Icma.az
close
up
RU
Zikh icması və digər etnik qruplar təqib olunur

Zikh icması və digər etnik qruplar təqib olunur

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Təşəbbüs Qrupu (BTQ) və Zikh Federasiyası Cenevrə Mətbuat Klubunda Hindistan hökuməti tərəfindən zikh icması və digər etnik qruplara qarşı həyata keçirilən transmilli təqibləri özündə əks etdirən "Indian Transnational Repression" adlı hesabatı təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə BTQ-dən məlumat verilib.

Qeyd olunub ki, təqdimat mərasimində Cenevrə Mətbuat Klubunun baş direktoru, o cümlədən beynəlxalq hüquq üzrə mütəxəssislər, insan hüquqları müdafiəçiləri və dünyanın aparıcı media qurumlarından olan BBC və AFP, həmçinin digər media nümayəndələri iştirak edib.

58 səhifəlik hesabat faktlar əsasında Hindistan hökumətinin xarici ölkələrdə yaşayan zikh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi sistemli təzyiq mexanizmlərini təqdim edir. Hesabatda vurğulanır ki, Hindistan hakimiyyəti xaricdəki tənqidi səsləri susdurmaq üçün zorakılıq, izləmə, hədə-qorxu gəlmə, təhdid və digər siyasi təqib vasitələrindən istifadə edir.

Təqiblərə məruz qalmış zikh nümayəndələri şəxsi təcrübələrini bölüşərək Hindistan hökumətinin uzunmüddətli və məqsədli basqı siyasətini praktiki misallarla izah ediblər. Hazırkı Hindistan hökuməti üçün istənilən fərqli düşüncənin düşmənçilik kimi qəbul edildiyi və cəzalandırılmasına çalışıldığı xüsusi vurğulanıb. Hindistanın bu siyasi xətti qorxu və vahimə yaratmağa hesablanmış təzyiq modelidir.

Sənəddə yer alan ən sarsıdıcı nümunələrdən biri 18 iyun 2023-cü ildə Kanadada Hardeep Singh Nijjarın qətlə yetirilməsi ilə bağlıdır. Hesabatda bildirilir ki, Nijjar bundan əvvəl Kanada təhlükəsizlik qurumları tərəfindən həyatına real təhlükə olduğu barədə xəbərdar edilmişdi. Qətldən sonra Kanadanın Baş naziri Hindistan hökumətinin bu qətldə rolu olduğunu bəyan edib. Hesabatda həmçinin Hindistan diplomatlarının Kanada və digər ölkələrdə zikh fəallarına qarşı zorakılıq, hədə-qorxu və qorxu atmosferi yaratmaq məqsədi daşıyan fəaliyyətlərinə geniş yer verilir.

Bundan əlavə, hesabatda göstərilir ki, 2023-cü ilin noyabrında ABŞ Ədliyyə Nazirliyi zikh fəalı Gurpatwant Singh Pannunun öldürülməsi planı ilə bağlı ittiham irəli sürüb. Bu plan Hindistanın təhlükəsizlik və kəşfiyyat strukturları ilə əlaqələndirilən şəxslər vasitəsilə hazırlanıb. Bu xüsusda sənəddə bu işdə adı keçən vasitəçi Nikhil Guptanın muzdlu qətl və çirkli pulların yuyulması ilə bağlı ittihamlar üzrə özünü təqsirli bildiyi vurğulanır.

Hesabat Böyük Britaniyada da zikh fəallarına qarşı təzyiqlərin artdığını göstərir. Qeyd edilir ki, Londonda Hindistanın Ali Komissarlığı qarşısında keçirilən etirazlardan sonra Hindistanın Milli İstintaq Agentliyi ilə əlaqələndirilən addımlar intensivləşib. Böyük Britaniyada yaşayan onlarla zikh dissidentinin Hindistandakı evlərində reydlər keçirilib, onların yaxınları istintaqa cəlb olunub. Hesabatda bu addımların xaricdəki fəalları susdurmaq üçün ailələr üzərindən qurulan təzyiq mexanizminin tərkib hissəsi olduğu bildirilir.

Hindistan hökumətinin sözügedən siyasətinin ən son nümunələrindən biri BTQ-nin bu ilin yanvar ayında sinqhlərin ədalətli mübarizəsinə dəstək məqsədilə təşkil etdiyi "Hindistanda sinqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfransdan sonra müşahidə olunub. Belə ki, tədbirin ardınca Kanada Zikh Federasiyasının sədri Bual Moninder Singh və onun ailəsi ölüm təhdidləri alıb.

Tədbir iştirakçıları Hindistan hökumətinin transmilli repressiya siyasətinin ifşasında və təqiblərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında oynadığı fəal rola görə Bakı Təşəbbüs Qrupuna xüsusi təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, BTQ-nin prinsipial mövqeyi və ardıcıl fəaliyyəti insan hüquqlarının kobud şəkildə pozulmasına qarşı beynəlxalq mübarizəyə mühüm töhfələr verir.

Maraqlıdır ki, müxtəlif platformalar üzərindən canlı yayımlanan mətbuat konfransı kiberhücumlara məruz qalıb və canlı yayım dəfələrlə kəsilib, tədbir məkanında internet kəsilib (Report).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Mart 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri