Icma.az
close
up
RU
Deputat: “Zəngilanın azadlığı bütövləşən Azərbaycanın gələcəyidir”

Deputat: “Zəngilanın azadlığı bütövləşən Azərbaycanın gələcəyidir”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Bu gün, 20 oktyabr – Azərbaycan tarixinin şanlı səhifələrindən biri, Zəngilan şəhərinin düşmən işğalından azad olunduğu gündür”. 

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, Zəngilanın coğrafi mövqeyi, İran və Ermənistanla sərhəd kəsişməsində yerləşməsi onun strateji əhəmiyyətini daha da artırır: 

“Məhz bu səbəbdən Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi əməliyyat həm hərbi, həm siyasi, həm də diplomatik baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Ali Baş Komandanımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq, dəmir iradə və misilsiz cəsarət nümayiş etdirərək əməliyyatı qısa müddətdə və minimum itkilərlə uğurla tamamladı. Qəhrəman hərbçilərimiz ildırım sürətli hücumla İranla 132 kilometrlik dövlət sərhədimizi bərpa etdilər. Bu, Azərbaycanın suverenliyinin tam bərqərar olmasının, milli sərhədlərimizin bütövlüyünün təmin edilməsinin mühüm mərhələsi idi”. 

Millət vəkili qeyd edib ki, Zəngilanın azad edilməsi hərbi uğurla yanaşı, eyni zamanda düşmən üzərində psixoloji üstünlüyün qazanılması, ermənilərin üçüncü dövlətlərin dəstəyinə arxalanmaq ümidinin puça çıxarılması baxımından da tarixi dönüş nöqtəsi oldu: 

“İşğaldan əvvəl özünün zəngin flora və faunası, saf təbiəti və füsunkar mənzərələri ilə seçilən Zəngilan Ermənistanın işğalı dövründə vandalizmə, ekoloji soyqırıma məruz qaldı. Erməni işğalçıları təkcə insanlara yox, həm də təbiətə, torpağa, suya, ağaclara düşmən kəsildilər. Lakin bu gün, dövlət başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəngilan dirçəlir, yenidən həyata qovuşur. Zəngilan indi “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyası ilə bərpa olunur. Burada müasir infrastruktur, innovativ texnologiyalar, ekoloji dayanıqlı kənd təsərrüfatı və yeni sosial mühit formalaşır”. 

Günay Ağamalı vurğulayıb ki, qısa zamanda bu bölgə müasir Azərbaycanın inkişaf simvoluna çevriləcək: 

“Şəhər ərazisindən keçəcək qlobal əhəmiyyətli “Orta Dəhliz” Zəngilanı nəinki Azərbaycanın, həm də bütövlükdə regionun iqtisadi və nəqliyyat mərkəzinə çevirəcək. Bu, həm ölkəmizin beynəlxalq nüfuzunu, həm də bölgənin iqtisadi potensialını yeni mərhələyə yüksəldəcək. 

Zəngilanın işğaldan azad olunması cənab Prezident İlham Əliyev, xalq və ordu birliyinin təntənəsi, Azərbaycan dövlətinin gücünün və milli iradəsinin təcəssümü idi. Bu gün Zəngilan yenidən nəfəs alır, yenidən yaşayır. Zəngilanın azadlığı  bütövləşən Azərbaycanın gücü və gələcəyi deməkdir. Günün mübarək, Zəngilan!” 

Elmir Mustafa 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri