Icma.az
close
up
RU
“Qarabağ” zirvədən 5əlli yapışdı

“Qarabağ” zirvədən 5əlli yapışdı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağ (Ağdam) - Sumqayıt 5:0 (3:0)
97. Fabian Buntiç - 6,0 
55. Bədavi Hüseynov (k) - 4,5 
(44. Elvin Cəfərquliyev, 28) - 6,0 
30. Abbas Hüseynov - 6,0 
27. Toral Bayramov - 6,5 
22. Musa Qurbanlı - 7,0 
90. Nəriman Axundzadə - 6,5 
(21. Aleksey Kaşuk, 69) - 5,5 
66. Patrik Andrade - 6,0 
7. Yassin Benzya - 5,5 
(6. Julio Romao, 62) - 5,6 
2. Mateus Silva - 6,0 
(20. Riçard Almeyda, 62) - 5,5
15. Leandro Andrade - 6,5
(19. Redon Cica, 69) - 6,0 
11. Emmanuel Addai - 5,5 
Ehtiyat oyunçular
99. Mateus Koxalski
1. Şahrudin Məhəmmədəliyev
12. Sadiq Məmmədzadə
10. Abdulla Zubir
8. Marko Yankoviç
18. Olavio Juninyo
Baş məşqçi: Qurban Qurbanov 
Komandanın ən yaxşısı: Musa Qurbanlı
1. Mehdi Cənnətov - 4,5 
10. Rəhim Sadıxov - 4,5 
(12. Georgi Karaişvili, 64) - 4,5 
2. Sərtan Taşkın - 4,0
17. Murad Xaçayev (k) - 4,5 
30. Kamran Quliyev - 4,5 
(41. Uğur Cahangirov, 53) - 4,5
20. Ayxan Süleymanlı - 4,0 
66. Ruslan Əliyev - 4,5 
(21. Nihad Əhmədzadə, 53) - 4,5
19. Roy Kehat - 5,0
(6. Vüqar Mustafayev, 76) - qiymətsiz
95. Miloş Miloviç - 4,0 
(5. Alan Dias, 46) - 4,0 
23. Cordan Rezabala - 4,5
60. Tresor Mossi - 4,5 
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
56. Aftandil Arixov
24. Sənan Muradlı
64. Kənan Feyziev
9. Nikola Vuynoviç
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Roy Kehat
Qollar: M.Qurbanlı, 7 (1:0, N.Axundzadə). M.Qurbanlı, 33 (2:0, N.Axundzadə). N.Axundzadə 45+1 (3:0 L.Andrade). R.Cica, 76 (4:0, M.Qurbanlı). T.Bayramov, 90+3 (5:0). 
Vərəqələr: M.Cənnətov, 70 (oyunun bərpasının ləngidilməsi). R.Almeyda, 90 (qeyri-idman hərəkəti). C.Rezabala, 90 (qeyri-idman hərəkəti). M.Xaçayev, 90+1 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: TURAL QURBANOV, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Zümrüd Ağayeva (Bakı).
14 dekabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 720 tamaşaçı (31200 yerlik).
Hər hissəyə 1 dəqiqə əlavə olunub.
Oyunu qiyməti: 6,0. 
Avropa Liqasında “Elfsborq”a uduzan “Qarabağ” qələbə çox lazım idi. Həm azarkeşlərin könlünü oxşamaq, həm də “Araz-Naxçıvan”ın xal itkisindən yararlanıb zirvəyə yüksəlmək üçün.

Artıq 7-ci dəqiqədə qələbə yolunda ilk addım atıldı. Abbas - Nəriman - Musa kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamladı - 1:0. 16-cı dəqiqədə Nəriman Leandroya, o isə Musaya ötürmə verdi. Qurbanlı çevrilib zərbə endirsə də, Sərtan Taşkın blok qoydu. 33-cü dəqiqədə Musa Qurbanlı daha bir kombinasiyanı qolla bitirdi. Yalnız bundan sonra qonaqların ifasında ilk təhlükəli vəziyyəti izlədik. Rezabala irəliləyib solda olan Kehata doğru ötürmə verdi. Amma israilli yarımmüdafiəçinin zərbəsi qeyri-dəqiq oldu. Hissənin sonunda ağdamlılar daha bir qol vurdu. Bu dəfə Nəriman – Leandro anlaşması ideal səviyyədə işlədi. Nəriman topu Leandroya verdi, aldı və dəqiq zərbə ilə tora qovuşdurdu.
Artıq ilk yarını 0:3 geridə bitirən “Sumqayıt”ın, daha doğrusu, Vaqif Cavadovun fasilədən sonra çempiona nə təklif edəcəyi maraqla gözlənilirdi. Vaqif bəyin ilk addımı müdafiəçi Miloviçi Diasla dəyişmək, ardından Uğurla Nihadı meydana buraxmaq oldu. Amma bu gedişlər heç bir fayda vermədi. 76-cı dəqiqədə “Qarabağ” “Sumqayıt”ın qapısından növbəti qolu keçirdi. Bu dəfə Kaşuk – Musa - Cica kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamladı - 4:0.
Oyunda son nöqtəni isə uzaqdan dəqiq zərbələri ilə tanınan Toral Bayramov qoydu. Düzü, onun belə zərbələrinə artıq öyrəşmişik. 2-ci uzatma dəqiqəsində Toral cərimə zərbəsindən topu birbaşa qapıya göndərdi - 5:0. 
Beləliklə, “Sumqayıt” Cavadovun rəhbərliyi altında növbəti dəfə darmadağın oldu. 15-ci turda da “Zirə” “kimyaçılar”a belə aqibət yaşatmışdı (4:1).
Gözdən qaçmadı
* Hələ ötən tur, yəni “Sabah”la qarşılaşmada premyer-liqada "Qarabağ"ın heyətində 100-cü oyununa çıxan Elvin Cəfərquliyevə bu dəfə xatirə hədiyyəsi verildi. 24 yaşlı müdafiəçiyə üzərində 100 yazılan forma və diplom təqdim olundu.
* “Kimyaçılar” tribunaya 15 dəqiqə gec gəldi.
* Darmadağın olan “Sumqayıt”ın futbolçuları oyundan sonra “miks-zona”da jurnalistlərlə danışmaq istəmədilər. Səbəbini soruşduqda isə bunun Vaqif Cavadovun tapşırığı olduğunu söylədilər.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri