Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

BMT sessiyası çərçivəsində zikh icmasının problemləri müzakirə edildi

BMT sessiyası çərçivəsində zikh icmasının problemləri müzakirə edildi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsveçrənin Cenevrə şəhərindən BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Hindistan Hökumətinin zikh icması və digər etnik qruplara qarşı bütün dünya boyu təqiblərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

XQ xəbər verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) və Zikh Federasiyasının birgə təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Zikhlərin müqaviməti və BMT” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu konfrans zikh icmasının üzləşdiyi problemlərin beynəlxalq müstəvidə, xüsusilə BMT platformasında gündəmə gətirilməsi baxımından əlamətdar hadisədir. Konfransda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsinin iştirakı BMT sisteminin məsələni diqqətlə izlədiyini və mövzunun beynəlxalq insan hüquqları institutları tərəfindən ciddi maraq doğurduğunu göstərən mühüm göstəricidir. 

Tədbirdə Kanada, Böyük Britaniya, Avstraliya, ABŞ, İsveçrə və digər ölkələrdə fəaliyyət göstərən zikh diasporunun tanınmış nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri, həmçinin Hindistan hökumətinin həyata keçirdiyi təqib və repressiv siyasətdən birbaşa zərər çəkmiş şəxslər iştirak ediblər.

Konfransın əsas məqsədi Hindistan hökumətinin etnik və dini azlıqlara qarşı həyata keçirdiyi siyasətin, xüsusilə zikh icmasına qarşı yönəlmiş təqib və təzyiqlərin beynəlxalq müstəviyə çıxarılması, həmçinin bu halların insan hüquqları və fundamental azadlıqlar baxımından yaratdığı risklərə beynəlxalq təşkilatların diqqətini çəkməkdir. 

Tədbir çərçivəsində çıxış edən BTQ-nin İcraçı direktoru Abbas Abbasov, Zikh Federation təşkilatının rəhbəri Bual Moninder, təşkilatın Birləşmiş Krallıq üzrə icraçı direktoru Dabinderjit Singh, Zikh Network media platformasının sədri Khatkar Jaswinder Singh və digərləri Hindistan hökumətinin müxtəlif ölkələrdə yaşayan zikh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi transmilli təzyiq və təhdidlər barədə danışaraq, belə halların getdikcə daha da artdığını vurğulayıblar. Bildirilib ki, Hindistanda aparılan repressiv siyasət nəticəsində bir çox zikh fəalları və etnik azlıqların nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalıb və hazırda müxtəlif ölkələrdə fəaliyyətlərini davam etdirirlər.

Qeyd olunub ki, xaricdə fəaliyyət göstərən zikh təşkilatlarının rəhbərlərinə, ictimai fəallara və onların ailə üzvlərinə qarşı yönəlmiş təhdidlər, təqiblər və hücumlar fundamental hüquq və azadlıqlar üçün ciddi təhlükə yaradır.  Konfrans iştirakçıları vurğulayıblar ki, bu cür halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət məsələyə daha diqqətlə yanaşmalı, beynəlxalq təşkilatlar və insan hüquqları institutları Hindistan hökumətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün təzyiqləri gücləndirilməlidir. 

Tədbirdə BMT və onun müvafiq qurumlarının zikh mövzusunu gündəliyinə çıxarması, habelə Hindistandakı müxtəlif etnik və dini xalqların hüquqlarının tanınmaması və kobud pozuntu hallarının sistemli şəkildə sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xüsusi məruzəçilərin təyin edilməsi istiqamətində işlərin başlanmasına dair razılığa gəlindi. 

Bildirildi ki, beynəlxalq səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin gücləndirilməsi, eləcə də bu məsələlərin beynəlxalq təşkilatların gündəliyində daha geniş yer alması zikh icmasının və digər etnik xalqların hüquqlarının qorunmasına töhfə verəcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Mart 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see277

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see271

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see255

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see252

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see245

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see237

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see233

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see227

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see227

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see227

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see220

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see218

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see215

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see214

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see212

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see202

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see197

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see193

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see191

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri