Icma.az
close
up
RU
“Zirə” son turda da qələbə qazandı

“Zirə” son turda da qələbə qazandı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Araz-Naxçıvan – Zirə 0:1 (0:0)
94. Tərlan Əhmədli – 5,5
34. Urfan Abbasov (k) – 5,0
(2. Slavik Alxasov, 46) – 5,0
3. Bəxtiyar Həsənalızadə - 6,0
26. Ömər Buludov – 5,0
(22. Elçin Mustafayev, 46) – 5,5
16. Ramon Maçado – 5,5
(71. Sənan Ağalarov, 69) – 4,5
21. Sezar Meza Kolli – 5,0
17. İssuf Paro – 5,5
23. Nuno Rodriges – 5,5
(4. İqor Ribeyro, 54) 5,0
8. Karlos Jatoba 5,5
14. Miço Kuzmanoviç – 5,5
(97. Felipe Santos, 69) -5,0
10. Bernardo Dias – 5,5
Ehtiyat oyunçular
12. Kristian Avram
6. Vadim Abdullayev
20. Turan Vəlizadə
88. Tuqay Əlizadə
11. Bayraməli Qurbanov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Bəxtiyar Həsənalızadə
13. Aydın Bayramov – 6,0
32. Qismət Alıyev (k) – 6,0
8. İsmayıl İbrahimli - 5,5
(14. Elçin Əlicanov, 72) – 4,5
29. Ceyhun Nuriyev – 5,5
(15. Pyer Zebli, 78) – qiymətsiz
4. Ruan Renato – 6,0
10. Georgi Papunaşvili – 6,0
30. Rikardo Martins – 6,0
(90. Davit Volkov, 61) – 5,5
70. İssa Cibrila – 6,0
(17. Ayron Qomis, 72) – 5,5
3. Ange Mutsinzi – 5,5
18. Junior Martins – 6,5
(11. Rüstəm Əhmədzadə, 78) – qiymətsiz
19. Salifu Suma – 6,0
Ehtiyat oyunçular
41. Anar Nəzirov
99. Səlim Həşimov
7. Məqsəd İsayev
53. Şahmar Aşurov
48. Ramiz Muradov
43. Əhliman Süleymanzadə
5. Stefan Aka
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Junior Martins
Qol: J.Martins, 58.
Vərəqələr: Q.Alıyev, 9 (qeyri-idman hərəkəti). R.Martins, 33 (oyun qaydalarının sistematik şəkildə pozulması). İ.Ribeyro, 60 (qeyri-idman hərəkəti). S.Ağalarov, 90+3 (qeyri-idman hərəkəti) – sarı
Hakimlər: CAVİD CƏLİLOV, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əiiyev (hamısı Bakı).
VAR hakimi : Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
25 may. Bakı. “Liv Bona Dea Arena”. 200 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlvə olunub.
Oyunun qiyməti: 5,5.
Misli premyer-liqasının sonuncu - 36-cı turunda 2-3-cü yerlərdə qərarlaşan komandalar - “Zirə” ilə “Araz-Naxçıvan” üz-üzə gəldi. Buna qədər tərəflər mövsüm ərzində ölkə kuboku qarışıq beş dəfə qarşılaşmışdılar, üç oyun 1:0 bitmişdi.

Bu oyunun komandalar üçün hansısa prinsipiallığı yox idi. Elmar Baxşıyevin heyətdə rotasiyaya əl atması, Rəşad Sadıqovun isə meydana əsas heyəti buraxması diqqəti çəkən amillərdən idi.
Bəribaşdan deyək ki, oyunda temp çox aşağı idi. Təsadüfi deyil ki, ilk təhlükəli vəziyyət 21-ci dəqiqədə qeydə alındı. Junior Martins cərimə cərbəsindən qapını yoxlasa da, “çərçivə”yə düşə bilmədi.
6 dəqiqə sonra ev sahiblərindən cavab gəldi. Standart vəziyyətin ardından hücumu davam etdirən Naxçıvan təmsilçisindən Nuno Rodriges şansını sınadı, top qapıdan aralı keçdi. Kuzmanoviç - Urfan tandeminin qarşılıqlı ötürmələlərindən sonra məntiqi sonluq gəlmədi. İkinci hissədə də ilk təhlükəli vəziyyət qonaqlardan, yenə də cərimə zərbəsindən sonra gəldi. 49-cu dəqiqədə “Zirə”nin kapitanı Qismət Alıyev qol vurmağa yaxın oldu. Topa yaxınlaşan Alıyevin zərbəsini Tərlan Əhmədli inamla dəf etdi.
58-ci dəqiqədə Martins baxımlı qolla hesabı açdı. Daha doğrusu, Cibrilanın asmasından sonra Ceyhun Nuriyevə dəyən top Martinsin önünə düşdü, o da imkanı qaçırmadı. 10 dəqiqə sonra Martins qolun oxşarını təkrarlaya bilərdi. Amma bu dəfə top qapının üstündən keçdi. 70-ci dəqiqədə naxçıvanlılıar “Zirə”yə həyəcan yaşatdı. Belə ki, Felipe Santosun dabanla ötürdüyü top cərimə meydançasına daxil oldu. Sənan Ağalarov topa toxunmağa çalışsa da, Aydın Bayramov vaxtında irəli çıxaraq topu ələ keçirdi.
10 dəqiqə sonra Suma hesab arasındakı fərqi artıra bilərdi. Cərimə meydançası daxilindən qapını yoxlayan Salifinin zərbəsi “çərçivə”yə getsə də, Tərlan Əhmədli düzgün reaksiya verdi. Oyunda son təhlükəli vəziyyəti Baxşıyevin komandası yaratdı. Belə ki, Karlos Jatoba uzaqdan qapıya zərbə endirdi, top qapı dirəyinin azacıq yanından keçdi.
Gözdən qaçmadı
* Elmar Baxşıyev oyunun böyük hissəsini oturaraq keçirdi.
* 63-cü dəqiqədə Baxşıyev aut qərarına görə hakimə etiraz etdi, Rəşad Sadıqov da ona dəstək verdi: “Bəli, Elmar müəllim, düz deyirsiz”.
* Bəxtiyar Həsənalızadə 2-ci hissəyə üç dəqiqə artırılmasına görə Əli Əliyevə kinayəli şəkildə etiraz etdi: “İki dəqiqı artırardın da”.
* Oyundan sonra azyaşlı azarkeşlər Junior Martinslə şəkil çəkdirmək istəsələr də, o dayanmadı. Maşının yanına çatanda isə onları itələyərək maşına mindi.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri