“Zirə” və “Neftçi”nin UEFA dan qazandığı məbləğ bəlli oldu
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Cari mövsüm avrokuboklarda mübarizəni dayandıran klubların UEFA-dan əldə etdiyi mükafatlar bəlli olub. Sport24.az xəbər verir ki, UEFA Konfrans Liqasının I və II təsnifat mərhələlərində 35 ölkədən 75 komanda turnirlə vidalaşıb.
Bu klublara ümumilikdə 40,6 milyon avro mükafat ödəniləcək.
Yarışa I təsnifat mərhələsindən başlayan və II təsnifatda mübarizəni dayandıran komandalar 700 min avro, turnirə II təsnifatdan qoşulub elə bu mərhələdə də mübarizəni başa vuran klublar isə 525 min avro qazanıblar.
Azərbaycan təmsilçilərindən "Zirə" UEFA-dan 700 min avro, "Neftçi" isə 525 min avro gəlir əldə edib.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasına I təsnifat mərhələsindən başlayaraq II raundda Estoniyanın "Payde" komandasına məğlub olub. "Neftçi" isə mübarizəyə II təsnifat mərhələsindən qoşulsa da, Belarusun "Dinamo" (Minsk) klubunu keçə bilməyib.
Baxış sayı:95
Bu xəbər 03 Avqust 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















