Zinəddin Zidanın Real a qayıtmaq istəməməsinin səbəbi bilindi
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zinəddin Zidan yayılan şayiələrə baxmayaraq, "Real"ın "sükanı arxasına" keçməyəcək. Sport24.az xəbər verir ki, bir müddət əvvəl mətbuatda "Kral klubu"nun hazırkı baş məşqçisi Xabi Alonsonun yola salınacağı halda Zidanın onu yerinə keçəcəyi barədə xəbərlər yayılıb.
Jurnalist və insayder Fabrisio Romanonun sosial mediada paylaşdığı məlumata görə, Zidan hazırda yalnız Fransa millisində işləmək haqda düşünür. Yığmanın hazırkı çalışdırcısı Didye Deşam gələn il keçiriləcək dünya çempionatından sonra komandadan ayrılacaq. Zidan hələ Fransa Futbol Federasiyası ilə müqavilə imzalamasa da, tərəflər arasında şifahi razılıq əldə olunub.
Qeyd edək ki, Zinəddin Zidan "Real"da çalışdığı dönəmdə (2016–2018 və 2019–2021) iki dəfə İspaniya çempionluğunu və üç dəfə Çempionlar Liqasını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 19 Dekabr 2025 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















