Icma.az
close
up
RU
Qabil Hüseynli: Zərdüşt Əlizadə kimiləri Turan birliyini gözdən salmaq istəyir MÜSAHİBƏ

Qabil Hüseynli: Zərdüşt Əlizadə kimiləri Turan birliyini gözdən salmaq istəyir MÜSAHİBƏ

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Bakıvaxtı.az-ın suallarını cavablandırıb.

Söhbəti təqdim edirik.

 - Bu günlərdə Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Görünən mənzərə bundan ibarət idi ki, münasibətlər xeyli yumşalıb...

- Onlar kofe də içdilər, zarafat da etdilər. Zənnimcə, bu görüş ərəfəsində hər iki ölkə rəhbəri arasındakı siyasi iqlim mülayim olub. Hər hansı bir mübahisə elementi müşahidə olunmayıb. Əminəm ki, bu, sülhə doğru aparan yoldur. Sülh müqaviləsini imzalamağa yaxınlaşırıq.

- Ermənistan yekun sülhlə bağlı Azərbaycanın hansı təklif və ya şərti ilə razılaşmır?

- Sülh prosesinə mane olan Avropa ölkələridir. ATƏT-in Minsk qrupu var. Rəsmi Bakı bu qrupun ləğvini istəyir. Çünki sülh bağlandıqdan sonra Minsk qrupu ermənilərin geri qaytarılmasını gündəmə gətirə bilər.

Digər tərəfdən Azərbaycan Ermənistandan konstitusiyasına dəyişiklik edib, Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoyulmasını tələb edir. Amma bu, bizim üçün o dərəcədə də təhlükəli deyil. Çünki onların konstitusiyasında Türkiyəyə qarşı da ərazi iddiası yer alır. Türkiyə konstitusiya dəyişikliyinə nail olacaq.

Ermənistan Minsk qrupunun ləğvinə razılıq vermişdi, amma sonradan bu məsələni Rusiya qızışdırdı və Minsk qrupunun ləğvinin qarşısını aldı. Rəsmi Moskva Minsk qrupunun qalmasının zəruri olduğunu bəyan edib. Hər halda Ermənistan və Azərbaycana sülh müqaviləsi hava, su qədər lazımdır.

- Tiranada Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə yaxınlaşaraq, səmimi ortam yaratmağa çalışdı. Sizcə, bundan sonra Fransa-Azərbaycan münasibətlərində həlimləşmə baş verə bilərmi?

-Fransa prezidenti kifayət qədər etik və diplomatik davrandı, Azərbaycan prezidenti ilə çox səmimi danışdı. Danışıb, gülüşdülər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da xoş münasibət sərgiləndi. Makron Azərbaycan prezidentinə münasibətdə həddindən artıq səmimi idi.

- Makronu yumşaldan səbəblər olmamış deyil...

- Fransa Cənubi Qafqazda təsir dairəsini genişləndirmək istəyir. O da baxır ki, bölgənin lider dövləti olan Azərbaycanla münasibətləri qaydaya salmadan Türkiyə ilə Azərbaycan arasında Qafqazlara daxil olub, orada möhkəmlənmək mümkün deyil. Ona görə də ilk növbədə Azərbaycanla münasibətləri qaydaya salırlar. Azərbaycanla Fransa arasında böyük əlaqələr var. Qarşılıqlı ticarət dövriyyəsi 2 milyard dollara yaxındır. Biz onların “Total” şirkətinə böyük həcmdə neft satırıq. Rəsmi Parisin Azərbaycandan narazı qalmasına heç bir əsas yoxdur.

- Rusiya Fransanın Qafqazlara gəlməsinə imkan verəcəkmi?

- Məqsəd Rusiyanı sıradan çıxarmaqdır. Rusiyanın da evi yıxılsın.

- Rusiyada 9 mayda keçirilən parada Azərbaycan prezidenti qatılmadı...

- Bəli, ölkə başçısı getmədi və düz etdi. Amma İmişlidə keçirilən tədbirdə Ağsaqallar Şurasının sədri yaxasına “Georgi lenti” taxaraq, SSRİ-nin “baydağı”nı qaldırır. Görün bu adamların milli şüur və milli özünüdərk səviyyəsi nə vəziyyətdədir?! Müharibəni yenicə bitirmişik, yaralarımızı sağaltmağa çalışırıq. Yaxşı, o baydağı qaldırmısan, onun yanında Azərbaycan bayrağını da qaldır. “Georgi lenti”nin işğal və Rusiya ərazilərini genişləndirməyin rəmzi olduğunu bilmirlərsə, deməyə söz qalmır.

- “Rusiya sevdası” onların içərisində necə “cücərir”?

- Onlar elə başa düşürlər ki, o baydağı qaldıran kimi sosializm yenidən təşəkkül tapacaq. O sosializm ictimai proses idi. Tarixin təkərini geriyə fırlatmaq olmur, bu, mümkün deyil. İkincisi, Stalinin dövründə sosializm sistemi Azərbaycana divan tutub. Sosializmin son dövrlərində bir balaca maddi rifah yaxşılaşdı.

- Türkiyə Rusiya-Ukrayna arasında sülh danışıqları üçün ev sahibliyi təklif edib. Sizcə, 2025-ci ildə bu ölkələr arasında sülh müqaviləsinin imzalanması mümkün olacaqmı?

- Türkiyə səmimi cəhdlər edir, amma sülh prosesi alınmayacaq. Bu prosesin içərisində Putin dayanıb, onun imperiya düşüncəsi var, bu düşüncə onun beynində möhkəm oturub. Sonradan bu işə ABŞ prezidenti Donald Tramp qarışdı. O, işləri daha da qarışdırdı, sülhyaratma prosesini ləngitdi. Hazırda ABŞ və Rusiya ağalıq uğrunda mübarizə aparır, onların bu mübarizəsi və şəxsi mənfəətləri siyasi durumu ağırlaşdırır. Tramp Ukraynaya silah verməkdə davam etsə, Ukrayna qalib gələ bilər. Amma Tramp Ukraynaya az silah verir, Avropa ölkələrində də silah çox azdır. Silah məsələsi həll edilsə, Ukrayna Rusiyanı yenəcək.

- Politoloq Zərdüşt Əlizadə saytımıza müsahibəsində Turan birliyi ilə bağlı çox ümidsiz danışdı. Bunun boş, mənasız nağıl olduğunu bildirdi. Sizcə, Turan birliyi qurulacaqmı?

-Bu birliyi Zərdüşt Əlizadə kimi adamlar gözdən salmaq istəyir. Doğrudur, birliyi qurmaq çətin olacaq. Amma Türk Dövlətləri Təşkilatının bünövrəsi qoyulub, nizamnaməsi işlənib, strukturları yaranıb. Bu birlik yaranacaq. Turan birliyini arzulamaq, reallaşdırmaq üçün insanda vətən hissi və milli şüur, xalqa sevgi olmalıdır.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 May 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri