Icma.az
close
up
RU
Zərərçəkmişlər və onların varisləri ifadə veriblər

Zərərçəkmişlər və onların varisləri ifadə veriblər

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 22-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olduğunu, bu səbəbdən onlara etiraz bildirdiyini deyib. R.Vardanyanın müdafiəçisi Avraam Berman tərcüməçilərin adlarını sadalayaraq təqsirləndirilən şəxsin etirazını müdafiə etdiyini söyləyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək Ruben Vardanyan tərəfindən Cinayət-Prosessual Məcəlləsinə əsasən etiraza və ya tərcüməçinin qeyri-peşəkarlığına dair konkret halların göstərilmədiyi, o cümlədən tərcüməçinin cinayət təqibində maraqlı olmasını təsdiqləyən sübutlar təqdim edilmədiyi üçün etirazın baxılmamış saxlanılmasını xahiş edib.

Məhkəmədə iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razı olduqlarını bildiriblər.

Zeynal Ağayev etiraza münasibət bildirərək deyib ki, təqsirləndirilən şəxs ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olmasını vurğulasa da, məhkəməyə bu halı təsdiqləyən hər hansı dəlil təqdim etməyib və etirazını əsaslandırmayıb. Ona görə də vəsatət baxılmamış saxlanılıb.

Ardınca təqsirləndirilən R.Vardanyan yenidən məhkəməyə müraciət edərək bildirib ki, müdafiəçisi ilə birgə bu il fevralın 25-də keçirilmiş məhkəmənin iclas protokolları ilə tanış olub və orada göstərilən bəzi xüsusatlarla razı deyil. Hesab edir ki, məhkəmə tərəfindən vəsatətə baxılma qaydası pozulub. R.Vardanyanın müdafiəçisi Avraam Berman təqsirləndirilən şəxsin etirazını müdafiə etdiyini deyib.

Dövlət ittihamçısı Fuad Musayev etiraza münasibət bildirərək qeyd edib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd edilməməsi və ya prosessual iştirakçıların vəsatətinin təmin olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. Bu səbəbdən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Məhkəmədə iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razı olduqlarını bildiriblər.

Zeynal Ağayev söyləyib ki, cinayət prosesində müvafiq etirazlar əsaslandırılmaqla yazılı formada edilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması barədə konkret və mötəbər dəlillər təqdim edilməyib, məhkəmənin obyektivliyi və qərəzsizliyinə təsir göstərən dair hallar müəyyənləşdirilməyib. Qeyd olunanlara əsasən, etiraz baxılmamış saxlanılıb.

Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.

Zərərçəkmiş Anar Kazımovun hüquqi varisi Eynur Kazımov qardaşının Laçın rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olduğunu bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq dindirilmiş Valeh Səfərov ifadəsində qardaşı Gökhan Səfərovun Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxslər Zamir Sadıqov və Zülfüqar Muradov ifadələrində düşmənin təxribatları nəticəsində yaralandıqlarını qeyd ediblər.

Zərərçəkmiş Kənan Qədirli isə Ağdərə istiqamətində yaralı şəxsləri ərazidən çıxarmaq istəyərkən xəsarət aldığını bildirib.

Gündüz Qasımov ifadəsində Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət aldığını deyib.

Vüsal Qurbanov ifadəsində Xocalıda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış snayper atəşi nəticəsində yaralandığını söyləyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında həmin vaxt həlak olanların və yaralananların olduğunu da deyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Sadiq Əhmədov ifadəsində Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarət aldığını söyləyib. Sonradan həmin minanın piyadaəleyhinə mina olduğunu öyrənib.

Sadiq Məhərrəmov ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış qumbaraatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını bildirib. O, hazırda üçüncü qrup əlildir.

Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri