Icma.az
close
up
RU
Zərərçəkənlər jurnalistin üzünə durmaqdan imtina etdi ƏRŞAD İBRAHİMOVUN MƏHKƏMƏSİNDƏ HAKİMLƏ VƏKİL ATIŞDI

Zərərçəkənlər jurnalistin üzünə durmaqdan imtina etdi ƏRŞAD İBRAHİMOVUN MƏHKƏMƏSİNDƏ HAKİMLƏ VƏKİL ATIŞDI

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə Ağır Cinayətlər Məhkəməsində dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İttiham aktının elan olunması ilə başlanan prosesdə jurnalistin vəkili Zabil Qəhrəmanov Ərşad İbrahimovun qollarındakı qandalların açılmasını və şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşməsinə şərait yaradılması barədə vəsatət verib.

Vəsatətə münasibət bildirən prosesə sədrlik edən Natiq Abdullayev  qandalların açılmasına qərar versə də onun şüşə qəfəsdən çıxarılmasına qarşı çıxıb.

Üzünü vəkilə tutan hakim “ürəyin istəyirsə, özün qəfəsə gir” deyə bildirib.

Bu isə vəkilin sərt etirazına səbəb olub.

Zabil Qəhrəmanov “Hesab edirəm ki, İbrahimovu qəfəsdə qalmasına qərar verən özü oraya girsin” deyib.

Prosesdə zərəçəkmiş qismində ifadə verən Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin  direktor əvəzi olmuş Huriyət İsmayılova bildirib ki, 2021-ci ilin sonlarında fəaliyyətinə dair tənqidi yazıdan xəbər tutub.

Sonra Ərşad İbrahimovla telefon danışıqları olub və görüşüblər. Görüş zamanı niyə onu tənqid etməsini soruşub: “Sonra Ərşad müəllim çıxıb getdi. Sonra ətrafımdakılar mənə başa saldı ki, “hormət etmək” lazımdır. 

Hakimin “Nə üçün hörmət etmək lazım olduğunu dedilər? “Hörmət ” deyəndə nə nəzərədə tutulurdu “sualına Huriyət İsmayılova belə cavab verib: “Pul verilməli olduğunu dedilər. Dedilər verməsən, yenə yazacaq. Mən də Ərşad müəllimlə danışdım. Dedim əmanətiniz məndədir. O da dedi ki, sizin yanınızda Gövhər xanım işləir, ona verin. Mən də Gövhərə verdim”.

Ərşad İbrahimovun ondan ikinci dəfə 100 manat alması itthamına gəlincə, İsmayılova deyib: “Zəng etdi ki, işçimin əmək haqqlarının verilməsində çətinliyim var, kömək et. Mən də 100 manat kömək etdim”.

Vaha sonra vəkillə Huriyyət İsmayılova arasında dialoq davam başlayıb.

Vəkil: “Siz dediniz ki, 2021-ci ildə belə bir hadisə yaşanıb, doğrudur?

H.İsmayılova: “Dəqiq yadımda deyil, 2021-ci ilin axırı, ya da 2022-nin əvvəli idi.

Vəkil: Bəs necə oldu ki, 2 il sonra şikayətçi oldunuz? Gəncədə prokurluq, Baş Polis İdarəsi olduğu halda, niyə 2 il sonra  “Bandotdel”ə getdiniz?

H.İsmayılova: “Mən şikayətçi olmadım, Mütəşəkkildən (DİN-nin BMCQMİ-ni nəzərdə tutur) zəng etdilər, çağırdılar. Orada ərizə yazdım. 

Növbəti zərərçəkən Bəhruz Dadaşov isə ifadəsində deyib ki, lombard fəaliyyəti ilə məşğuldur: “Bir gün mənə link yolladılar ki, kiminsə guya çirkli pullarını yuyuram. Mən kəlbəcərli kimi Ərşadı tapdım. O mənə Cəlilabadda olan jurnalistin nömrəsini verdi. Ramin adlı şəxs idi, zəng etdim. Dedi ki, Ərşadla danış. Mən də Ərşada 1000 manat verdim və 1 saat sonra yazı silindi. 

Bəhruz Dadaşovun ifadəsinə münasibət bildirən Ərşad İbrahimov həmin yazının onun rəhbəri olduğu dunyaninsesi.az saytında deyil, turantv adlı saytda dərc olunduğunu bildirdi:

“Sən özün mənə zəng edib, kömək istədinmi” sualına isə Bəhruz Dadaşov “bəli” cavabını versə də pulu amma ona verdiyini dedi.

Daha sonra Bəhruz Dadaşov Ərşad İbrahimovun  suallarını cavablandırdı.

Ərşad İbrahimov: Mənim nömrəmi haradan tapdın? Mənə nə üçün zəng etdin?”

Bəhruz Dadaşov: Gəncə balaca şəhərdir. Vüsal adlı həmyerlimizdən aldım. 

Ərşad İbrahimov: O yazı başqa saytda gedib, niyə məhz mənə zəng edirdin. 

Bəhruz DadaşovDedilər ki, bu işi sən yoluna qoya bilərsən. Mən də sənə zəng edib, danışdım.

Ərşad İbrahimov: “Mən də sənə həmin saytın rəhbərinin telefonunu verdim…

Bəhruz Dadaşov: Bəli, amma o dedi ki, Ərşadla danışın, həll edin. Səninlə də görüşdük, 1000 manat verdim. 

Vəkil: Sən pulu hədə-qorxu ilə verdin?

Bəhruz Dadaşov: Dostlarımın adı keçirdir, dedim silinsin. 

Vəkil: Bıəs necə oldu ki, şikayətçi oldun? 

Bəhruz Dadaşov: Mən şikayətçi olmadım. Məni “Bandotdel”ə çağırdılar. Dedilər, belə bir şey olub. Müstəntiq də məni dindirdi. Olanı dedim, indi heç bir şikayətim yoxdur. Biz kəlbəcərliyik, olmamalıydı, amma oldu.

İstintaqın zərərçəkən kimi təqdim etdiyi musiqi müəllimi Xəqani Bəhramoğlu isə ifadəsində dedi ki, çalışdığı məktəbin müəllimi haqqında tənqidi yazını saytda görüb və həmkəndlisi olan Ərşadı tapıb: “Mən Ərşad müəllimlə bir kənddənəm. Xahiş etdim ki, yazını silsin. O da sağolsun, məni eşitdi. Dəvət etdim ki, Mingəçevirə gəlsin, qonaqlıq verim. O gəlmək istəmədiyini deyəndə xahiş etdim ki, kart yollasın. Xahişimdən sonra kart yolladı və mən ona 100 manat vurdum”.

Qeyd edək ki, proses zamanı dövlət ittihamçısı zərərçəkən kimi təqdim olunan şəxslə yönləndirici və çaşdırıcı suallar versə də o, Ərşada 100 manatı hədə-qorxu nəticəsində vermədiyini dedi.

Proses davam edir.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri