Icma.az
close
up
RU
Zərdüşt Əlizadə: Ermənilər it günündə yaşayırlar, ölkə bərbad vəziyyətdədir MÜSAHİBƏ

Zərdüşt Əlizadə: Ermənilər it günündə yaşayırlar, ölkə bərbad vəziyyətdədir MÜSAHİBƏ

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a müsahibə verib.

Söhbəti təqdim edirik.

- Son günlər Pakistanla Hindistan arasındakı gərginlik pik həddə çatıb. Proses hansı mərhələyə qədər irəliləyə bilər?

- İstənilən müharibədə hər iki tərəf itirir. Pakistan və Hindistan böyük ölkələrdir, çoxlu sayda əhalisi, güclü orduları var. Hər iki ölkə mühüm rola malikdir. Hər ikisinin nüvə silahı var.

Vaxtilə vahid xalq olub. Sonra ingilis imperializmi dini əsaslarla bu ölkəni bölüb. Baxın, zamanında Qarabağı bölüb azərbaycanlılarla ermənilər arasında düşmənlik mənbəyi kimi saxlayırdılar. Kəşmiri də elə bölüblər ki, Pakistanla Hindistan düşmən olaraq qalıblar.

Son yaşananların zahiri səbəbi o oldu ki, hansısa terrorçu Kəşmirdə partlayış törədib, insanlar ölüb. Təbii ki, bu terror hadisəsidir. Terror hadisəsi Hindistanın ərazisində baş verib. Dövlətin vəzifəsi nədir? Araşdırsın, terrorçunu tapıb cəzalandırsın. Hindistan heç bir istintaq aparmadan bəyan edib ki, cinayəti Pakistan törədib. Ona görə də Pakistan məsuliyyət daşıyır. Bu bəyanatdan sonra Pakistanın 4 şəhərində bazanı bombalayıb. Ondan sonra da Pakistan öz aviasiyasını qaldırıb, raketlərlə Hindistanın bazaları, Kəşmir ərazisindəki hərbi obyektlərini vurub. Əvəzində Hindistan mənbəyini öz ərazilərindən götürən çayların qarşısını kəsib, Pakistanı susuz qoyub. Bundan sonra da Pakistan növbəti zərbələrini endirib. Hələlik hərbi əməliyyatlar məhdud çərçivədədir. Belə düşünürəm ki, bu məsələni yoluna qoyacaqlar. Hindistan-Pakistan qarşıdurması Rusiya-Ukrayna savaşı mərhələsinə gəlib çıxmayacaq.

- 44 günlük Vətən savaşında Hindistanın Ermənistanın yanında, Pakistanın isə Azərbaycanın yanında yer aldığını nəzərə alsaq, Hindistan-Pakistan məsələsində rəsmi Bakı İslamadada hansı formada dəstək ifadə etməlidir?

- Biz Pakistana yalnız informatik, diplomatik dəstək verə bilərik. Məsafəni də unutmaq olmaz. Cənubi Qafqaz hara, Hindistan yarımadası hara?!

- Rusiya-Ukrayna savaşına toxundunuz. Fransa prezidenti Emmanuel Makron açıqlama verib ki, Ukraynaya ordu, əsgər yardımı deyil, strateji dəstək verəcəklər. Strateji dəstək layihəsində nələr yer ala bilər?

- Onların məqsədi odur ki, heç olmasa, az-çox dünyada qalan beynəlxalq hüquq, dünya nizamı qorunub qalsın. Əks halda “Ağa Nəzərəm, belə gəzərəm” deməklə olmur. Hər halda beynəlxalq aləmdə hansısa qanunlar işləməlidir. Ona görə də Fransa bildirir ki, əlbəttə, onlar Rusiya ordusu ilə vuruşmayacaq. Onlar Rusiyaya iqtisadi, siyasi sanksiyalar tərbiq ediblər. Diplomatik sahədə Ukraynanın yanındadırlar. Ukraynaya silah satır, pul verir və bunu davam etdirəcəklər. Yəni onlar imkan verməyəcəklər ki, Putin beynəlxalq qanunları pozsun. Onlar buna imkan verməyəcəklər.

- Bir az öz məsələlərimizdən - Zəngəzur dəhlizi və Azərbaycanla Ermənistan arasında imzalanmalı olan yekun sülhdən danışaq. Niyə proses ertələnir və rəsmi Bakı hansı addımlar atmalıdır?

- Hazırda Ermənistanın Azərbaycanla müharibə aparmağa gücü yoxdur. Amma Azərbaycanın Ermənistana hücum etmək üçün gücü, qüdrəti var. 2 milyon əhalisi olan, iqtisadiyyatı zəifləmiş və müttəfiqi olmayan Ermənistan revanş götürə bilməz. Ermənistanın gücümü var revanşa hazırlaşsın?! Ermənilər itin günündə yaşayırlar. Ermənistan mənəvi və ruhi böhran içindədir. Ölkə bərbad vəziyyətdədir. Ordularını ilahiləşdirmişdilər. MDB məkanının ən qüdərtli ordusu adlandırırdılar, lakin orduları, generalları “lax çıxdı”. Qarabağ onların milli ideologiyasının təməl daşı idi. O daş laxladı, yoxdur. Ermənistan məğlub xalqdır. Ermənistan orudusunda revanşa taqət qalmayıb. Ordusuna 20-30 dənə top alıb, bu, hər şey demək deyil axı.

Paşinyan hakimiyyətdə qalmaq istəyir. Baş nazir vəzifəsi yağlı vəzifədir. Kef içində yaşayır. Əvvəllər adı “it dəftəri”ndə belə yox idi, lakin indi Ermənistanın baş naziridir. Paşinyan ordusuna silah almasa, müxalifət onu devirər. Müxalifətin ağzını mumlamaq üçün gedib Fransa və Hindistandan top alır. Ermənistan çıxılmaz vəziyyətdədir.

- Zəngəzur dəhlizinin açılması niyə yubanır?

- Zəngəzur dəhlizinin açılması nəyimizə lazımdır?! İran deyir ki, Arazın sağ sahilindən yol verirəm, buradan keç get. İran istəyir ki, təcrid rejimindən çıxsın və ümumi beynəlxalq layihələrdə iştirak etsin. Şosse yolu var, onu təmir etmək lazımdır. Zəngəzur dəhlizinin bərpasına xərclənən pullar 30 il sonra belə geri qaytarılmayacaq. Çünki daşımağa yük yoxdur. Azərbaycanla Naxçıvan arasında nə qədər yük mübadiləsi həyata keçirilir? Bildirirlər ki, Zəngəzur dəhlizi türk dünyasını birləşdirən yoldur. Nə Türk dünyası, nə Turan?! Hansı Turan?! Nə nağıl danışırlar?! “Şahnamə”də Firdovsi yazmışdı Turanı, həmin Turan? Rüstəm belə gəldi, Söhrab elə getdi. Bu, həmin Turandır da...

Baxın, Orta Asiya Rusiya ilə Çinin arasında qalıb. Oradan da Qərb dövlətləri də gəlib ki, sizin xammalınızdan biz də götürmək istəyirik. Fransa Qazaxıstandan uran istəyir ki, atom elektrik stansiyalarını (AES) işlətsin, çünki Afrikdakı uran mədənləri əllərindən çıxıb. Türkiyə Orta Asiyaya nə verə bilər? Türkiyə özü ABŞ-dən ona təyyarə satmağı, F-16-ları moderləşdirməyi xahiş edir. Amma Türkiyənin gözəl dron sənayesi var.

- Turan birliyi ilə bağlı ümidsiz danışdınız, amma xatırladım ki, ötən il Türkdilli ölkələrin vahid əlifbası təsdiqləndi...

- Bu nağıldır. Əlifbadan kim istifadə edə bilir. Heç kim.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 May 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri