Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Zərifə xanım Əliyeva oftalmologiya elminə misilsiz töhfələr verib

Zərifə xanım Əliyeva oftalmologiya elminə misilsiz töhfələr verib

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elşən Alıyev

​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Aprelin 15-i tibb elminə dərin iz qoymuş, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsinin ehtiramla yad edildiyi gündür. Onun çoxşaxəli fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmır, həm də insanlara xidmətin, yüksək mənəviyyatın və peşə fədakarlığının parlaq nümunəsi kimi dəyərləndirilir. Zərifə xanımıın zəngin irsi bu gün də aktuallığını qoruyur və yeni nəsillər üçün örnək rolunu oynayır.

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva ziyalı mühitində formalaşaraq erkən yaşlardan elmə maraq göstərmişdir. Onun həyat seçimində bu mühitin və ailə tərbiyəsinin mühüm rolu olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı ali təhsil Zərifə xanımın gələcək elmi fəaliyyətinin əsasını qoymuş, burada qazandığı biliklər sonrakı uğurların başlanğıcına çevrilmişdir.

Zərifə Əliyevanın peşəkar fəaliyyəti ilə oftalmologiya sahəsində yeni mərhələ başlandı. O, elmi araşdırmaları praktik həkimlik fəaliyyəti ilə uzlaşdıraraq, tibbin həm nəzəri, həm də tətbiqi sahələrinə töhfələr verdi. Bu yanaşma onun fəaliyyətini digər alimlərdən fərqləndirən əsas cəhətlərdən biri idi. Zərifə xanım yalnız laboratoriya şəraitində deyil, eyni zamanda xəstələrlə birbaşa işləməklə əldə etdiyi nəticələri praktikada sınayır və təkmilləşdirirdi.

Görkəmli alimin fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri traxoma xəstəliyinə qarşı mübarizə idi. XX əsrin ortalarında geniş yayılmış bu xəstəlik cəmiyyət üçün ciddi təhlükə yaradırdı. Zərifə Əliyeva bu problemin həllinə kompleks yanaşaraq həm müalicə üsullarının təkmilləşdirilməsi, həm də profilaktik tədbirlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atdı. Nəticədə, traxomanın aradan qaldırılması istiqamətində əldə olunan uğurlar onun adı ilə sıx bağlıdır.

Alimin elmi maraqları zaman keçdikcə daha da genişlənmiş, o, qlaukoma, virus mənşəli göz xəstəlikləri və görmə orqanının peşə patologiyası kimi sahələrdə fundamental tədqiqatlar aparmışdır. Bu sahələr üzrə əldə etdiyi nəticələr oftalmologiya elminin inkişafına mühüm töhfə vermiş, tibbi praktikanın keyfiyyətinin yüksəlməsinə şərait yaratmışdır. Xüsusilə sənaye müəssisələrində çalışan insanların görmə sağlamlığı ilə bağlı apardığı araşdırmalar bu istiqamətdə yeni elmi yanaşmaların formalaşmasına səbəb olmuşdur.

Zərifə Əliyevanın elmi fəaliyyətinin mühüm cəhətlərindən biri də onun pedaqoji fəaliyyəti idi. O, yalnız araşdırmalar aparmaqla kifayətlənməyərək, öz bilik və təcrübəsini gənc nəsillə bölüşmüş, yüksək ixtisaslı həkim və alimlərin yetişməsində mühüm rol oynamışdır. Zərifə xanımın rəhbərliyi ilə formalaşan mütəxəssislər bu gün də onun elmi məktəbini davam etdirirlər.

Elmi əsərləri Zərifə Əliyevanın zəngin yaradıcılıq irsinin əsasını təşkil edir. Onun müəllifi olduğu monoqrafiyalar və dərs vəsaitləri yalnız nəzəri baxımdan deyil, praktik tətbiq imkanlarına görə də böyük əhəmiyyət daşıyır. Bu əsərlər oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün etibarlı mənbə olaraq bu gün də aktuallığını qoruyur.

Zərifə Əliyevanın şəxsiyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri də onun yüksək insani keyfiyyətlərə malik olması idi. O, hər zaman insanlara yaxın olmuş, onların problemlərinə biganə qalmamışdır. Xəstələrə münasibətdə göstərdiyi diqqət və qayğı onu yalnız həkim kimi deyil, həm də böyük ürək sahibi insan kimi tanıtmışdır. Bu dəyərli şəxsiyyətin həyat fəlsəfəsində insan amili əsas yer tuturdu. Ulu Öndər Heydər Əliyev qeyd etmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

İctimai fəaliyyət sahəsində də fəallıq göstərən Zərifə Əliyeva müxtəlif elmi və ictimai qurumlarda təmsil olunmuş, cəmiyyətin inkişafına töhfələr vermişdir. Bu fəaliyyət onun yalnız alim kimi deyil, eyni zamanda fəal ictimai xadim kimi də formalaşdığını göstərir.

Zərifə Əliyeva həm nümunəvi ana, həm də sadiq həyat yoldaşı kimi cəmiyyət üçün ideal obraz yaratmışdır. 1985-ci il aprelin 15-də dünyasını dəyişən Zərifə xanımın xatirəsi bu gün də dərin ehtiramla yad edilir. Onun elmi irsi, insanlara xidmət prinsipləri və yüksək mənəvi dəyərləri gələcək nəsillər üçün mühüm örnək olaraq qalır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi görkəmli alimin zəngin irsinin yaşadılmasına xidmət edir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2023-cü ildə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.

Zərifə Əliyevanın həyat yolu göstərir ki, elm yalnız bilik deyil, eyni zamanda məsuliyyət, fədakarlıq və insanlara xidmət deməkdir. Onun irsi bu gün də aktuallığını qoruyur və cəmiyyət üçün dəyərli istiqamətverici rol oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Aprel 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri