Icma.az
close
up
RU
Zəngilanın qayıdışı: tarixin yenidən yazıldığı gün

Zəngilanın qayıdışı: tarixin yenidən yazıldığı gün

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

20 oktyabr tarixi Azərbaycanın müasir tarixində mühüm əhəmiyyətə malik günlərdən biridir. 2020-ci ilin bu günündə, 44 günlük Vətən müharibəsinin gedişində, Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etmişdir. Bu hadisə yalnız hərbi baxımdan deyil, siyasi, mənəvi və strateji cəhətdən də böyük dönüş nöqtəsi olmuşdur. Otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağında qalan Zəngilan torpaqları bu qələbə ilə yenidən Azərbaycan xalqının qürur mənbəyinə çevrildi.

1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilan rayonu 27 il müddətində viran qoyulmuş, əhalisi isə öz doğma yurdlarından didərgin salınmışdır. Lakin Azərbaycan xalqı bu torpaqlardan heç vaxt əl çəkmədi və Zəngilanın azad olunması dövlətin strateji hədəflərindən biri olaraq qalmaqda idi. 2020-ci ildə başlanan və xalq arasında İkinci Qarabağ müharibəsi kimi tanınan Vətən müharibəsi nəticəsində bu hədəf gerçəkləşdi.

Zəngilanın azad olunması təkcə bir şəhərin düşməndən geri alınması deyildi, bu, Azərbaycan xalqının əzminin, birliyinin və haqq mübarizəsinin təntənəsi idi. 20 oktyabr 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilan şəhərinin və digər yaşayış məntəqələrinin işğaldan azad olunduğunu elan etdi. Bu xəbər ölkə ərazisində böyük sevinc və iftixar hissi ilə qarşılandı. Həmin tarix artıq milli təqvimimizdə xüsusi yer tutur.

Azadlıqdan dərhal sonra Zəngilan rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində ilk pilot layihə məhz Zəngilan rayonunun Ağalı kəndində icra olundu. Bu kənd "ağıllı kənd" konsepsiyasına uyğun şəkildə yenidən quruldu və burada müasir kənd təsərrüfatı, alternativ enerji, rəqəmsal infrastruktur və sosial xidmətlər sistemi tətbiq olundu. Bu layihə Azərbaycanın postmünaqişə dövründəki bərpa modelinin nümunəsi kimi dəyərləndirilir.

Zəngilan rayonunda infrastrukturun yenidən qurulması məqsədilə yollar, elektrik və su xətləri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri inşa edilir. 2023-cü ildə istismara verilən Zəngilan Beynəlxalq Hava Limanı bölgənin strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, azad olunmuş ərazilərin dünyaya inteqrasiyasını təmin edən mühüm nəqliyyat qovşağına çevrilmişdir.

Rayona köç prosesləri artıq başlamışdır və bu köç təkcə fiziki deyil, həm də mənəvi bir qayıdışdır. Yurd həsrəti ilə yaşayan insanlar öz doğma torpaqlarına dönür, yeni həyat qurur və dağıdılmış kəndlərə yenidən həyat bəxş edirlər. Bu, həm dövlətin iradəsi, həm də xalqın vətən sevgisi ilə mümkün olmuşdur.

20 oktyabr Zəngilan şəhərinin azad olunması günü artıq hər il xüsusi qeyd olunur. Bu gün təkcə keçmişin yad edilməsini deyil, həm də gələcəyə olan inamı simvolizə edir. Zəngilan indi azaddır, yenidən qurulur və qayıdan sakinləri ilə birlikdə dirçəlir. Bu dirçəliş Azərbaycanın iqtisadi gücünün, sosial siyasətinin və milli həmrəyliyinin bariz nümunəsidir.

Bu gün Zəngilan torpaqları üzərində yenidən qurulan həyatlar, salınan yollar, tikilən məktəblər, bərpa olunan tarixi abidələr göstərir ki, bu zəfər yalnız bir torpaq uğrunda deyil, həm də milli kimlik və gələcək nəsillərin firavanlığı uğrunda qazanılmışdır. Azərbaycanın azad olunmuş hər qarış torpağı kimi, Zəngilan da gələcəkdə ölkənin inkişaf etmiş, müasir və mədəni regionlarından birinə çevriləcəkdir. Bu dönüşün təməlində isə 20 oktyabr tarixinin yazdığı şanlı Zəfər durur.

Rövşən ƏHMƏDOV

YAP Ağcabədi rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri