanınmış blogerlər, ictimaiyyət nümayəndələri, rayon sakinləri və çoxsaylı qonaqlar həm təamların dadına baxıb, həm də doğma yurduna qovuşan Zəngilanın dirçəliş ab-havasını, bayram sevinclərini bölüşüblər. Rəngarəng musiqi nömrələri və mədəni proqramla davam edən festival iştirakçılarda xoş və unudulmaz təəssürat yaradıb.
Qeyd edək ki, bayram tədbirləri Mədəniyyət Nazirliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun maliyyə və təşkilati dəstəyi ilə keçirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Zəngilanda aqrar texnika festivalı
03 Oktyabr 2026 13:57
Zəngilanda ilk dəfə veloyürüş keçirilib
03 İyun 2025 17:32
Zəngilanda növbəti əmək yarmarkası keçirilib
04 İyun 2026 14:21
Zəngilanda “KOB Fest” sərgisatış yarmarkası keçirilib
28 Dekabr 2024 11:02
Zəngilanda xəyallar gercəkləşir
25 May 2026 15:41
Baxış sayı:47
Bu xəbər 21 Oktyabr 2026 18:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları