Zirə nin kapitanı: İstər çempionat, istərsə də ölkə kuboku bizim üçün çox vacibdir
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Ölkə kubokunun ilk oyununda minimal hesabla məğlub olduq. Rəqib müdafiədə çox etibarlı oyun sərgiləyir". Bu sözləri Sport24.az-a "Zirə"nin kapitanı Qismət Alıyev deyib.
28 yaşlı cinah müdafiəçisi "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Araz-Naxçıvan" Premyer Liqada "Qarabağ"dan sonra ən az qol buraxan komandadır. İstər çempionat, istərsə də ölkə kuboku bizim üçün çox vacibdir. Yarımfinala vəsiqə qazanmaq istəyirik. Cavab matçında da meydanda ən yaxşısını etməyə çalışacağıq ki, turu keçən tərəf biz olaq".
Qeyd edək ki, bu gün baş tutacaq "Zirə" - "Araz-Naxçıvan" oyunu saat 19:30-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Fevral 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















