Icma.az
close
up
RU
Zəngilanın qayıdışı: sükutdan zəfərə

Zəngilanın qayıdışı: sükutdan zəfərə

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zəngilan… Araz çayının səmimi nəğmələri ilə qucaqlaşan, dağların köksündə boy verən və torpağın yaddaşında min bir sirri yaşadan bir şəhər. Bu torpaq bir zamanlar səssiz idi, susqun idi, çünki o, həsrət çəkirdi. O torpaqdan ayaq izləri silinmişdi, ocaqlar sönmüş, yurd yerləri viran qalmışdı. Ancaq o susqunluğun arxasında bir güc vardı dönəcəyimiz günə olan inam, zəfərə aparan səbr…

27 il, uzun, ağır və qürurverici bir yol. Zəngilan 1993-cü ilin oktyabrında işğal olundu. O gündən sonra bir xalqın qəlbində Zəngilan bir yara kimi yaşadı sağalmayan, amma ümidlə sarılan bir yara. Əsirlik illərində bu torpağın dağları başsız qaldı, ağacları kimsəsiz, bulaqları susuz. Lakin torpaq heç vaxt düşmənə aid olmadı. Onun hər zərrəsi, hər qayanın kölgəsi, hər səssiz yurd yeri bir gün geri dönəcəyimizin and yerinə çevrildi.

2020-ci ilin 20 oktyabrında Zəngilan öz övladlarının ayaq səslərini eşitdi. Azərbaycan Ordusu, Ali Baş Komandanın rəhbərliyi ilə düşmənin qurduğu illərlə möhkəmləndirilmiş sədləri dağıtdı, təkcə torpaqları deyil, illərin həsrətini də azad etdi. Zəfər gəldi təkcə silahla yox, ruhla, inamla, vətən sevgisi ilə. Zəngilan azad edildi və bir xalqın susan tarixində yeni səhifə açıldı.

Bu gün artıq Zəngilan azad torpağın nəfəsidir. Burada yeni həyat başlayır. Ağdamda, Füzulidə, Cəbrayılda olduğu kimi, Zəngilanda da tikinti bərpa işləri sürətlə davam edir. Dağıdılmış kəndlər bərpa olunur, yollar çəkilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları inşa edilir. Böyük Qayıdış artıq gerçəkdir ilk ailələr öz dədə-baba yurduna dönür, uşaqlar ana torpağın üzərində addımlayır, azad göy üzünə baxaraq gülümsəyir.

Zəngilan təkcə coğrafi məkan deyil. Zəngilan vətən anlayışının, doğmalığın, şəhid qanı ilə yoğrulmuş əzizliyin adıdır. Bu şəhər təbiəti ilə, münbit torpaqları ilə, çayları və meşələri ilə Azərbaycanın incilərindən biridir. Eyni zamanda, bu torpaq tarixi, mədəni irsi ilə də xalqımızın yaddaşında silinməz izlər buraxıb. Qədim abidələr, körpülər, türbələr və xalq sənətinin izləri Zəngilanın min illik tarixi keçmişindən danışır.

20 Oktyabr təkcə azad olunmuş bir şəhərin təqvimdəki qeyd günü deyil. Bu tarix bir millətin səbrinin, müqavimətinin, inamının və birliyinin təntənəsidir. Bu gün şəhidlərin ruhuna duaların yüksəldiyi, qazilərin fədakarlığının anıldığı, sabaha daha möhkəm addımlarla baxılan gündür. Bu gün qürurun, sevincin, həm də dərin kədərin birgə yaşandığı gündür.

Zəngilan artıq susmur. O danışır quruculuqla, həyatla, vətən övladlarının nəfəsi ilə. Bu torpaqda yenidən səslər var məktəb zəngləri, tikinti texnikalarının səsi, uşaqların gülüşü, anaların duası... Və bütün bu səslərin içində bir nida yüksəlir: “Zəngilan geri döndü, Vətən bütövləşdi!”

İllərlə yuxularda görülən torpaq indi gerçəkdir. Zəngilan yenə bizimdir.Öz yurdunda azad yaşayan xalqın əbədi ünvanıdır bu torpaq. Hər 20 Oktyabr Zəngilanın qürur günü kimi tariximizdə yaşayacaq. Əsirlikdən azadlığa gedən yolun unudulmaz işığı kimi...

Elşən SƏFƏROV

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri