Icma.az
close
up
RU
“Zirə” son 10 gündə ikinci dəfə “ArazNaxçıvan”la bacarmadı

“Zirə” son 10 gündə ikinci dəfə “ArazNaxçıvan”la bacarmadı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zirə - Araz-Naxçıvan 0:1 (0:0)
97. Tyaqo Silva – 5,5
32. Qismət Alıyev (k) – 6,0
8. İsmayıl İbrahimli – 6,0
16. Fuad Bayramov – 5,5
11. Rüstəm Əhmədzadə - 5,5
(18. Junior Martins, 76) – qiymətsiz
4. Ruan Renato – 5,0
10. Giorgi Papunaşvili – 5,0
(19. Salifu Suma, 62) – 5,5
23. Rafael Utziq – 6,5
3. Ange Mutsinzi – 4,5
24. Yusuf Laval – 5,0
(90. Davit Volkov, 62) – 5,0
6. Eldar Quliyev – 6,0
(29. Ceyhun Nuriyev, 76) – qiymətsiz
Ehtiyat oyunçular
13. Aydın Bayramov
7. Məqsəd İsayev
21. Hacıağa Hacılı
22. İldar Alekperov
5. Stefan Aka
70. İssa Cibrila
15. Pyer Zebli
17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Rafael Utziq
12. Kristian Avram – 6,0
5. Qara Qarayev – 5,5
(10. Bernardo Dias, 74) – 4,5
34. Urfan Abbasov (k) – 6,5
26. Ömər Buludov – 5,5
24. Mustafa Əhmədzadə - 6,0
(22. Elçin Mustafayev, 85) – qiymətsiz
16. Ramon Maçado – 6,0
29. Vanderson Melo – 6,0
17. İssuf Paro – 6,0
23. Nuno Rodriges – 5,5
(7. Ülvi İsgəndərov, 74) – 4,5
14. Miço Kuzmanoviç – 6,0
4. İqor Ribeyro – 6,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
1. Vüsal Şabanov
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
57. Elcan Məmməıdov
21. Sezar Meza Kolli
Baş məşqçi: Elmar Baxşıyev
Komandaın ən yaxşısı: Urfan Abbasov
Qol: U.Abbasov, 48 (İ.Paro).
Vərəqələr: Ö.Buludov, 35 (qeyri-idman hərəkəti). R.Renato, 57 (qeyri-idman hərəkəti). E.Quliyev, 68 (hakimin qərarına etiraz). M.Əhmədzadə, 68 (qeyri-idman hərəkəti). V.Melo, 80 (qeyri-idman hərəkəti). U. Abbasov, 88 (hakimin qərarına etiraz). E.Mustafayev, 90+1 (oyunun bərpasının ləngidilməsi). K.Avram, 90+4 (oyunun bərpasının ləngidilməsi) – sarı.
Hakimlər: RAUF CABBAROV, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
6 noyabr. Zirə. İdman Kompleksinin stadionu. 450 tamaşaçı (1256 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
3-cü turdan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” matçı hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyırdı. “Qartallar” 10 turdu uduzmayan “qırmızı-ağlar”ın seriyasını qırmaq niyyətindəydisə, Muxtar Respublika təmsilçisi növbəti qələbə ilə turnir cədvəlində “Turan Tovuz”u geridə qoymaq istəyirdi. Yeri gəlmişkən, bu komandalar arasında oktyabrın 26-da keçirilən oyun heç-heçə (1:1) bitmişdi.
Qonaqlar ilk dəqiqələrdən üstünlüyü ələ alsalar da, təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdilər. 10-cu dəqiqədə Qara Qarayevin uzaqdan zərbəsi qeyri-dəqiq oldu. İki dəqiqə sonra meydan sahiblərinin ifasında ilk təhlükəli hücumun şahidi olduq. İsmayıl İbrahimli bir qədər irəliləyəndən sonra topu Fuada ötürdü. Bayramovun cərimə meydançasına ötürməsini isə Urfan Abbasov zərərsizləşdirdi. 16-cı dəqiqədə Kuzmanoviç zərbə endirsə də, Tyaqo yerində idi. 31-ci dəqiqədə Qismətin qapı qarşısına göndərdiyi topu İqor Ribeyro uzaqlaşdıra bilmədi. Papunaşvili zərbə vursa da, Avram yerində idi. 40-cı dəqiqədə “Araz-Naxçıvan” hesabı açmağa yaxın oldu. Paronun Ömər Buludova ötürməsinin qarşısını Fuad Bayramov alsa da, topu uzaqlaşdıra bilmədi. Qayıdan topa Mustafa Əhmədzadə uzaqdan zərbə vurdu, top qapıdan azca aralı keçdi.
Hesab 2-ci hissənin əvvəlində açıldı. 48-ci dəqiqədə Miçonun cərimə meydançasına göndərdiyi topa Renato uğursuz müdaxilə etdi, belədə Paronun başla ötürməsini Urfan Abbasov dəqiq zərbə ilə tamamladı – 0:1. 69-cu dəqiqədə “Zirə” hesabı bərabərləşdirməyə yaxın oldu. Sumanın uzaqdan zərbəsindən sonra dirəyə dəyən top meydanı tərk etdi. Cəmi bir dəqiqə sora Eldar Quliyev sürəti hesabına üç rəqibdən sıyrılıb, topu Sumaya yönəltdi. Salifunun qapı qarşısına ötürməsi zamanı Avram topu ələ keçirməklə təhlükənin qarşısını aldı. Ümumiyyətlə, sona qədər qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab dəyişmədi. Belədə “Araz-Naxçıvan” məğlubiyyətsiz oyunlar seriyası 11-ə çatdı, “Zirə” isə son 10 gündə iki dəfə bu komandanı məğlub edə bilmədi.
Gözdən qaçmadı
* “Qartallar” və “Sektor 85” tribunada yox idi.
* Sona yaxın zirəli azarkeşlərdən biri “istefa” qışqırdı.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Noyabr 2024 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri