Icma.az
close
up
RU
Zərdüşt Əlizadə: “Azərbaycan Rusiyanın heyvərə siyasətini faş edə bildi” MÜSAHİBƏ

Zərdüşt Əlizadə: “Azərbaycan Rusiyanın heyvərə siyasətini faş edə bildi” MÜSAHİBƏ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tanınmış politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a müsahibə verib.

Söhbəti təqdim edirik.

Aviaqəzadan sonra Rusiya hakimiyyətinin Azərbaycana münasibəti hörmətsizlik idi

- Son dönəmlər Azərbaycan-Rusiya münasibətlərində bir istiləşmə müşahidə olunurdu. Belə bir vaxtda AZAL-a məxsus təyyarə Qroznı yaxınlığında raket hücumuna məruz qalır, nəticədə qəza baş verir. Sizcə, indiki məqamda belə bir terror aktı kimə, nə üçün lazım idi və bu, diplomatik krizə yol aça bilərmi?

- Dünyadakı hadisələri izləsək, şahidi olarıq ki, hava nəqliyyatında mütəmadi qəzalar baş verir. Məsələn, bir neçə gün əvvəl Amerikada bir təyyarə mebel fabrikinin damına düşüb. Pilot və qızı həlak olub. AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində isə 38 nəfər həlak oldu. Bu hadisədən saatlar sonra Cənubi Koreyada böyük bir təyyarə qəzaya uğradı, 271 nəfər həlak oldu. Qəzalar mütəmadi baş verir. Bu hadisələr baş verəndən sonra aidiyyəti qurumlar prosesləri araşdırır və səbəbəbini açıqlayırlar.

Mən Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş zabitiyəm. Necə ki, cəmiyyətin bütün sahələrindəki dərəbəylik, intizamsızlıq, səfehlik hökm sürür, o qoşunlarda da intizamsızlıq, məsuliyyətsizlik, heyvərəlik var. Həmin xətalar üzündən mülki təyyarəmizi vurublar. Lakin bundan sonra Rusiya hakimiyyətinin Azərbaycana münasibəti hörmətsizlik əlaməti idi. Təyyarəmizi vurmusan, təəssüf bildir, üzrxahlıq et. Günahkarları cəzalandırcağını bəyan et. Rusiya isə bunu etmədi, həmişəki kimi, hiylə işlədərək, günahı boynundan atmağa çalışdı. Bu da Azərbaycanı qəzəbləndirdi, rəsmi Bakı da sərt mövqe tutdu və Rusiyanı günahını etiraf etməyə və üzr istəməyə məcbur etdi. Bununla da, Azərbaycan bu məsələyə geniş ictimai diqqəti cəlb edə bildi. Azərbaycan Rusiyanın heyvərə siyasətini faş edə bildi.

- Bu terrordan sonra azərbaycanlıların haqlı təniqdlərinə Ramzan Kadırov sərt reaksiya verdi, hətta onun ünvanına tənqid səsləndirənləri ölümlə hədələdi...

- Ramzan Kadırov terrorçu bir insandır. Çeçen xalqını terrorla ram edib, ona bu işdə Rusiya prezidenti Vladimir Putin köməklik göstərir. Rusiya ona büdcəsindən nəhəng pullar ayırır. Bu pulla Kadırovun ailəsi, yaxınları yağ-bal içində yaşayır. Çeçen xalqı isə zülm və zillət içərisindədir. Onların bütün hüquqları tapdanır. Heç bir hüquqları yoxdur. Kadırov Çeçenistanda terrorçu bir quruluş yaradıb. Azadlıq, ləyaqətli həyat istəyənləri əzirlər, öldürürlər. Ramzan Kadırov belədir. O, mədəniyyətsiz və tərbiyəsiz adamdır, amma hakimiyyətə hərisliyi və amansızlığı var.

- “İslam kartı”ndan yaxşı istifadə edə bilir...

- Bəli, o, hər dəfə müsəlman olduğunu deyir, İslam alimləri ilə dostluq edir, onlara pul xərcləyir, amma əslində çeçen xalqının bir nömrəli düşmənidir.

Ermənistan bundan sonra 10-15 il silahlansa belə, Ordumuzun səviyyəsinə çata bilməz

- Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Ermənistana növbəti mesajını verdi. Ölkə başçısı qeyd edib ki, Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Sizcə, “Ermənistanın nazı ilə çox oynamırıq ki?”

- Ermənistan silahlanır. İkinci Qarabağ müharibəsində Ermənistanın ağır texnikası və silahlarının 70-80 faizi məhv edildi və ya qənimət kimi götürüldü. Hazırda Ermənistan ordusu olduqca zəif durumdadır. Ermənistan ordusu bundan sonra 10-15 il silahlansa belə, Azərbaycan ordusunun səviyyəsinə gəlib çata bilməz. Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə, iqtisadiyyatı isə Azərbaycan iqtisadiyyatından 2 dəfə azdır. Onlar Azərbaycan ordusuna çata bilməyəcəklər. Amma Ermənistan hakimiyyəti siyasi mühitdə yaşayır, onun müxalifəti var, 2026-cı ildə parlament seçkiləri baş tutacaq. Bu seçkidə müxalifət Paşinyan hökumətinə “bizi əliyalın, ordumuzu isə silahsız qoymusan” deməsin deyə, Baş nazir məcbur qalıb, silah alır. Hindistandan top alır, çünki Rusiya artıq ona silah vermir. Özünün də topu yoxdur. Fransadan radar və zirehli avtomobil alır. Bu silahlarla Azərbaycanla meydana çıxa bilməz. Yaxın 15-20 il ərzində Ermənistan Azərbaycana “qaşın üstə gözün var” deməyə gücü çatmayacaq.

Qərb Ukraynanı meydanda tək qoydu

- Üçüncü dünya savaşının başlanılmasına dair da üstüörtülü mesajlar verilir. Sizcə, proses başlayıbmı, yoxsa sadəcə süni təşviş yaradılır?

- Belə bir məsələ yoxdur. Sadəcə, Rusiyanın Ukraynaya qarşı təcavüzü ortadadır. Ukrayna siyasi sinfinin bisavadıığından, Ukryana geniş xalq kütləsinin bilgisizliyindən Ukrayna ilə Rusiya arasında müharibə başlayıb. Bu, regional müharibədir, dünya müharibəsinin buna aidiyyəti yoxdur. Düzdür, uğursuz hallarda Putin Ukraynanı nüvə silahı ilə hədələyir. Rusiya bu silahı atsa belə, Qərb heç zaman Ukraynaya görə nüvə müharibəsinə başlamaz.

- Yən artıq demək olarmı ki, Qərb Ukraynanı meydanda tək qoyub?

- Bəli, tək qoyub, bu məqamda isə hər iki ölkə itirir. Hər iki ölkənin iqtisadiyyatı zəifləyir.

İsrail çalışır ki, İranı da məhv etsin və nəticədə…

- Yaxın Şərqdəki münaqişə ocaqları da daim yanar saxlanılır...

- Yaxın Şərqdə İsrailin təcavüzkar hərəkətləri göz önündədir. Artıq heç kəs məzlum Fələstin xalqının hüquqlarının pozulmasından danışmır. 46 min fələstinli öldürülüb, amma elə bir siyasi fon yaradıblar ki, bunu demək ayıb sayılır. İsrailin milli təhlükəsizliyi müqəddəs bir həddə gətirilib. Öz milli təhlükəsizliyi naminə 10 milyonlarla ərəbi öldürə, bombalaya bilər. Suriyada dövlət çevrilişi oldu, Bəşər Əsəd qaçdı. Bu bir ay ərzində Suriya ərazisində bir neçə hərbi okyekt dağıdıldı, Suriyanın donanması məhv edildi, silah anbarları bombalandı. Bütün bunları İsrail həyata keçirdi.

- Hədəfdə İran da var?

- Bəli, İsrail çalışır ki, İranı da məhv etsin, nəticədə İsrail işğalına etiraz edən bir müsəlman ölkəsi qalmasın. Amerika isə İsrailin işğal və ilhaq siyasətini tanıyır. Beyməlxalq hüquq isə tapdanır və artıq işləksiz hala gətirilib.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Yanvar 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri