Icma.az
close
up
RU
Zərdabda 47 yaşlı kişi bacısının kürəkəninə xəsarət yetirdi TƏFƏRRÜAT

Zərdabda 47 yaşlı kişi bacısının kürəkəninə xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zərdab rayonunda 1978-ci il təvəllüdlü Səməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısının kürəkəni Elmirə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Zərdab rayonunun kəndlərindən birində baş verib. Səməd həmkəndlisi Elmiri ağac parçası ilə alın nahiyəsindən qəsdən vurub. 
Hadisəni törədən Səmədin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli biməyib. O, ifadəsində göstərib ki, Zərdab rayonunun kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır: “Zərərçəkmiş Elmir məbnim həmkəndlim və bacım Səmayənin kürəkənidir. Dəfələrlə Elmirlə bacım qızı Gülər arasında mübahisə olub. Elmir Güləri döyüb və bir neçə dəfə bu barədə Zərdab rayon Polis Şöbəsində işləri olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, saat təxminən 20 radələrində evdə olan zaman bacısı Səmayə Elman adlı həmkəndlisinin telefonu ilə oğlu Cəmilə zəng edib, Elmirin onu və Güləri döydüyünü bildirib: “Bundan sonra mən məcbur olaraq Elmirin yaşadığı evin qarşısına getdim. Lakin həyətə daxil olmayaraq Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim. Elmirin yalançı, şər-böhtançı adam olduğunu bildiyimdən polisin gəlməsini gözlədim. Polis əməkdaşları gəldikdən sonra mən polis əməkdaşları ilə birlikdə Elmirin həyətinə daxil oldum. Elmir mənə tərəf gəldikdə, ona “əclaf niyə arvadını vurursan, bacımı döyürsən?” deyə sual verdim. Elmir mənə yumruq ataraq sifət nahiyəmdən vurdu. Biz tutaşdıq. Orada olan şəxslər bizi araladılar. Həmin vaxt polis əməkdaşları da orada olub. Elmir özünü yerə çırpdı. Ara sakitləşdikdən sonra mən çölə çıxdım və küçədə qaz turbasının üzərində əyləşdim. Elmir yanıma gələrək məndən onu vurmağımı tələb etdi. Mən Elmirə “mən səni vuran deyiləm” get burdan dedim. Hadisə zamanı orada Elmirin qohumları, biz tərəfdən isə özüm, oğlum, anam, bacım və qardaşım oğlu olub. Mən Elmiri nə ağacla, nə də ki, yumruqla vurmamışam. Ümumiyyətlə mənim əlimdə ağac olmayıb. Elmir məni şərləmək üçün özü-özünə xəsarət yetirib”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elmirin sözlərinə görə, Zərdab rayonunun kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır: “Gülər mənim həyat yoldaşımdır. 2016-cı il təvəllüdlü Mahir adlı oğlum və 2017-ci il təvəllüdlü Dərya adlı qızımız var. Evli olduğumuz müddət ərzində ailə daxili mübahisələrimiz olsa da, sonradan barışdıq. Sonrakı günlərdə evdə olarkən atam ilə həyat yoldaşım Gülərin mübahisə etdiyini eşitdim. Mən yuxarı qalxdım və evin zalına keçəndə atam mənə “ay bala mən nə edim, mən gəlinə söz deyə bilmirəm, az qala məni yesin, mənə çörək vermir” dedi. Mən Gülərə “atamdı, yaşlı adamdı, qazancını bizə verir, nə olar ona yemək ver acıb” dedi. Bu zaman Gülər stolun üstünə qoyduğu yeməyi mənə göstərdi və “yeməyi qoymuşam, al ye, zəhərin olsun” dedi. Həm də Gülər “ay Məlik məndən nə istəyirsən” deyə atamın üstünə qışqırdı. Bizim aramızda sözlü mübahisə başladı. Sonra mən çörək yeməyərək gedib yerimdə uzandım”. 
Zərərçəkmiş bildirib ki, həmin gün evdə olan zaman saat təxminən 19:30-da polis əməkdaşları onlara gələrək qaynanası Səmayənin ondan şikayət etdiyini bildiriblər: “Polis əməkdaşları evdə Gülərdən şikayət ərizəsi aldılar. İzahatın alınması və yoldaşımın həkim müayinəsindən keçməsi üçün polis şöbəsinə gəlməsi xahiş olundu. Mən qaynanam Səmayəyə “dərslər başlayır, daha bəsdir, bir daha olmaz” deyə xahiş etdim. Bundan sonra polis əməkdaşları getdilər. Mən Səmayə və Gülər evin zalında olarkən yenə də ondan “gəl şikayətimizi götürək, bir daha belə hallar olmasın” deyə xahiş etdim. Bu zaman Səmayə mənə “çıx cəhənnəm ol, tülkü, çaqqal” deyərək təhqiramiz ifadələr işlətdi. Mən Səmayənin yenə polis çağıracağını fikirləşərək qabağa keçdim və evdən həyətə olan çıxış qapısını bağladım. Bir qədər sonra qonşularımız və qohumlarımız olan dayım arvadı Qənirə, əmim oğlanları Rasim və Ramilin gəldiklərini gördüm. Onlar gələndə  uzanıqlı vəziyyətdə olmuşam”. 
Zərərçəkmiş daha sonra ifadəsində göstərib: “Bir qədər sonra yolda polis avtomobilinin dayandığını gördüm. Avtomobildən düşən polis əməkdaşları həyətə açıq qapıdan keçmək istəyən vaxt Səmayə, yoldaşımın dayısı Səməd, dayısı oğlu, , dayısı arvadı və başqa adamlar da gəldilər. Həyətin girişində qayınanam əlində olan turbanı mənə vurması üçün qaldırdı. Lakin, polis əməkdaşı turbanı havada tutdu. Səmayə daha sonra şillə və yumruqla sifət, sinə nahiyyələrimə vurdu. Qohumlarım ilə Səmayə ilə onlara gələn adamlar arasında küçədə mübahisələrimiz başladı. Polis əməkdaşları aralaşdırmaq istəsələr də, bu mümkün olmadı. Mübahisə və dava-dalaş zamanı Səməd əlində olan ağacla sağ qaşımın üst nahiyyəsindən vurdu. Həmin an qaşımın üstü, alın nahiyyəm partlayaraq qanadı”.
Bu cinayət işinə Zərdab Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səmədin əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. Ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O,şikayətində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. 
Təqsirləndirilən şəxs də apellyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. 
Hər iki tərəfin şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see167

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see142

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see141

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see140

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see138

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see134

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see127

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see127

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see126

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see124

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see124

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri