Icma.az
close
up
RU
Zərifə xanım Əliyeva dünya oftalmologiya elminə böyük töhfələr verib

Zərifə xanım Əliyeva dünya oftalmologiya elminə böyük töhfələr verib

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Azərbaycan qadını əsrlər boyu həyatımızın müxtəlif sahələrində fəal mövqe tutmuş, ağlı, zəkası, namusu, fədakarlığı, mərdliyi, vətənpərvərliyi ilə fərqlənmişdir. Müstəqillik dövründə, 1998-ci ilin sentyabrında keçirilən ilk qadınlar qurultayında ümummilli liderimiz Heydər Əliyev Azərbaycan qadınının fəaliyyətinə yüksək qiymət verərək demişdir: "...Əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və bu zəhmətdən heç vaxt inciməmişdir. Amma o - Azərbaycan qadını əsrlərcə bir çox hüquqlardan məhrum olubdur". Bu gün isə Azərbaycan qadını cəmiyyətin bərabərhüquqlu üzvüdür, o öz dövlətini, xalqını bütün dünyada ləyaqətlə təmsil etməyə qadirdir.

Dünyada elə insanlar var ki, onlar  bütün qəlbi ilə bu və ya digər sahəyə bağlanır, ömrünü ona həsr edir. Və zaman keçdikcə  onların bu zəhməti  böyük bir cərəyanın, məktəbin əsasını təşkil edir. Bu mənada Azərbaycan öz ziyalıları, alimləri ilə sözün həqiqi mənasında öyünə bilər. Biz belə insanları daim xatırlamalı, onları təbliğ etməli, gənc nəslə tanıtmalıyıq. Bu dəyərli insanlardan biridə  XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyevadır.

Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilən Zərifə xanım Əliyevanın vəfatından 40 il ötür.15 aprel 1985-ci ildə vəfat edən Zərifə xanımın Azərbaycan xalqı, tibb elmi qarşısında xidmətləri o qədər böyük və məzmunludur ki, biz onu təkcə bu gün deyil, hər gün xatırlamalı oluruq. Onun yazdığı elmi monoqrafiyalar, kitablar həkimlərimizin masaüstü vəsaitlərinə çevrilib. 62 il yaşamasına baxmayaraq, Zərifə xanım mənalı ömrü və zəngin elmi yaradıcılığı ilə dünyaya nümunəvi Azərbaycan qadını obrazını canlı surətdə təqdim edə bilmişdi. Ailə dəyərlərinə bağlı, vəfalı həyat yoldaşı, nəzakətli ana və şəfqətli həkim olan Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinə qısa nəzər salmaq kifayətdir ki, onun Azərbaycan xalqı üçün nə qədər faydalı işlər gördüyünü söyləyəsən.

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu öndərimizə mənəvi dayaq, arxa olub. Ulu öndər ömrünün Zərifə xanımsız keçən 18 ilində hər zaman onun ruhunu əziz tutdu, bir gün də olsa unutmadı.

Akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan, misilsiz elmi faəaliyyəti haqqında danışmaq nə qədər şərəflidirsə o qədər də çətindir. Hər zaman olduğu kimi, bu il də Zərifə xanım Əliyevanı təkcə görkəmli alimimizi yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyəti daşıyır: “Azərbaycan xalqı özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu baxımdan, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. Ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonudur. 

Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.  

Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daima yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır. Zərifə xanım Əliyevanın  işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri