“Zirə”yə gümüş medalları qazandırandan sonra 7 il işsiz qaldım” Şükürov nədən gileygüzar etdi?
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Avqustun 29-da “Kəpəz”in baş məşqçi postundan istefa verən Adil Şükürovun işsiz günləri uzun çəkəcək? Yoxsa mütəxəssis hansısa klubla danışıqlar aparır?
Təcrübəli məşqçinin taleyi ilə bağlı məlumat almaq üçün özüylə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Bir neçə gün əvvəl ölkəmizin soyuq bölgələrindən biri olan Laçındaydım. Soyuq dəydiyindən xəstələndim. İndi Bakıda müalicə alıram. Hələ ki hansısa klubdan təklif göndərilməyib. Yəqin ki, bizim işimizə ehtiyac yoxdu. “Zirə”yə gümüş medalları qazandırandan sonra 7 il işsiz qaldım. Görəsən, “Kəpəz”i premyer-liqada saxlayandan sonra bu müddət nə qədər çəkəcək? Özümü hazır hiss edirəm. 2-ci liqada yox, amma iddiası olan, ciddi planlar əsasında inkişaf etmək istəyən 1-ci liqa klublarında çalışa bilərəm. Meydana çıxmaq xətrinə oynayan komandalar iş fəlsəfəmə uyğun deyil”.
KƏNAN BAHADIR
Baxış sayı:72
Bu xəbər 08 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















