Icma.az
close
up
RU
Zirvədən boylanan ömür FOTO

Zirvədən boylanan ömür FOTO

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Şəhid ömrü əbədidir, amma hər kəsə nəsib olmur. Vətən, torpaq yolunda şücaət göstərib, canını fəda etməklə bu müqəddəs zirvəyə ucalırsan. Məhz Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuş Orxan Əli oğlu Mirzəyev 19 yaşında 44 günlük haqq savaşımızda qana susamış düşməni qanda boğmaqla tarix yazıb. Qısa ömür yaşasa da, şərəfli ölümü ona ürəklərdə əzəmətli abidə ucaldıb. Vətən naminə göstərdiyi misilsiz qəhrəmanlığı dillərdə dastan olacaq, nəsillər dəyişdikcə mənən yaşayacaq və hər zaman qürurla, iftixarla xatırlanacaq. Həmçinin səpdiyi qəhrəmanlıq toxumu ürəklərdə cücərməklə doğma Azərbaycanımızın qüdrəti daha da artacaq.
Orxan Əli oğlu qanı bahasına Vətəni yaşatmağı bacardı. İndi cismən aramızda olmasa da, harada bir günəş müqəddəsliyi var, onun sorağı oradan gəlir. Dövlət də qəhrəman oğlunu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, Laçının və Suqovuşanın azadlığına görə medalı ilə təltif edib. Orxan təkcə yaxınlarına, doğmalarına deyil, bütün Azərbaycan xalqına əzizdir.
Adı çəkiləndə qürur duyduğumuz Orxan Mirzəyev elə uşaqlıqdan Vətəninə sevdalı böyüyüb və saf sevgi hər əməlində bilinib. Ondakı səmimiyyət, cəsurluq və böyüklərə ehtiram orta məktəb illərində özünü yaxşı göstərib. Daxili aləmindən gələn mənəvi keyfiyyətləri Orxanı müəllimlərinin, dostlarının sevimlisi edib. Müstəqil həyata qədəm qoyanda o, öz xoşbəxtliyini xalqın ümumi səadətində, bütün varlığı ilə bağlandığı doğma yurdun tərəqqisində görüb. Damarlarında axan qanda Vətən eşqi, ana mehri, el sevdası çağlayıb.
Orxan birinci canına yağı dadanmış, hər qarışını canından əziz bildiyi Azərbaycana əsgər olmağı oxumaqdan üstün bilib. Cəbhə bölgəsində xidmət etməklə torpağını göz-bəbəyi kimi qoruyub. Ürəyində mənfur erməni dığalarına kin, nifrət bəsləməklə hər an onlardan qisas almaq üçün məqam axtarıb. Müharibə meydanında düşmənə qalib gəlməkdən ötrü hərbiçiyə lazım olan bütün təlimlərə ürəklə qatılıb, həmişə də döyüş igidliyinə görə fərqlənib. Xidmət dövründə Orxanın komandirlərin verdiyi tapşırıqları vaxtında, məsuliyyətlə yerinə yetirməsi, intizamı, cəsarəti və əsgər yoldaşlarına qarşı sevgisi, sədaqəti onu həmişə başıuca edib. Arzusu da düşmənlə sona qədər döyüşüb qisas almaq olub.
2020-ci ilin 27 sentyabrı. Dığalardan qisas alaraq 30 ilə yaxın əsir düşən əzəli yurd yerimiz –Qarabağımızı azad etmək məqamın yetişdiyi gün. Azərbaycanın müqəddəsliyinə tapınan, bu şərəfli vəzifəni yerinə yetirənlərin arasında əsgər Orxan Mirzəyev birincilər sırasında, könüllü olaraq odun-alovun içinə atılıb. Müharibənin getdiyi ən ağır, qaynar nöqtəsində ölümə meydan oxumaqla misilsiz qəhrəmanlıq örnəyi göstərib. Bir neçə gün ərzində öz dəstəsi ilə düşmənin çoxsaylı canlı qüvvəsini, texnikasını və silah-sursat anbarını məhv ediblər. İgid əsgər daha sonra Laçın dağlarında gedən ölüm-dirim savaşında dığalara qan qusdurub. Hər qarış torpaq uğrunda can qoyan Orxan düşmənin snayper gülləsinə tuş gəlib, qələbə bayrağımız ucalan yerdə şəhadət şərbətini içib. Bununla da onun şərəfli ölümü Vətən sevgisinin ucalığını bir daha nümayiş edib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri