Zəngilanda veloyürüş keçirilib FOTOLAR
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AZVİF) birgə təşkilatçılığı ilə Zəngilan rayonunun məktəbliləri arasında veloyürüş keçirilib.
AZVİF-dən Bakıvaxtı.az-a bildirilib ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan veloyürüşdə Zəngilan şəhər məktəbinin, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, eləcə də müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının üzvləri iştirak ediblər.
Tədbirin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüşdə iştirak edən Zəngilan məktəblilərinə velosipedlər və qoruyucu dəbilqələr hədiyyə edilib.
Qeyd olunub ki, veloyürüşün keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların idmana cəlb edilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 Oktyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















