Icma.az
close
up
RU
Zəngilanın ağsaqqal oğlu

Zəngilanın ağsaqqal oğlu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Dağlar insan xarakterinin formalaşmasına təsir göstərə bilirmi? Yaxından tanıdığım insanlar düşür yadıma. Onları görəndə dağları, dağları görəndə onları xatırlamışam...

Dağlar ucalıq rəmzidi, qürur rəmzidi, duyanlar üçün həm də heyrət rəmzidi. Uşaqlığı, yeniyetməliyi, ilkin gəncliyi dağlarla ünsiyyətdə keçənlərlə kəlmələşəndə bir daha əmin olmuşam ki, düşüncələrində dağ amili olanların gəncliyi dağla, dağ ifadəsinin yozumu ilə taraz formalaşır. Dağları həm də buna görə sevmişəm: dağların duruşunda gördüyü qürur, əzəmət, mərdlik, əyilməzlik insanın könül dünyasının səyyarəsinə dönür...

Əsgülüm dağı Zəngilanın Keçikli kəndinin sıx meşələrinin, buz bulaqlarının, əsrarəngiz çəmənlərinin, biçənəklərinin keşikçisidi. Əsgülümdən əsən yellər Keçiklinin özünün də, Keçikli uşaqlarının da könül dünyasına sığal çəkib. Xuduş Əmən oğlu İsgəndərov 1940-cı il mayın 2-də anadan olub. Altı yaşında atasızlıq ağrısı yaşayacağı illərin göynərtisinə çevrilib.

Xuduş İsgəndərov Keçikli kənd məktəbinin yeddinci sinfini 1954-cü ildə bitirib (Bu məktəb mənim də ömürlüyümün bir zərrəsi olub. İllər sonra – 1980-ci ildə bu məktəbdə 3 ay mən də müəllim işləmişəm). Təhsilini Pircivan kənd orta məktəbində (indiki Zəngilan şəhər orta məktəbində) davam etdirib. Orta məktəbi 1957-ci ildə fərqlənmə ilə bitirib.

Müharibədən sonra ailələrin əksəriyyətinin təhsildən daha çox güzəran qayğıları vardı. Xuduş İsgəndərov da Kənd Təsərrüfatı Nazirliyinin nəzdində texniki peşə məktəbində taxıl məhsullarının analizi üzrə laborant peşəsinə yiyələndi. Öz istəyidimi, məsləhətmi görmüşdülər? – deyə bilmərəm, amma yanılmamışdı. O, 1958-ci ildə Bakıdakı 2 nömrəli un dəyirmanında laborant kimi işə başladı. Həmin gün xəyalən atasının ruhu ilə danışdı: “Böyüdüm, ata, bu gündən işləyirəm...”

1959-cu ilin aprelində Zəngilana qayıdıb. Mincivan qəsəbəsində pambıq qəbulu məntəqəsində laboratoriya müdiri vəzifəsinə təyin olunub. Bacarıqlı kadr, məsuliyyətli gənc kimi tanınıb, ona inanıblar və güvəniblər də...

Könül sirrini kimsəyə açmayan dünyadır. Könüllərdən nə keçdiyi deyilməsə bilinməz. Texniki peşə məktəbində təhsil alanda da, Bakıda işləyəndə də, Mincivanda laboratoriya müdiri olanda da Xuduşun ürəyində bir niyyət vardı: müəllim olmaq. Bu niyyət nə vaxt yaranıbmış? – kimsə bilmədi. 1960-ci ildə sənədlərini H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) biologiya və kənd təsərrüfatı istehsalının əsasları fakültəsinə verdi, qəbul olundu.

1965-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdi. Zəngilanlı dünyasının işığı çəkirmiş onu. Əsgülümə bir vəfa borcu vardı Xuduş Əmən oğlunun. Orta təhsil aldığı Zəngilan qəsəbə orta məktəbinə biologiya müəllimi təyin olundu.

Sevgi varsa, uğur var, sevgi varsa, sevilmə də var. Xuduş bacarıqlı müəllim kimi tanındı. Tədris etdiyi fənni sevdirə bildiyinə görə sevildi. Rayon rəhbərliyi belə bir təşəbbüskar müəllimin raykomda işləməsini məsləhət bildi. O illərdə kadrlarda bilik və bacarıq öz yerində, siyasi dünyagörüş də zəruri amil idi. Xuduş müəllim belə tanınırdı. 1966-cı il sentyabrın 28-də Zəngilan Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkildi.

X.İsgəndərov RPK-də işlədiyi iki il ərzində dərin biliyi və yüksək təşkilatçılığı ilə rayon ziyalıları və zəhmətkeşlərinin hörmətini qazandı. Pedaqoji təhsili, partiya işindəki bacarığı və təşəbbüskarlığı nəzərə alınaraq rayon maarif şöbəsində metodiki kabinetin müdiri vəzifəsində işləməsi tövsiyə edildi. 1968-ci ildən 1971-ci ilədək metodiki kabinetin müdiri oldu. Buradakı uğurlu fəaliyyəti nəzərə alındı, 1973-cü ildə Bakı Ali Partiya Məktəbinə göndərildi.

Ali partiya məktəbini fərqlənmə diplomu ilə bitirəndən sonra 1975-ci ildə Zəngilan RPK-də siyasi maarif kabinetinin müdiri vəzifəsinə irəli çəkildi. Eyni zamanda, ictimai əsaslarla RPK-nin partiya komissiyasının sədri vəzifəsini də yerinə yetirdi. Burada da özünü bacarıqlı, səmimi bir kadr kimi doğrultdu, rayon ictimaiyyətinin dərin hörmətini qazandı...

Xuduş müəllim 1988-ci ildə Zəngilan rayon avtonəqliyyat müəssisəsinin müdiri vəzifəsinə təyin olunanda siyası-maarif kabinetirnin müdiri vəzifəsində onu mən əvəz etdim. Onun nə qədər təmiz və məsuliyyətli kadr olduğunu bir daha yəqin etdim.

Sonrakı iki ildə 144 №-li peşə məktəbində direktorun tərbiyə işləri üzrə müavini kimi əmək fəaliyyətini davam etdirib. 1992-ci ilin fevralından 2019-cu ilin fevralınadək Bəsitçay Dövlət Təbiət Qoruğunun direktoru işləməklə yanaşı, elmi işlə də məşğul olurdu. O, bir monoqrafiya və on elmi əsərin müəllifidir. “Azərbaycanın Arazboyu dağətəyi düzən rayonlarında payızlıq taxıl əkinlərinin alaqlarına qarşı kimyəvi mübarizə tədbirləri” barədə əldə etdiyi elmi təcrübə bu gün təsərrüfatlarda geniş tətbiq olunmaqdadır.

Səmərəli əmək və elmi fəaliyyətinə görə X.İsgəndərov 2010-cu il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2009-cu ildən Zəngilan rayon Ağsaqqallar Şurasının sədri olan Xuduş İsgəndərov “Heydər Əliyevin anadan olmasının 100 illiyi ( 1923-2023)” yubiley medalı ilə təltif olunub.

Xuduşu tanıyanlar həmişə bu qürurla, bu saflıqla, bu sadəliklə tanıyıb. Xuduş müəllim hamıya xeyirxahlıq eləməklə yaşayıb, indi də belə yaşayır. “Ahıllığın xeyirxahlığı daha gərəkli və bir qədər də kövrək olur” – deyir Xuduş müəllim.

Bayram MƏMMƏDOV,
Əməkdar müəllim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 May 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri