Zərərçəkən də Beniz in bəraətini istədi
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilova barədə verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Beniz"in vəkili Salman Qasımov məlumat verib.
Onun sözlərinə görə, məhkəmənin ilk hazırlıq iclası sentyabrın 24-də saat 15:45-də Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçiriləcək.
Maraqlı məqam ondan ibarətdir ki, təqsirləndirilən şəxslə yanaşı, zərərçəkmiş tərəf - "Beniz" tərəfindən zərər gördüyünü iddia edən iş adamı Xalid Kərimov da onun barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Beləliklə, hər iki tərəfin apellyasiya şikayəti eyni məzmun daşıyır.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı isə məhkəmədə tiktokerin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Şikayətçi ərizəsində bildirib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Sentyabr 2026 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















