Zərbələr nəticəsində İranın su istehsalı zavodu sıradan çıxıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranda yerləşən Xondab ağır su istehsalı zavodu hücum nəticəsində ciddi zərər görərək fəaliyyətini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məlumat yayıb.
Qeyd olunur ki, nəticələr peyk görüntülərinin müstəqil təhlili və obyektlə bağlı məlumatlar əsasında çıxarılıb. Agentlik bildirib ki, zavod İran tərəfinin martın 27-də xəbər verdiyi hücum nəticəsində zədələnib.
Eyni zamanda vurğulanıb ki, sözügedən obyektdə bəyan edilmiş nüvə materialları mövcud olmayıb.
Məlumata görə, Arak yaxınlığında yerləşən Xondab nüvə kompleksi 1998-ci ildən inşa olunub və tərkibinə IR-40 tədqiqat reaktoru ilə ağır su istehsalı qurğusu daxildir.
Bu mövzuda digər xəbərlər:AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb
30 Mart 2026 17:54
İranın bir sıra agentlikləri sıradan çıxıb
28 Fevral 2026 13:19
İranın Fordo nüvə obyekti tam sıradan çıxıb ABŞ
18 İyul 2025 19:47
İranın Qum şəhərinə zərbələr nəticəsində ölənlərin sayı artıb YENİLƏNİB
27 Mart 2026 16:18
İranın Buşehr şəhərinə zərbələr endirildi
03 Aprel 2026 10:43
Baxış sayı:139
Bu xəbər 30 Mart 2026 02:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















